Xurmanın faydaları

Xurmanın faydalarıXurma palmakililər fəsiləsinə daxil olan xurma ağacının meyvəsidir. Xurma ağacının meyvəsi dadlı və yeməlidir. O ən çox sevilən quru meyvələrdəndir. Sənayedə xurma palmasının meyvələrindən çox istifadə edilir. Xurma meyvəsi İslam dinində çox qiymətləndirilir. Məhəmməd pyeyğəmbər bu meyvəni çox sevmiş və Quranda bu meyvə barədə 29 dəfə qeyd etmişdir. Düyada bir çox müqəddəs adamlar xurma meyvəsi ilə qidalanmışdır. Xurmanın tərkibinin 60-65%-ni karbohidratlar təşkil edir. Bu miqdar digər quru meyvələrdəkindən qat-qat artıqdır. Xurmanın tərkibində olan sink, dəmir, marqanes, maqnium, kalium, kalsium, fosfor, aliminium, kolbat, kükürd, protein və yağların miqdarı orqanzimdəki vitamin və mineral çatişmazlığının qarşısını ala bilmək qabiliyyətinə malikdir. Xurmanın tərkibində 23 növ müxtəlif amin turşuları var.
Xurmanın tərkibində A, C, B1, B2, B6 vitaminləri, riboflobin, niatsin, pantoten turşusu var. Onlar orqanizmdə karbohidratların, şəkərin miqdarına nəzarət edir. Xurmanın tərkibində olan yağ turşuları qanda qlükozanın miqdarını nəzarət altında saxlaya bilir.
Xurmanın tərkibində olan liflər xərçəng xəstəliyinin risk faktorunun aradan qalxmasına səbəb olur və ftor dişlərdə kariesin əmələ gəlməsini ləngidir. Xurmanın tərkibində xolesterin yoxdur. Araşdırmalar qurudulmuş xurmanın insan beyninə təzə xurmadan 20% çox faydalı olduğunu sübut edib. Xurmanın faydalarından qədim zamanlarda da istifadə edilib. O onkoloji xəstəliklərə qarşı mübarizə aparır, vərəm, infeksiya və müxtəlif xəstəliklərinin sağalmasını sürətləndirir.  Xurma orqanizmə güc verir, ürəyi möhkəmləndirir, impotensiyanı aradan qaldırır, bağırsaqlardakı faydalı bakteriyaları artırır, orqanizmin turşu balansını normallaşdırır. Xurma virus və mikroblara qarşı mübarizə aparmaq qabiliyyətinə malikdir. O beyin fəaliyyətini yaxşılaşdırır, yaddaşı möhkəmləndirir, xərçəng riskinin aradan qalxmasına səbəb olur.
Xurma fiziki gücü artırır, ömrü uzadır, insanların xəstəliklərə qarşı olan müqavimətini yüksəldir.  Ürək-damar xəstəlikləri zamanı xurma yemək çox faydalıdır. Xurma yemək ağır sürən xəstəliklərdən sonra orqanizmi gümrahlaşdırır. Xurmadan müxtəlif qida məhsullarının hazırlanması zamanı da istifadə edilir. Ərəblər ondan müxtəlif konditer məhsullarının hazırlanması məqsədilə istifadə edirlər.
Xurmanın zərərli xüsusiyyətləri
Allergik xəstəliklərdən əziyyət çəkənlər xurma yeyərkən diqqətli olmalıdırlar. Şəkərli diabet xəstələri, qlikemik indeksi yüksək olan xəstələr xurma yeyən zaman diqqətli olmalıdırlar. Çoxlu miqdarda xurma yemək qanda şəkərin miqdarının artmasına səbəb ola bilir.
Mədə-bağırsağın yara xəstəliklərindən əziyyət çəkənlərə çoxlu miqdarda xurma yemək məsləhət görülmür. Xurmanın tərkibində 29 növ monosaxaridlər var. Ondan çoxlu miqdarda istifadə eləmək bağlırsaqlarda qazların, diareyanın, köpün əmələ gəlməsinə səbəb ola bilir. Xurma yemək istəyərkən gün ərzində başqa meyvələr yeməyinizə də diqqət eləmək məsləhət görülür.  Gün ərzində 10-dən çox xurma yemək məsləhət görülmür. Ağır fiziki işlə məşğul olanlara isə gün ərzində 20-25 ədəd xurma yemək mümkündür.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1158   Tarix: 22 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

qadın geyimi geymler 2026 yay kolleksiyasi maraqli sekiller ciy kartofun faydasi ziyafət geyimləri zorlama səhnə kosmetika badambura cinsi kahfe kali hakisda sevgi