Yaşıl çayın faydalı xüsusiyyətləri və hazırlanması qaydası

Yaşıl çayın faydalı xüsusiyyətləri və hazırlanması qaydasıBir çox insanlar bilir ki, yaşıl çay çox xeyirlidir. Bu həqiqətən belədir. Yaşıl çayın faydalı xüsusiyyətləri haqqında hətta kitablar yazmaq olar.

Şərqdə yaşıl çay min bir dərdin dərmanı sayılır. Burada hesab edirlər ki, yaşıl çay insanı sağlam və uzunömürlü edir.

Güclü antioksidant xüsusiyyətlərinə malik olan yaşıl çay insanın orqanizmini müxtəlif zərərli maddələrdən (şlaklar, toksinlər, sərbəst radikallar və s.) təmizləyir və nəticədə insanın immun sistemi möhkəmlənir, xərçəng xəstəliklərinin inkişaf etmə ehtimalı azalır, insan cavanlaşır.

Yüksək hərarətlə müşayiət olunan müxtəlif iltihabı xəstəliklər və soyuqdəymələr zamanı yaşıl çay yaxşı tərlədici effekt göstərir ki, bunun nəticəsində insan orqanizmi intoksikasiya ilə uğurla mübarizə aparır. Bundan əlavə alimlərin fikirinə görə, yaşıl çay güclü mikrob əleyhinə təsirinə malikdir.

Yaşıl çay insanı daha fəal edir, insanın əqli və fiziki aktivliyini artırır, əhval-ruhiyyəsini qaldırır. Məhz bu səbəbdən həkimlər yaşıl çayın axşam vaxtlarında qəbul etməyini məsləhət etmirlər. Bu sizin rahat və tez yuxuya getməyinizə mane olacaq. Əksinə isə səhər tezdən içdiyiniz bir fincan yaşıl çay sizi daha tez "oyadacaq" və əmək qabiliyyətinizi artıracaq.

Yaşıl çay yaxşı sidikqovucudur. Bu onu böyrək, sidik yolları və sidik kisəsi xəstəliklərindən əziyyət çəkən insanlar üçün olduqca xeyirli edir.

Yaşıl çay yaddaşı və diqqəti möhkəmləndirir, sinir sisteminə müsbət təsir edir, insana depressiyadan çıxmasına yardım edir.

Yaşıl çay bütün mədə-bağırsaq sistemi üçün çox xeyirlidir.

Yaşıl çay insanın ürək damar sisteminə də çox müsbət təsir edir – aterosklerozun əmələ gəlməsinin riskini azaldır, damar və kapilyarları möhkəmləndirir, onları elastik edir, damarlarda xolesterinin yığılmasının qarşısını alır. Yaşıl çay arterial təzyiqini aşağı salır və bu səbəbdən hipotoniyadan (arterial təzyiqin daim aşağı olması) əziyyət çəkən insanlar yaşıl çayı qəbul etməməlidirlər.

İltihab əleyhinə təsirinə malik olan yaşıl çay kariesin və damaqların iltihabının ən yaxşı profilaktikasıdır.

Nəzərinizə çatdıraq ki, yaşıl çayın bütün bu faydalı xüsusiyyətlərindən yalnız onu daim qəbul etdiyi halda faydalanmaq olur.

Yaşıl çay o cümlədən gözəl kosmetik vasitədir. Çay antiseptik xüsusiyyətlərinə malikdir və bu səbəbdən üz dərisində olan xoşagəlməz səpgilərlə mübarizədə kömək edə bilər. Çay dəriyə tonuslaşdırıcı təsir edir. Kosmetoloqlar çayı soyuducuda xırda kublar şəklində dondurmaq və daha sonra isə bu kublarla üzünü silmək məsləhət verirlər.

Yaşıl çay arıqlamağa da kömək edir.

Yalnız yaxşı və keyfiyyətli yaşıl çay insana fayda verə bilər. Keyfiyyətli yaşıl çay isə bahalı məhsuldur. Bu səbəbdən ucuz yaşıl çay almayın. Ən yaxşı yaşıl çaylar Çində istehsal olunan çaylardır. Çində 1,5 mindən artıq yaşıl çayın növləri var. Bunların arasında "imperator" çayları da var. Bu çaylar ən yaxşı və bahalı sayılır.

Çay təzə olmalıdır. Yaşıl çayın maksimal saxlama müddəti – 2 ildir.

Yaşıl çay böyük çini çaydanda dəmlənilir (çini fincanda da dəmləmək olar). Su çox qaynar olmamalıdır. Qaynar su çayın dadını və ətrini "öldürür". Yaşıl çay süzdükdə ona qaynar su əlavə olunmur.

Yaşıl çay qara çay kimi dəmlənilir. Dəmlədikdən 2-3 dəqiqə sonra yaşıl çayı içmək lazımdır. Yaşıl çay yalnız təzə içilməlidir.

Düzgün dəmlənilmiş yaşıl çayın üzərində köpük əmələ gəlir. Bu köpük da xeyirlidir, onu yığmaq lazım deyil.

Sağlamlıq     Baxılıb: 2603   Tarix: 18 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində

Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb. Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər. ABŞ-ı

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

turlar.az

aksessuarlar geyim şəkilləri hamilelikde qidalanma abqoranin hazirlanmasi yay donlari 2026 roya ayxan gözəl geyimlər kosmetika əfsanələr tərəzi bürcü tanisliq yemek reseptleri toy gecesı