Xorultu problemi və onun HƏLLİ

Xorultu problemi və onun HƏLLİSon illər ərzində xorultu və yuxunun obstruktiv apnoe sindromu (YOAS) diggət mərkəzindədir.
Əhali arasında yetkin şəxslərdə (əsasən 30-35 yaşdan yuxarı) daha çox rast gəlinir. Nəticədə bu patologiya ayrı bir xəstəlik - "ronxopatiya" olaraq ayrılmışdır. Xoruldamağa ağız-udlağın yumşaq toxumalarının vibrasiyası səbəb olur  və yuxu zamanı havanın yuxarı tənəffüs yollarından çətinliklə keçdiyini göstərir. Xoruldama zamanı özünə məxsus səs yaranır. Xorultu əsasən dərin yuxu zamanı insanın arxası üstə uzandığı vəziyyətdə baş verir. Bu zaman nəfəs almada asanlıqla vibrasiya edən yumşaq damağın tam boşalması üçün optimal şərait  yaranır.
Əvvəlcə yuxarı tənəffüs yollarının normal anatomik və fizioloji xüsusiyyətlərinə nəzər yetirək. Yuxarı tənəffüs yollarına burun və burun boşluğu, burun-udlaq və qırtlaq daxildir. Tənəffüs yolu burun boşluğu ilə başlanır. Hava burun boşluğundan burun-udlağa, oradan ağız boşluğu ilə əlaqəli olan qırtlağa keçir. Ona gorə də insan yalnız burnu ilə deyil, həmçinin ağzı ilə də tənəffüs edə bilir.
Beləliklə, aşağıdakı xəstəliklər zamanı xorultu və YOAS yaranır:
1) burun tənəffüsünün pozulmasına gətirib çıxaran, burun boşluğunda anatomik və fizioloji dəyişiklər;
2) burun-udlaqda anatomik və fiziolji dəyişikliklər;
3) yumşaq damaq və damaq dilçiyinin selikli qişasının hiperplaziyası;
4) ağız-udlağın limfoadenoid törəmələrinin hiperplaziyası;
5) insanın artıq bədən çəkisi olduğu zaman udlağın selikaltı təbəqəsində piy yığıntıları;
6) ağız-udlağın əzələ aparatının neyrogen çatışmazlığı.
Xorultuya, həmçinin genetik amillər və ətraf mühitin təsiri də meyl yaradır. İnsanın yaşı artıqca udlağın yumşaq toxumalarının tonusu azalır və xorultunun yalnız tezliyi deyil, həm də ifadə dərəcəsi artır.
Xorultunun və YOAS-in mexanizmi: yuxuya gedərkən burun-udlaq və ağız-udlaq  əzələləri boşalır. Əvvəlcə tənəffüs yolları divarlarının bir-birinə dəyməsi səbəbindən xorultu əmələ gəlir, daha sonra isə ağız-udlağın divarları enir və ağ ciyər ventilyasiyası kəsilir. Nəticədə 20-90 san. ərzində insanda tənəffüs dayanır. Bu isə hipoksiyaya gətirib çıxardır. Hipoksiyadan bütun toxuma və orqanlar əziyyət cəkir. Neqativ informasiya beyinə çatır və onu qıcıqlandırır. Bu anda insan xoruldayır, tənəffüs yollarını "açır", 6-7 nəfəs alır. Tənəffüsün dayanmasının bu cür epizodları bir gecə ərzində 400-700 dəfəyə qədər ola bilər. Bu da gecə yuxusunun pozulmasına və səhər yuxululuğa gətirib çıxarır.
Xorultu, YOAS və fəsadlarının diaqnostikasının ən informativ metodu polisomnoqrafiyadır. Polisomnoqrafiya yuxu zamanı orqanizmin müxtəlif funksiyalarının kompleks monitorinqidir.
Amma bu metodun öz nöqsanları var - onun YOAS-ın konservativ və cərrahiyə müalicə nəticələri üzrə dinamikada təkrar tədqiqatların keçirilmə zərurəti ilə əlaqədar olan yüksək qiyməti və çox zəhmət tələb etməsidir.
Xorultu və YOAS-ın müalicəsi ümumi (profilaktik) və xüsusi (müalicəvi) tədbirlərə bölünür. Onlar da, öz növbəsində, konservativ və cərrahi müalicə metodlarına ayrılırlar.
Əsas məqam ilk növbədə rinoskopya zamanı aşkar edilir. Burun tənəffüsünün çətinləşməsinə imkan yaradan və nəfəs almağa böyük müqavimət yaradan səbəblər: burun çəpərinin əyriliyi, burun konxalarının hipertrofiyası, polipoz sinusit, damaq badamcıqlarının (tonzilla) hiperplaziyası, burun-udlağın kistası, piylənmə zamanı udlağın selikaltı təbəqəsində piy toxumasının yığılması, burun-udlağın xoşxassəli və bədxassəli törəmələri. Bütün sadalananlar yumşaq toxumaların vibrasiyası və xorultunun əmələ gəlməsi ilə müşayət olunur.
Xəstəliyin müalicəsi səbəbinə görə aparılır:
- bədən çəkisinin azalması;
- siqaretdən imtina etmək;
- alkoqol, trankvilizator və yuxu gətirici preparatların qəbulunun dayandırılması;
- yuxu zamanı bədənin vəziyyətinin dəyişməsi;
- CPAP-terapiya (ing. dil. "continuous aitway pressure") ən efektiv konservativ müalicə metodudur. Buruna hava keçirməyən maska bərkidirlər, onun içərisində mini-ventilyator vasitəsilə artıg təzyiq yaradırlar. Pasientlər müalicənin artıq birinci gecəsi yaxşılaşma hiss edirlər. Amma bu metodikanın nöqsanı odur ki, o, yalnız kompensator xarakter daşıyır, yəni YOAS-nun sağalmasına gətirib çıxarmır.
Cərrahi metodlar lazerdən, kriocərrahiyədən, radiocərrahiyədən istifadə etməklə aparılır. Uvulopalatoplastika yumşaq damaqda xüsusi tikişlərin qoyulması əməliyyatıdır. Yüngül dərəcəli xəstəlikdə 98%, ağır xəstələrdə 60% effekt verir.
Son illər yumşaq damaq və burun-udlaqda yeni minimal invaziv cərrahiyə metodları işlənib hazırlanmışdır. Onların üstünlükləri: ətraf toxumalarınin zədələnməsini azaldan goruyucu kəsik, yaxşı koaqulyasiya effekti, yara divarlarının nekrozunun olmaması, onun tez sağalması, əməliyyat texnikasının sadəliyi.
Beləliklə, xorultu, xüsusilə də, yuxunun obstruktiv apnoe sindromu ilə müşayət olunan forması - kifayət qədər yayılmış xəstəlikdir ki, bu zaman hipoksiyadan organizmin bütün orqan və sistemləri əziyyət çəkir. Bu patologiya yalnız tibbi deyil, həm də sosial problemdir və vaxtında aşkar edilib aradan qaldırılması vacibdir.
Lalə Seyfullayeva
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1566   Tarix: 03 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

turlar.az

geyim seçimi geyim dəbləri adlarin menasi cennet almasi murebbesi paltarlar 2026 salatlarin hazirlanmasi bezedilmesi dostluq haqqında atalar sözləri kosmetika həmidə cinsi elaqe yemek reseptleri maskalar xanim.az