Xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyi və ondan qorunma yolları

Xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyi və ondan qorunma yollarıXırdabuynuzlu heyvanlar arasında rast gəlinən çiçək xəstəliyi virus xarakterlidir. Virus ətrafa xəstə heyvanların ağız və burun axıntısı, pustul mayesi ilə, həmçinin quruyaraq xarici mühitə düşən qartmaqlarla yayılır. Qurumuş qartmaqda infeksiya törədicisi bir neçə ay sağ qala bilir. Süd vəziləri yoluxduqda virus südlə də ifraz olunur. Xəstəlik transmissiv yolla - həşəratlarla da yayıla bilər. Yem, su, xidmət vasitələri, peyin və s. infeksiyanın yayılmasında təhlükə mənbəyidir.
Qoyun və keçilərdə xəstəlik yüksək hərarət, dəri və selikli qişalarda (xüsusən ağız və göz ətrafı nahiyələrdə) səpgilərin yaranması, papulyozlu-pustulyozlu zədələrlə özünü büruzə verir.
Peyvəndlənmə aparılmış heyvanlarda infeksiya törədicisinə qarşı immunitet yaranır. Təhlükəli, eləcə də yoluxucu olan xəstəliyin yayılmasının qarşısını almaq üçün xırdabuynuzlu heyvanların peyvəndlənməsi vacibdir. Qeyd edək ki, peyvəndləmə dövlət tərəfindən pulsuz olaraq həyata keçirilir.
Xəstəliyin profilaktikası və yayılmasının qarşısını almaq üçün təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməlidir. Həmçinin təsərrüfata yeni gətirilən qoyun və keçilər 1 ay müddətində karantində saxlanmalıdır.
Şübhə yarandıqda, çiçək xəstəliyinin əlamətləri aşkar edildikdə qoyun və keçilər təcrid olunmalı və dərhal bu barədə baytar mütəxəssisə məlumat verilməlidir.
İnsanlar bu infeksiyaya yoluxmasalar da, xəstəliyin iqtisadi zərərini yaşayırlar. Belə ki, çiçək xəstəliyi təsərrüfatlarda böyük tələfata səbəb olur. Xüsusən də quzular arasında yüksək ölüm səviyyəsi müşahidə edilir. Həmçinin heyvanların yun və ət məhsuldarlığı aşağı düşür. Təsərrüfat sahibləri xəstəliyin profilaktikası və müalicəsi zamanı əlavə xərclər çəkmiş olurlar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1790   Tarix: 08 mart 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

geyim və ayaqqabılar həkim məsləhəti geyim dəbləri sarimsaqla qurdun mualicesi hamiləlik dövrü kesmikli blincik gavalının faydaları kosmetika novruz bayramı qız bürcü rus dili fitat novruza aid hakisda