Xəstəliklərə qarşı müqavimət: D vitamini tələbatımızı necə ödəyək? - Həkimdən XƏBƏRDARLIQ

Xəstəliklərə qarşı müqavimət: D vitamini tələbatımızı necə ödəyək? - Həkimdən XƏBƏRDARLIQÖlkə ərazisində karantin rejiminin uzadılması, əksər şəhər və rayonlarda sərt karantin rejiminin tətbiqi insanları yay aylarında evə qapanmağa məcbur edir.
Mütəxəssislər bildirirlər ki, insanlar xəstəliklərdən müdafiə olunmaq üçün D vitamini qəbul etməlidir. Bu isə qidalardan daha çox, Günəş altında gəzməklə mümkündür. Hazırkı şərait isə buna imkan vermir.
Bəs çimərliyə gedə bilməyən, açıq havada gəzmək imkanı olmayan insanlar D vitamini ehtiyaclarını necə ödəməlidir?
Mövzu ilə bağlı Publika.az-a danışan həkim-terapevt Rəqsanə Cəlilovanın sözlərinə görə, D vitamini orqanizmin öz fəaliyyətini davam etdirməsi, maddələr mübadiləsinin normal olması üçün çox önəmli rol oynayan bir hormondur:
"D vitamini çatışmazlığı zamanı insanlarda bir çox problemlər yarana bilər. Bu şəxslər halsızlıq, yuxusuzluq, əsəb, depressiya, stress, allergik və dəri xəstəlikləri, iştahsızlıq, sümük ağrıları kimi ağrı və problemlərlə qarşılaşa bilərlər. Bununla yanaşı, vitamin D azlığı olan insanlarda baş ağrısı ən çox rast gəlinən haldır. Çünki bu vitamin immun sistemini gücləndirir, maddələr mübadiləsini normaya salır. Ona görə də biz çalışmalıyıq ki, vitamin üzrə gündəlik tələbatı ödəyək və bunu miqdarında qəbul edək".
Xəstəliklərə qarşı müqavimət: D vitamini tələbatımızı necə ödəyək? - Həkimdən XƏBƏRDARLIQHəkim qeyd edib ki, D vitaminini insanlar bütü günü açıq havada gəzərək və gün ərzində Günəşin altında qalmaqla alacaqlarını düşünürlər. Amma əfsuslar olsun ki, belə bir yanaşma düzgün deyil: "D vitaminini normalda dərinin incə təbəqəsi qəbul edir, məsələn, qolun dirsəkdən aşağı iç üzü, hansı ki, dərinin nazik olduğu təbəqə. Günün müəyyən saatlarında qolumuzu dirsək hissədən qaldıraraq 20-30 dəqiqə Günəşə tərəf tutsaq, bu bizə kifayət edir ki, bədənimizin D vitamini tələbatını ödəyə bilək. Bütün gün Günəş şüaları altında qalmaq isə tövsiyə edilən hal deyil. Əgər D vitaminini zəngin olaraq bədənə qəbul etmək fikrimiz varsa, dirsəkdən aşağı qollarımızı Günəş işığı altında saxlamaq kifayətdir. Bunun saat 10-12 aralığında edilməsi daha məqsədəuyğundur".
R.Cəlilova bildirib ki, hazırda ofis şəraitində çalışan insanlar bu saat aralığında Günəşə çıxa bilmirlər və qidalarla D vitamini ehtiyaclarını qarşılayacaqlarını düşünürlər: "Əfsuslar olsun ki, qidalarda kifayət qədər tələbatımızı qarşılayacaq D vitamini yoxdur. Məsələn, süddən və ya qatıqdan bu vitamini ala bilmək üçün çoxlu istifadə edək. Biz gərək gün ərzində onlarla litr süd içək ki, o bizim günlük tələbatımızı ödəsin. Bu isə qeyri-mümkündür. Ən uyğun yol Günəş şüası qəbul etməkdir. Əgər D vitamini qida ilə tam qarşılana bilmirsə və açıq havada da gəzmək üçün məhdudiyyət varsa, o zaman vitamin D əlavələrindən istifadə etmək olar. Onlardan qida əlavəsi olaraq yararlanmaq olar. Amma bəzən insanlar hansısa analiz nəticəsi olmadan və qanda D vitamininin miqdarını yoxlatmadan apteklərdən vitamin alıb qəbul etməyi düşünürlər. Bu, tamamilə yanlıdır. Çünki D vitamini azlığı problem olduğu kimi, bədəndə çoxluğu da problemdir. Bu, bizim istəmədiyimiz bir şeydir. Çox olarsa, ciddi problemlərlə üzləşə bilərik. D vitamini şübhəsi olanlar həkimə müraciət etməlidir. Qanda onun miqdarına baxdıqdan sonra tövsiyə olunduğu halda əlavələrini qəbul edə bilərlər".
Akqabay Mıradov

Sağlamlıq     Baxılıb: 2191   Tarix: 30 iyul 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

turlar.az

qis geyimləri 2026 donlar 2026 hamilelikde qidalanma yuxu yozmalar hicablı xanımlar maraqli sekiller cins salvar 2026 kosmetika novruz hakistalari novruza aid hakışda aysel badambura həmidə