Yapışmayan tavalar Avropada qadağan olundu - xəstəlik YAYIR

Yapışmayan tavalar Avropada qadağan olundu - xəstəlik YAYIRAvropada insan sağlamlığı və ətraf mühit üçün risk yaradan, ağır kimyəvi maddələr kimi tanınan perfloroalkil və polifloroalkil maddələrin (PFAS) bir sıra istehlak məhsullarının istifadəsi bugündən qadağan olunub.
Milli.Az xəbər verir ki, Avropa Birliyində 2020-ci ildən etibarən teflon örtüklərlə bağlı məhdudiyyətlər tətbiq olunsa da, bu məhsullar milyonlarla istehlakçı tərəfindən istifadədə qalmaqda idi. Rəsmi mediada dərc olunan yeni qərarnaməyə əsasən, 1 yanvardan başlayaraq teflon tavaların istifadəsi qadağan olunur. Qərarın əsas səbəbi bu məhsullarda PFAS maddələrinin yüksək miqdarda olmasıdır.
Yeni tənzimləməyə əsasən, bu gündən (yanvarın 1-i) etibarən tekstil məmulatları, ayaqqabılar, kosmetik məhsullar, eləcə də xizəklərdə istifadə olunan mum kimi bəzi istehlak mallarında PFAS maddələrinin istifadəsinə icazə verilməyəcək. Qaydalar birlik ərazisində istehsal edilən, satışa çıxarılan, idxal olunan və ixrac edilən yeni məhsullara şamil ediləcək.
Qadağa bütün məhsul kateqoriyalarını əhatə etmir. Ordu üçün nəzərdə tutulan xüsusi təhlükəsizlik avadanlıqları və strateji təyinatlı məhsullar tənzimləmədən kənarda saxlanılıb. Rəsmi qurumlar bu istisnaların milli təhlükəsizlik və müdafiə zərurəti ilə bağlı olduğunu bildirirlər.
Qərarnaməyə görə, 1 yanvar 2026-cı ilədək istehsal edilmiş və hazırda anbarlarda mövcud olan PFAS tərkibli məhsulların bazardan çıxarılması üçün şirkətlərə 12 aylıq keçid müddəti tanınıb. Bu dövrdə mövcud ehtiyatların satışına icazə veriləcək.
Mütəxəssislərin fikrincə, teflon tavaların istehsalında istifadə olunan kimyəvi maddələr bu qabların səthi cızıldıqda qidaya qarışaraq birbaşa insan orqanizminə daxil ola bilər. Xüsusilə yapışmanı önləyən bəzi maddələrin qalxanabənzər vəzin fəaliyyətini pozduğuna dair güclü elmi sübutların mövcud olduğu bildirilir.
Araşdırmalara görə, PFAS ailəsinə daxil olan perflorooktanoik turşunun (PFOA) qəbul edilməsi və ya orqanizmə sorulması müxtəlif sağlamlıq problemlərinə yol aça bilər. Orqanizmdə toplanan bu maddə laboratoriya şəraitində aparılan heyvan sınaqlarında reproduktiv və inkişaf pozuntuları, qaraciyər və böyrək xəstəlikləri, həmçinin immun sisteminə mənfi təsirlərlə əlaqələndirilib. Mütəxəssislər PFOA-nın doğuşa zərər verə biləcəyini və ana südü vasitəsilə körpələr üçün təhlükə yaratdığını qeyd edirlər. /Bakupost.az
Milli.Az

Xəbərlər     Baxılıb: 1274   Tarix: 01 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

qadin dunyasi makiyaj etmek qaydalari sac duzumleri veten haqqinda insa zeytun mürəbbəsi gozalti qaralar ucun maska aysel əlizadənin toyu kosmetika ekizler sevgi ziyafet geyimleri qiz evi novruz hakista