Xəyanət şübhələri Bakıda bir ailəni məhv etdi: "Bizi bir qəbrə qoyun"

Xəyanət şübhələri Bakıda bir ailəni məhv etdi: "Bizi bir qəbrə qoyun"Ailə qanunlarına zidd hərəkətlər baş verdikdə, qatilə müəyyən mənada haqq qazandıranlar olur. Yəni, qadın həyat yoldaşına xəyanət edir və qarşı tərəf də namusunun ləkələnməsini qəbul edə bilməyib qatilə çevrilir. Çox zamansa hadisələrin gedişatı bunun əksini göstərir. Məlum olur ki, baş vermiş qətlə əslində xəyanət yox, şübhə və qısqanclıq səbəb olur.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan 53 yaşlı Nazim Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Sözügedən cinayət işi üzrə məhkəmə prosesinə hakim Mirzə Xankişiyev sədrlik edib.

Qətl və intihar planı

İttihama görə, Binəqədi rayon sakini Nazim Ağayev həyat yoldaşı 45 yaşlı Mehriban Ağayevanın ona xəyanət etməsindən şübhələnib. Bununla bağlı ər-arvad arasında dəfələrlə gərginlik yaranıb, mübahisə düşüb. Arvadını öldürdükdən sonra intihar etməyi qərara alan ailə başçısı bunu Ramazan bayramı günü reallaşdırıb. Hətta bir neçə gün öncə "Bizi bir qəbrə qoyun, xahiş edirəm. Mən onu sevirəm. Heç olmasa, bu xahişi yerinə yetirin. Oğul, yaxşı oğul, məni bağışla. Məcburam, mənim namusum məsələsidir. Aslan içəridən ailəmizi dağıtdı" məzmunlu məktub da yazıb. Həmçinin özünə məxsus pul vəsaitlərinin miqdarı və yeri barədə vərəqdə qeydlər aparıb.

"Oğlanlarımı DNK analizinə aparacağam"

Nəhayət, 17 iyul 2015-ci ildə övladları Hikmətlə Aslanın evdə olmamasından istifadə edən ailə başçısı arvadı ilə növbəti dəfə mübahisə edib. Yaranmış mübahisə qansız ötüşməyib. Öz niyyətini həyata keçirməyi çoxdan planlaşdıran ər qadına bir neçə zərbə endirib. Münaqişə zamanı qadın da bıçağa əl atıb, o da ərini bıçaqlayıb. Aldığı xəsarətlər nəticəsində M.Ağayeva ölüb, N.Ağayev isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Təqsirləndirilən şəxs qismində dindirilən Nazim Ağayev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində hadisədən bir gün əvvəl evdə 20-22 yaşlı oğlanlarına baxaraq "Hikmət, sən mənə oxşamırsan, səni DNK analizinə aparacağam" deyib. Ertəsi gün ailə üzvlərinə bayramla əlaqədar Quba rayonuna getməyi, bir neçə gün orada qalmağı təklif edib. Mehribanla Nazim bir maşında, oğlanları Aslanla Hikmət isə digər maşına əyləşib yola düşərkən qəfil yağış yağmağa başlayıb. Aslan rayonda dolu düşəcəyini deyib Qubaya getməkdən imtina edib. Ağayevlər ailəsi Qubaya deyil, Novxanıya yollanıblar. Günorta saatlarında Aslanla Hikmət şəhərə qayıdıblar.

N.Ağayevin ifadəsinə görə, uşaqlar getdikdən sonra Mehriban ondan doğurdanmı Hikməti analizə aparmaq istədiyini soruşub. O isə cavabında nəinki Hikməti, hətta Aslanı da aparacağını bildirib. Arvadına "şəkər xəstəsiyəm, övladlarıma artıqlaması ilə qayğı göstərirəm, amma onların heç birində mənə qarşı ata məhəbbəti yoxdur" deyib.

"Mənə "bıçağı ürəyinə soxacağam" dedi"

N.Ağayevin ifadəsinə görə, Novxanıdan qayıtdıqdan sonra gecə divanda uzanarkən qəflətən qarın nahiyəsində ağrı hiss edib: "Mehribanın əlində bıçaq vardı. Əvvəlcə qorxub müqavimət göstərmədim. Sonra qaçıb mətbəxə keçdim, əlimə bıçaq götürüb dəhlizdə dayandım. Mehribana dedim ki, dəlisən, məni niyə bıçaqla vurursan? O isə "bıçağı ürəyinə soxacağam" dedi. Ona həbs olunacağını dedikdə isə, uşaqların bu barədə heç kimə deməyəcəklərini söylədi. Bıçaq əlimdə qapıya tərəf getmək istədikdə qarşımı kəsdi, geriyə mətbəxə qayıtdıqda ayağım ilişdi, başım tumbaya dəydi. Mehriban "qoymaram uşaqları analizə aparasan, ölməmişdən əvvəl bil, nə Aslan, nə də Hikmət sənin oğlun deyil" deyib bıçaqla sinə nahiyəmə zərbə endirdi. Bıçaq sinəmdə qaldı. Özümü qorumaq üçün mən də onu vurdum. Mehriban yıxıldı, bıçağı tulladı. Sonradan özüm də yıxıldım, ayılanda gördüm ki, xəstəxanadayam".

"Mehribanla barışmaq istəyirdim"

N.Ağayevin ifadəsinə görə, xəstəxanada olarkən ona Mehribanın digər palatada yatdığını deyiblər. Arvadının ölüm xəbərini hüzr mərasimini yola vermək üçün uşaqları ondan pul istədiyi zaman bilib: "Aslan İngiltərədən gəlməmişdən öncə münasibətlərimiz normal idi. O gələndən sonra bir çox hərəkətlərinə görə aramızda münasibət pozulmuşdu, Mehriban həmişə Aslanı müdafiə edirdi. Son günlər evdəki söz-söhbətdən bezmişdim, Mehribanla barışmaq istəyirdim".
AzadQadin.az

Xəbərlər     Baxılıb: 1762   Tarix: 19 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

kosmetik vasiteler geyim və ayaqqabılar gözəllik məhsulları ilk öpüş qonag otagi dizayni displaziya veten haqqinda atalar sozleri kosmetika usaq geyimleri xanım az saglam qidalanma kahfe kali oğlaq