Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən azərbaycanlı gözəlin FOTOLARI

Xanim.az II Vice Mrs. Top of the World-2015" titulunun sahibi, Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan hərbi qulluqçusu Tehranə Bəhruzinin Sputnik Azərbaycan-a müsahibəsini təqdim edir:

- Tehranə, əvvəlcə özünüz haqqında danışın.

- Rusiyada doğulmuşam, amma milliyyətcə azərbaycanlıyam. Bununla belə, mənim türk, iranlı və alman köklərim də var. Mənim qanım qarışıqdır. Ailəmizlə birlikdə Samarada yaşamışam, lakin ardıcıl olaraq sevimli Azərbaycana gəlirdik, çünki burada nənəm yaşayırdı. Moskva Dövlət Pedaqoji Universitetinin hüquq fakültəsini bitirəndən sonra təhsilimi davam etdirmək qərarına gəldim və Samara Dövlət Universitetinin kliniki psixologiya istiqaməti üzrə qiyabi şöbəsinə daxil oldum.

- Tehranə, siz ixtisasca hüquqşünas və psixoloqsuz. Və birdən-birə Azərbaycanın xüsusi təyinatlı qoşunlarında xidmət etmək qərarına gəldiz. Bu, necə baş verdi?

- Azərbaycanın daxili qoşunları ilə müqavilə bağlayarkən, düşündüm ki, prokurorluqda işləyəcəm, çünki bura mənə hamısından yaxındır. Eşidəndə ki, Azərbaycan DİN-in Daxili Qoşunlarının nəzdində qızlardan ibarət xüsusi təyinatlı qrup yaradılıb, ağlıma belə bir ideya gəldi ki, niyə də yox? Düşünürdüm ki, hər şey bizə filmlərdə göstərilən kimi olacaq. Amma hər şey əksinə oldu. Bizə çox çətin oldu, çünki bizimlə - qızlarla kişi kimi davranırdılar. Biz bütün günü məşq edirdik, hətta istirahətə də vaxt olmurdu. Mən təkcə fiziki olaraq deyil, psixoloji olaraq da yorulurdum. Çünki mənimlə birlikdə xidmət edən qızlarla əlaqə qurmaq mümkün deyildi. Onların hamısı fərqli idi, qalmaqalları sevirdilər, mən isə təbiətən sakit insanam. Düzünü deyim, öz seçimimə görə çox peşman oldum. Amma tədricən hərbi formanı sevdim və özümü onsuz təsəvvür edə bilmədim. Hazırda hərbi xidmət mənim üçün birinci yerdədir.

- Sizin üçün ən çətin olan nə idi?

- Qızlarla bir komandada xidmət etmək ən çətini idi. Mən çalışırdım ki, heç kəsə fikir verməyim, öz işimlə məşğul olum. Tədricən hər şeyə alışdım. Biz həmişə günün altında məşq etməli olurduq və günəş yanığı alırdıq. Bu dəhşət idi, çünki qızlar buna alışmamışdılar. Bundan sonra mən hətta yaya nifrət edirəm və istəyirəm ki, həmişə qış olsun.

- Bəs ailəniz sizin orduda xidmət etmək arzunuzu necə qarşıladı?

- Əvvəlcə onlar razılaşmadılar. Dedilər ki, mənə çox çətin olacaq, amma fikrimdən döndərə bilmədilər. Sonra valideynlərim mənimlə fəxr etməyə başladılar. Çünki həm hərbi xidmətdə, həm də model biznesində uğurlar əldə etdim. Mənim yeganə səhvim hər şeyə çox sadəlövhcəsinə inanmağımdır. Hamıya inanıram, kömək etmək istəyirəm, amma sonra bunun əziyyətini çəkməli oluram.

- Bəs siz model biznesinə necə düşmüsüz?

- Düzünü desəm, hərbi xidmətə başlayana qədər gözəllik yarışmalarında iştirak etməyi çox istəmişəm. Amma alınmayıb, çünki həmişə utancaq olmuşam. Həmişə iş mənə mane olub. Bakıda gözəllik müsabiqələrinin təşkilatçıları mənə Azərbaycanı nüfuzlu beynəlxalq gözəllik yarışmalarında təmsil etməyi təklif ediblər.

Əvvəlcə mənə qorxulu gəlirdi, çünki peşəkar model deyildim və hər şey mənim üçün yeni idi. Bilirdim ki, öz ölkəmi təmsil etməklə üzərimə çox böyük məsuliyyət götürürəm. Mən taca və "Top of the World -2015"-in ikinci vitse-missi adına layiq görüldüm. Bundan sonra məni dəfələrlə digər müsabiqələrə də dəvət etdilər. Lakin işimlə əlaqədar olaraq vaxt tapa bilmədim.

- Yəqin sizinlə birlikdə xidmət edən qızlar bu müsabiqədən sonra sizə həsəd aparmağa başladılar?

- Düşünmürəm ki, həsəd apardılar. Onlar bilirdilər ki, mən həmişə gözəllik müsabiqələri ilə maraqlanıram. Amma düşünmürdülər ki, bu işlə nə vaxtsa ciddi məşğul olacam. Onlar mənə görə şad oldular. Düzünü desəm, müsabiqəyə gedəndə bu barədə heç kəsə xəbər verməmişdim. Sadəcə, mənim bir neçə rəfiqəm bilirdi. Mənim haqqımda yazılandan sonra xəbər tutdular və hamı şokda idi.

- Bəs modellər biləndə ki, onlarla birlikdə müsabiqədə xüsusi təyinatlılardan olan qız da iştirak edir, bunu necə qarşıladılar?

- Onlara bu qəribə gəlirdi, çünki heç vaxt belə halla rastlaşmamışdılar. Müsabiqədə iştirak zamanı hər kəs öz istedadını nümayiş etdirməli idi. Onların çoxu oxudu, rəqs elədi. Mən isə hərbçi olduğum üçün xüsusi təyinatlı qabiliyyətlərimi nümayiş etdirdim - döyüş sənəti texnikasını göstərdim. Hamıya maralı gəldi. Məndən sonra xeyli hərbçi qız model olmaq qərarına gəldi. Mənim iştirakımın onlara stimul verdiyini görmək xoşdur.
Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən azərbaycanlı gözəlin FOTOLARIXüsusi Təyinatlı Qüvvələrdə xidmət edən azərbaycanlı gözəlin FOTOLARIXüsusi Təyinatlı Qüvvələrdə xidmət edən azərbaycanlı gözəlin FOTOLARI

Xəbərlər     Baxılıb: 1815   Tarix: 11 aprel 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Stresi saniyələr içində yox edən MƏŞQLƏR

Beynəlxalq balet və dartınma studiyaları şəbəkəsi "LEVITA"nın baş məşqçisi Akulina Baxturina stresi dərhal aradan qaldıran ən effektiv məşqləri açıqlayıb. -a istinadən xəbər verir ki, mütəxəssis bu barədə "

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Təbii qarışımla şişkinliyə SON: Yatmazdan əvvəl için

Son vaxtlar sosial mediada sürətlə yayılan "gecə içkisi" trendi Türkiyədə də maraq doğurub. Xüsusilə axşam yeməyindən sonra yaranan şişkinlik və ödemdən qurtulmaq istəyənlər bu təbii qarışığa üz tutur. xəbər veri

turlar.az

yemek reseptleri həkim məsləhəti geyim dəbləri qulliverin səyahəti yay kolleksiyasi sac düzümləri ulduzlar kosmetika qız bürcü namiq qaraçuxurlu ikizler dieta tapmacalar