Xolangit - öd axarlarının iltihabı

Xolangit - öd axarlarının iltihabıÖd həzm proseslərində olduqca böyük rol oynayır. Öd sarı-yaşıl rəngdə olan acı mayedir.
Ödü qara ciyər istehsal edir. Daha sonra öd öd axarları ilə öd kisəsinə düşür və burada yığılır. Öd kisəsi 12 barmaq bağırsağına açılır. Lazım olduqda öd kisəsi ödü 12 barmaq bağırsağına atır və burada öd yağların həzmində iştirak edir.
Xolangit zamanı öd axarlarında iltihab yaranır. Xəstəlik əksər hallarda hər hansı öd və ya qara ciyərin digər xəstəliyinin (öd daşı xəstəliyi, xolesistit, öd yolları, öd kisəsi və qara ciyərin onkoloji xəstəlikləri və s.) ağırlaşması olur. Xolangitin səbəbi həmçinin parazitlər (qurdlar) də ola bilər.
Xolangit mütləq müalicə olunmalıdır. Müalicəsiz buraxılmış xolangit ağır fəsadlara və hətta ölümə səbəb ola bilər.
Xolangitin növləri və simptomları
- Kəskin xolangit qəflətən başlayır. Hərarət kəskin 38-40 C kimi qalxır. Sağ qabırğaaltı nahiyəsində ağrılar əmələ gəlir, ağrılar sağ çiyinə, boyuna və sağ kürəyə yayıla bilər. Xəstədə intoksikasiya simptomları inkişaf edir: baş ağrısı, halsızlıq, iştahasızlıq, ürəkbulanması, qusma və s. Daha sonra sarılıq inkişaf edir (dəri və göz almaları saralır). Xəstədə dərinin qaşınması kimi simptom inkişaf edir, qaşınma gecələr artır və xəstənin normal yuxusuna mane olur.
- Xroniki xolangit tədricən inkişaf edir. Sağ qabırğaaltı nahiyəsində küt zəif ağrılar olur, qarının yuxarı hissəsində diskomfort, şişmə hissi yaranır. Sarılıq daha gec, xəstəliyin gecikmiş mərhələlərində inkişaf edir.  Xəstəni ümumi zəiflik, yorğunluq, hərarətin 38 C kimi qalxması narahat edə bilər.
- Sklerozlu xolangit nadir autoimmun xəstəlikdir. Bu xəstəlik zamanı öd axarlarında iltihab yaranır ki, tədricən öd axarları qapanır və xəstədə qara ciyər sirrozu inkişaf edir. Xəstəliyin simptomları kəskin və xroniki xolangitdə olduğu kimidir.
Xolangitin müalicəsi
Xəstəliyin mərhələsindən asılı olaraq müalicə dərmanlar vasitəsilə və ya cərrahi üsulla aparıla bilər.
Axarlarda ödün axmasına mane olan mexaniki maneələr yoxdursa, xəstəyə dərmanlar təyin olunur. İltihabın müalicəsi üçün antibiotiklər istifadə olunur. Həmçinin xəstəyə ödqovucu preparatlar, spazmolitiklər, fermentlər, ağrılar zamanı - ağrısızlaşdıran preparatlar təyin oluna bilər. Xroniki xolangit zamanı fizioterapiyadan da istifadə olunur.
Dərmanlar kömək etmədikdə və ya öd axarlarında ödün axmasına mane olan mexaniki maneələr olduqda, xolangit cərrahi üsullarla müalicə olunur. Hal hazırda xolangitin cərrahi müalicəsində endoskopik üsullar istifadə olunur. Kiçik kəsiklərdən daxil olmaqla cərrah öd yolları təmizləyir, daralmasını aradan qaldırır, orada yığılan daşları xaric edir. Belə əməliyyatlar zamanı xəstə az qan itirir, bərpa dövrü daha qısa olur.
Digər mədə-bağırsaq sistemi xəstəliklərində olduğu kimi, xolangit zamanı da xəstə müəyyən pəhriz saxlamalıdır. Xəstə gündə 5-6 dəfə kiçik miqdarlarda qida qəbul etməlidir. Qidalanmaların arasında uzun fasilələr olmamalıdır (4 saatan artıq olmayaraq) - bu ödün durğunluğuna səbəb olur ki, bu da xolangitin gedişatını daha da ağırlaşdırır.
Soyuq qida və içkilər xəstələr üçün əks-göstərişdir. Bütün qidalar suda və ya buğda bişirilməlidir, çox yağlı, qızardılmış, hisə verilmiş qidalar, konserv, təzə çörək, mayalı un məmulatları, yağlı kremlə olan tortlar, qazlı içkilər, göbələk, xardal, soğan, sarımsaq, noxud, lobya, bəzi ədviyyatlar xəstələr üçün əks-göstəriş sayılır.
Xəstəliyin kəskin dövründə aclıq göstərişdir.
Fiziki aktivlik də belə xəstələ üçün çox vacibdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1011   Tarix: 30 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Mətbəxdə istifadə edilən 3 yağ xərçəngə səbəb olurmuş

Mətbəxdə geniş istifadə olunan günəbaxan, qarğıdalı və soya yağlarının tərkibindəki linoleik turşunun, müəyyən şərtlər daxilində xərçəng hüceyrələrinin böyüməsini stimullaşdıra bildiyi yeni laboratoriya araşdırmaları il

.

Yeməyi bir dəfədən çox qızdırmağın sağlamlıq üçün TƏHLÜKƏSİ

Mütəxəssislərin fikrincə, bir çox qida məhsulu yenidən qızdırıldıqdan sonra yalnız faydalı xüsusiyyətlərini itirmir, həm də sağlamlıq üçün təhlükəli ola bilər. Müasir həyatda insanların çoxu hər gün bir neçə dəfə təzə yemə

.

Bu şəxslər bayram şirniyyatlarından uzaq durmalıdır - Həkimdən XƏBƏRDARLIQ

Bayram süfrələrinin bəzəyi olan şəkərbura və paxlava hər kəs üçün eyni dərəcədə faydalı deyil. Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi insanlar bu şirniyyatları ehtiyatla, hətta bəzən ümumiyyətlə istifadə etməməlidir. Bə

.

Hər gün darçınlı su içsəniz

Hər gün nizamlı su istehlak etmək ümumi sağlamlığımızı qorumaqla yanaşı, orqanlarımızın və dərimizin sağlamlığı üçün də böyük əhəmiyyət kəsb edir.  xəbər verir ki, suyu sadə formada içməkdənsə, ona bəzi ədviyyatlar qatın

.

Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün

Menyulardakı bir çox şirniyyat hər zaman təzə və əl işi olmaya bilər. Ekspertlərin fikrincə, bəzi klassik təamlar çox vaxt kütləvi istehsal məhsulu və ya hazır qarışıqlarla hazırlanır.  xəbər verir ki, restoranlarda təqdi

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

"Novruz"da bunu etmək qəti QADAĞANDIR

Novruz bayramı bolluq, bərəkət və zəngin süfrələrlə yadda qalır. . Həkimlər xəbərdarlıq edir ki, məhz bu günlərdə demək olar hər kəsin etdiyi bəzi vərdişlər sağlamlıq üçün ciddi risk yarada bilər. . Bayramın dadını çıxarma

.

Ramazandan sonra necə qidalanmaq lazımdır?

Ramazan ayının başa çatması ilə orqanizmin adi qidalanma rejiminə keçidi diqqətlə tənzimlənməlidir. xəbər verir ki, mütəxəssislər bildiriblər ki, uzun müddət oruc tutduqdan sonra birdən-birə ağır və yağlı qidalara üstünlü

.

İdeal bədən quruluşuna 6 həftədə sahib olun

Sürətli pəhrizlər və həddindən artıq fiziki yüklənmə orqanizmi yorur və itirilmiş çəkinin qısa müddətdə geri qayıtmasına səbəb olur. Buna görə mütəxəssislər kəskin məhdudiyyətlər əvəzinə tədrici və balanslı yanaşmanı tövsiy

turlar.az

yaz geyimleri 2026 sade makiyaj sekilleri toy makiyaji sekilleri xina ucun bayatilar sarimsaqin xeyri hicablı geyimlər zebra keksi kosmetika englishdilində qulaq vətənə aid bayatılar rus dili bayatılar prostat