Xurma bəhməzinin faydaları
Təzə xurmanın faydaları kimi onun bəhməzi də müxtəlif xəstəliklərə qarşı fayda verir.
Bir çox narahatlığa qarşı qorunma təmin edən xurma bəhməzinin faydaları bunlardır:
- Qanazlığa qarşı yaxşı təsir göstərir. Bədəndəki dəmir çatışmazlığını aradan qaldıraraq qanı arıtırır. Bu sayədə bədəndəki halsızlığı və yorğunluğu da aradan qaldırır.
- Həzm sistemini rahatlaşdırır. Deyerler.org bildirir ki, bağırsaq hərəkətlərini nizamlayaraq qəbizliyə qarşı yaxşı təsiri də xurma bəhməzinin faydaları arasındadır. Beləcə kolon xərçəngi və babasilə qarşı qorunma təmin edir.
- A vitamini ilə zəngindir. Zəngin A vitamini sayəsində ağciyər xərçəngi və ağız boşluğu xərçəngi kimi xərçəng növlərinə qarşı qorunmanı təmin edir.
- Tərkibindəki B-karoten, lutanın, zeaksantin kimi antioksidant maddələr sayəsində hüceyrələri zərərli təsirlərdən qoruyur. Bunun nəticəsində də bir çox xərçəng növlərinə qarşı qorumanı təmin edir.
- Mükəmməl bir dəmir qaynağıdır. Dəmir mineralı, qanın oksigen daşıma tutumunu təyin edir.
- Yaxşı bir kalium qaynağıdır. Kalium, ürək sürətini və qan təzyiqini tənzimləməyə köməkçi olan hüceyrə və bədən mayelərinin əhəmiyyətli bir komponentidir. Bu səbəblə iflic və ürək xəstəliklərinə qarşı qoruyur.
- Bəlğəmi təmizləyir, eyni zamanda öskürəyi kəsir. Bəlğəmi təmizləmək xüsusiyyəti ilə yanaşı boğaz ağrısı və boğazın iltihablanmasına qarşı yaxşı təsir edir. Bronxları rahatlaşdırır.
- K vitamini ehtiva edir. K vitamini sümüklər üçün əhəmiyyətlidir. K vitamininin yanında orta dərəcədə B qrupu vitaminləri də saxlayır.
Saglamolun.Az
f Paylaş








Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür