Yaddaş itkisi hansı səbələrdən baş verə bilər?

Yaddaş itkisi hansı səbələrdən baş verə bilər?İnsanların əksəriyyəti yaddaş pozulmasından 65-70 yaşından başlayaraq şikayət edir ki, bu da orqanizmin və o cümlədən də beyinin qocalması ilə əlaqədardır.

Lakin bəzən orta yaşlı və cavan insanlar da yaddaş pozulmasından şikayət edə bilər. Yaddaş pozulmasının bir sıra səbəbləri var:

- Kəllə-beyin travmaları (avtoqəza, yıxılma, başa zərbə və.s)

- Vitamin çatışmazlığı (əsasən B12)

- Hipotireoz (qalxanvari vəzi xəstəliyi)

- Depressiya, uzunmüddətli yuxu pozulmaları, stress

- Dərman və toksik maddələrin təsiri

- Mərkəzi sinir sisteminin infeksion və iltihahi xəstəlikləri.

Yuxarıdakı səbəblərdən olan yaddaş pozulmaları müalicə olunandır.

Onu qeyd etmək lazımdır ki, yaşla bağlı olan yaddaş zəifliyi insanların həyat tərzinə, onların gündəlik işlərini yerinə yetirməyə mane olmur. Məsələn yaddaş itkisi olan şəxs bəzən 1 insanın adını unuda bilər. Amma uzunmüddətli olmaz. Və ya gün sonuna qədər xatırlayar və s. Lakin yaddaş zəifliyi neyrodegenerativ xəstəliklər-Alsheymer, Parkinson, demensiya vaxtı da meydana çıxır ki, bu yaddaş pozulması ciddi narahatçılıqlara səbəb olur. Bu zaman pasiyent öz gündəlik tələbatlarını (yemək, yuyunmaq, harasa getmək və s.) kimi halları idarə edə bilmir. Xəstəlik getdikcə artıb xəstəni yaxınlarından və ya baxıcıdan asılı vəziyyətə salır.

Beyin damar xəstəlikləri də (vaskulyar demansiya) yaddaş pozulması ilə müşahidə oluna bilər. Demensiyası olan xəstələr yeni sualları dəfələrlə verir, danışarkən ümumi sözləri unudur, gəzərkən və ya tanış bir əraziyə gedərkən azır, əşyaları uyğun olmayan yerlərə yerləşdirir və s.

- Yaddaş pozulması nevroloq tərəfindən müayinə olunub,səbəbindən asılı olaraq araşdırılmalı,xüsusi minimental(test,sual–cavab)adlanan testlərlə dəqiqləşdirilməlidir.

- Digər degenerativ xəstəliklərdə olduğu kimi,neyrodegenerativ xəstəliklərin nəticəsi olan yaddaş pozulmasında inteqrativ müalicə üsulu ilə orqanizimin pozulmuş tarazlığı bərpa olunaraq, əlilliyə gətirib çıxaran yaddaş zəifliyinin qarşısı alınır.

Sağlamlıq     Baxılıb: 2083   Tarix: 28 sentyabr 2021
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

turlar.az

makiyaj etmek qaydalari həkim məsləhəti geyim dəbləri müsabiqələr halva reseptləri paltar olmaq qadın kostyumları kosmetika layla intim bayatı sirniyatlar qardasa aid haxistalar