Yanında su içmək mütləqdir, yoxsa bağırsaqlardakı bütün suyu çəkir

Yanında su içmək mütləqdir, yoxsa bağırsaqlardakı bütün suyu çəkirYeni il süfrələrindən sonra yaranan qəbizlik probleminin əsas səbəbləri susuzlaşma və lifli qidaların çatışmazlığıdır.
Milli.Az xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Yevgeni Belousov məlumat verib. O bildirib ki, bayram günlərində qida rasionunun pozulması və alkoqol qəbulu bağırsaq sisteminin işinə birbaşa mənfi təsir göstərir.
Həkimin sözlərinə görə, gündəlik lif normasına əməl edilməməsi bu problemin baş verməsində əsas amildir. Qadınlar gün ərzində ən azı 25 qram, kişilər isə 38 qram lif qəbul etməlidir. Müasir dövrdə meyvə-tərəvəz və tam taxıllı məhsulların azlığı bağırsaq funksiyasını ləngidir. Digər bir səbəb isə maye qəbulunun az olmasıdır ki, bu da həzm prosesini çətinləşdirir.
Ekspert xüsusilə vurğulayıb ki, Yeni il gecəsi qəbul edilən alkoqol bədəni susuzlaşdırır. Alkoqol diuretik təsir göstərdiyi üçün orqanizm özünü zəhərli maddələrdən təmizləmək məqsədilə suyu bağırsaqlardan çəkir. Nəticədə bağırsaq kütləsi quruyur və hərəkəti çətinləşir. Eyni zamanda, alkoqol bağırsaq mikroflorasını pozaraq həzm sisteminin fəaliyyətini aşağı salır.
Yevgeni Belousov həmçinin qeyd edib ki, qəbizlik diaqnoz deyil, müəyyən problemin əlamətidir. Bayram günlərində yuxu rejiminin pozulması və yaranan stress də bağırsaqların işini zəiflədən amillər sırasındadır. Bu vəziyyət simpatik sinir sistemini aktivləşdirərək həzm prosesinə cavabdeh olan funksiyaları boğur.
Qeyd edək ki, əgər qəbizlik problemi uzun müddət davam edərsə, mütləq həkimə müraciət olunmalıdır. Kəskin ağrılar, qusma və ya nəcisdə qan müşahidə edilərsə, təcili tibbi yardım çağırmaq lazımdır.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1013   Tarix: 04 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

qis geyimləri 2026 gelinlikler geymler 2026 qadın kosmetika bürclər 8 mart tebrikleri qurd xəstəlikləri kosmetika novruz sağlıq janrlar cinsi əlaqə atalar sözləri