Xiyar pəhrizi ilə - Orqanizmi necə təmizləməli?

Xiyar pəhrizi ilə - Orqanizmi necə təmizləməli?Xiyarın vitamin deposu olduğu, dəri, saç və dırnaqlar üçün faydalarından xəbərdarıq. Lakin məlum olub ki, xiyar həm də xərçəng xəstəliyinin profilaktikasında xeyirlidir.
Milli.Az xəbər verir ki, araşdırmalara görə, buna səbəb xiyarın turşuluğu normallaşdırmaq xüsusiyyətinə malik olmasıdır. Onun sıxılmış şirəsində tartron turşusu var və bu turşunun sayəsində karbohidratların yağa çevrilməsi ləngiyir.
Orqanizmin təmizlənməsində bu tərəvəzdən istifadə etmək əbəs yerə deyil. Çünki bu şirə təbii sorbentdir.
Sorbent - elə bir maddədir ki, bədəndən bütün toksinləri çıxarır və bağırsaqlar yaxşı işləməyə başlayır. Tərkibində isə B, C qrupu, mis, fosfor və kalsium var.
Xiyarlı pəhriz - xalq arasında ən populyar pəhriz növlərindən biridir. Xiyarın 95%-i strukturlu sudan ibarətdir, 1 kq-da sadəcə 150 kalori var. Bu tərəvəzin tərkibindəki suyun sayəsində mədənin divarları dartılır və toxluq hissi yaranır. Bu pəhriz 7 gün saxlanılır. Gün ərzində hər gün 1 kq xiyar yeyilməyi məqsədəuyğundur. Səhər tezdən 1 stəkan su içib, yarım saat sonra isə səhər yeməyinə başlamalısınız. Səhər kaşa və ya qaynadılmış yumurta, üzərinə yağ çəkilmiş çörək dilimi və 1 dilim yağsız pendir və ya 1 pors xama yeyə bilərsiniz. Kofe və ya bal ilə çay içmək olar. Sizin səhər yeməyiniz 200 kalori təşkil etməlidir. Xiyar və tərəvəzdən ibarət salat hazırlayaraq gün ərzində 3 dəfə 1 dilim kəpəkli çörək ilə yeyə bilərsiniz.
Qeyd edək ki, salatın əsas hissəsini 1 kq xiyar təşkil etməlidir. Duz vurulmağı məsləhət görülmür. Şam yeməyinə meyvə yeyə bilərsiniz. Gün ərzində su, çay, kofe içə bilərsiniz, amma şəkərsiz olaraq içmək məsləhətdir. Bu pəhriz aşağı kalorili pəhrizdir,buna görə də 7 gündən artıq saxlamaq olmaz. Həm də orqanizmin belə ümümi təmizlənməsini ildə 1 dəfə xiyar tərəvəzi mövsümündə etmək məqsədəuyğundur.
Bunu vurğulayaq ki, bu pəhrizdən mədə və onikibarmaq bağırsağın yazva xəstəliyi, qastrit və yüksək mədə turşuluğu olan xəstələr istifadə edə bilməz. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1560   Tarix: 17 may 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

kosmetik vasiteler yay kolleksiyasi donlar 2026 məmməd ismayıl 2026 geyimi hakışta sözləri salatlarin hazirlanmasi kosmetika dieta novruz hakistalari pehriz rəksanə nizami gəncəvi