Yaşlı insanlar necə qidalanmalıdır? - Virusa yoluxmamaq üçün BUNLARI EDİN

Yaşlı insanlar necə qidalanmalıdır? - Virusa yoluxmamaq üçün BUNLARI EDİNYaşlı insanlar və ahılların COVID-19 virusuna yoluxma riski yüksəkdir. İnfeksiya xüsusilə xroniki xəstəliyi olan ahıllar üçün daha təhlükəlidir.
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən Milli.Az-a verilən məlumata görə, koronavirus infeksiyasına yoluxma riskini azaltmaq üçün müvafiq qabaqlayıcı tədbirlərə riayət etməklə yanaşı, sağlam həyat tərzi də vacib şərtdir.
Yaşlandıqca maddələr mübadiləsinin gedişi dəyişir, orqanizmin qida maddələrinə olan ehtiyacı, tələbatı da fərqlənir. COVID-19, eləcə də digər yoluxucu xəstəliklərə qarşı orqanizmin müqavimətini artırmaq üçün yaşlı insanların və ahılların düzgün və balanslı qidalanması əsas şərtlərdən biridir.
A vitamini həzm, mədə-bağırsaq və tənəffüs sisteminin funksiyasına təsir edir. İmmun sistemin güclənməsində olduqca faydalıdır. Şirin kartof, yerkökü, brokkoli, ispanaq, qırmızı bolqar bibəri, ərik, yumurta, süd və bir çox taxıllı qida məhsulları A vitamininin əsas mənbəyidir.
Vitamin B6, B12, mis, fol turşusu, selenlə zəngin qida məhsulları immun sistemin gücləndirilməsində xüsusi əhəmiyyətə malikdir. Qeyd edək ki, taxıl, yağsız ət, bəzi balıq və dəniz məhsulları B12 vitamini ilə olduqca zəngindir.
C vitamini isə anticisimlərin meydana gəlməsini stimullaşdıraraq immun sistemini tənzimləyir. C vitamini ilə zəngin portağal, qreypfrut və naringi kimi sitrus meyvələrin, qırmızı bolqar bibəri, çiyələk, pomidor və bəzi dənli bitkilərin gündəlik qida rasionuna əlavə edilməsi tövsiyə olunur.
Kalsium və D vitamini ilə zəngin qidalar sümüklərin sağlamlığını qorumaq üçün olduqca vacibdir. Bir çox dənli bitkilər, tünd yaşıl yarpaqlı tərəvəzlər, az yağlı və ya yağsız süd məhsulları kalsiumun zəngin mənbəyidir. Qızıl balıq, pendir, yumurtanın tərkibində D vitamini yüksək miqdardadır.
E vitamini güclü antioksidantdır. Bu vitaminlə zənginləşdirilmiş dənli bitkiləri, bitki yağlarını, günəbaxan toxumunu, badam, fındıq və fıstığı gündəlik qida rasionuna daxil etməklə orqanizmi gücləndirmək olar.
Sink və kaliumun da çatışmazlığı orqanizmdə ciddi problemlərə yol açır. Sink yağsız ət, quş əti, dəniz məhsulları, süd, taxıl məhsulları, lobya və qoz-fındığın tərkibində, kaliuma isə az yağlı və ya yağsız süd, banan, şirin kartof, ispanaq və ağ lobya kimi məhsullarda rast gəlinir. Orqanizmi kifayət qədər kaliumla təmin etməklə, həmçinin duz istehlakını məhdudlaşdırmaqla yüksək təzyiq problemini də aradan qaldırmaq mümkündür.
Əksər xəstəliklər qeyri-düzgün qidalanma nəticəsində yaranır. Ürək-damar xəstəliklərinin, arterial təzyiqin, şəkərli diabetin  profilaktikasında sağlam qidalanma olduqca vacibdir. Bu baxımdan yaşlı insanların qidasında liflə zəngin olan məhsullar üstünlük təşkil etməlidir. Lif bağırsağın fəaliyyətini stimullaşdırır, maddələr mübadiləsini sürətləndirir. Həmçinin lifli qidalar insanı tox tutur. Pəhriz lifləri ürək və II tip diabet xəstəliklərinin inkişafının qarşısını alır, qan şəkərin idarə olunmasında və xolesterolun səviyyəsinin azalmasında mühüm rol oynayır. 50 yaşdan yuxarı insanların qida liflərinə gündəlik tələbatı 30 qramdır. Liflə zəngin qidalar əsasən meyvə və tərəvəzlərdir. Tam taxıllı çörəklər və dənli bitkilər (xüsusən, lobya və noxud) də daha çox istehlakı tövsiyə olunan lifli qidalardandır. Bundan başqa, istehlak edilən yağların çoxu sağlam doymamış yağlardan ibarət olmalıdır.
Fiziki aktivlik sağlamlığın vacib şərtlərindəndir. Fiziki aktivliyin az olması bədən çəkisinin artmasının, eləcə də bir sıra qeyri-infeksion xəstəliklərin yaranmasının əsas risk faktorlarından biridir. 50 yaşdan yuxarı insanların gündəlik kaloriyə olan tələbatı onların aktivlik dərəcəsindən asılıdır:
- Qeyri-aktiv həyat tərzi keçirən şəxslər üçün 2000-2200 kalori
- Orta dərəcədə aktiv həyat tərzi keçirən şəxslər üçün 2200-2400 kalori
- Müntəzəm aktiv həyat tərzi olan şəxslər üçün 2400-2800 kalori
Yaş ötdükcə fiziki aktivliyin azalması insanlarda maddələr mübadiləsinin yavaşlamasına səbəb olur. Bir sözlə, sağlam həyat tərzi sürmək üçün düzgün və balanslı qidalanmaq qədər fiziki aktivliyi də yüksəltmək vacib və faydalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1165   Tarix: 22 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

qadın geyimi geymler 2026 yay kolleksiyasi maraqli sekiller ciy kartofun faydasi ziyafət geyimləri zorlama səhnə kosmetika badambura cinsi kahfe kali hakisda sevgi