Xroniki yorğunluq hansısa xəstəliyin əlaməti ola bilər

Xroniki yorğunluq hansısa xəstəliyin əlaməti ola bilərGündəlik həyatda 8 saatlıq iş rejimindən sonra yorğunluq yaranır. Ancaq bəzi insanlar heç nə etmədiyi halda da özünü yorğun hiss edir. Diqqətin zəifləməsi, yuxu pozğunluğu, oynaq, əzələ, baş ağrıları və uzunmüddətli əzginlik hissi xroniki yorğunluğun əlamətləri sayılır.
Milli.Az xəbər verir ki, bu barədə məlumat verən həkim-terapevt Nahid Məhərrəmov deyib: "Xroniki yorğunluq xəstəliklərdən hansınınsa əlaməti ola bilər. Məsələn, qalxanvari vəz, yaxud qan azlığı, fol turşusu, dəmir, kalsium, B12 və ya D vitamini çatışmazlığından ola bilər. Artıq çəkisi olanlar daha çox həmin problemdən əziyyət çəkirlər".
Altı aydan çox çəkən yorğunluq şikayəti xroniki yorğunluq sindromunun olduğunu göstərir. Əlamətləri isə özünü müxtəlif şəkillərdə büruzə verir. Bir çox hallarda həmin xəstələrdə depressiya əlamətləri olur. Bu da onların normal iş fəaliyyəti və gündəlik fiziki fəallığının azalması ilə əlaqədardır.
"Yorğunluq gecə yuxusuzluğu, rejimsizlik, qida qəbulunun normal olmaması ilə də əlaqədar meydana çıxa bilər. Problemi yoluna qoymaq üçün normal yuxu rejimini bərpa etmək, vaxtlı-vaxtında qidalanmaq, bol maye qəbul etmək və fiziki cəhətdən fəal olmaq lazımdır. Xroniki yorğunluğun riskli tərəfi də var, onun vaxtında qarşısı alınmadıqda gələcəkdə daha ciddi problemlərə səbəb ola bilər. Hansı xəstəlik xroniki yorğunluğa səbəb olursa, məhz ona qarşı müalicə tədbiri aparılmalıdır. Məsələn, bunun səbəbi qan azlığıdırsa, onu bərpa etmək, orqan narahatlığıdırsa, həmin orqanı müalicə etmək lazımdır",- deyə həkim-terapevt əlavə edib.
Xroniki yorğunluq əsasən 30-50 yaş arasında olanlarda müşahidə olunur. Uzun sürən yorğunluq hissi və əlamətlərinə qarşı qabaqlayıcı tədbirlər görərək xəstəlikdən qurtulmaq mümkündür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 973   Tarix: 20 fevral 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

aksessuarlar donlar 2026 qadın geyimi atalar sozu elm haqqinda neyrosirkulyator distoniya tutma reseptleri pol breqq kosmetika hesaplama nizami gencevi azerb clpaq qadinlari baliq vətən həsrəti