Yaşlıların rasionunda bu qidalar üstünlük təşkil etməlidir

Yaşlıların rasionunda bu qidalar üstünlük təşkil etməlidirİnsan orqanizmi yaşlandıqca maddələr mübadiləsi zəifləyir, nəticədə müxtəlif ərzaq məhsullarına tələbat da dəyişir. Yaşlı insanlar yeni növ koronavirus (COVID-19) infeksiyasının yüksək risk qrupuna daxil olduğundan onların düzgün və balanslı qidalanması vacibdir. Ürək-damar xəstəlikləri, şəkərli diabet, təzyiq və digər xəstəliklərin profilaktikasında qidalanma mühüm əhəmiyyət kəsb edir.
Milli.Az xəbər verir ki, Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Nərmin Ağalarova deyib: "Gündəlik qida rasionunda yüksək vitamin və mineral ehtiva edən ərzaqlara üstünlük verilməsi daha yaxşı olar. Məsələn, A vitamini həzm və tənəffüs sisteminin fəaliyyətində yaxından iştirak edir. Həmin vitamin şirin kartof, propolis, ispanaq, sarımsaq və yumurtanın tərkibində daha çoxdur. S vitamininə əsasən sitrus meyvələrinin tərkibində, eləcə də qırmızı bibər, pomidor və s. qidaların tərkibində rast gəlinir".
Kalsium sümük möhkəmlənməsində mühüm rol oynayır və daha çox tünd yaşıl rəngli tərəvəzlərdə, süd və süd məhsullarında mövcuddur. Qızıl balıq, pendir və yumurtanın tərkibi B vitamini ilə zəngindir.
"D vitamininə isə daha çox yumurta və qızıl balığın tərkibində rast gəlinir. Bundan başqa, E vitamini güclü antioksidantdır, ona əsasən dənli bitkilərin, bitki yağlarının, badam, fıstıq və fındığın tərkibində rast gəlinir. Bundan başqa, sink və K vitamin çatışmazlığı da müxtəlif xəstəliklərin yaranması üçün risk faktoru hesab edilə bilər. Yaşlı insanların menyusuna lifli qidaların da daxil edilməsinin böyük əhəmiyyəti var. Liflə zəngin meyvə və tərəvəzlər bu sahədə çox faydalıdır, çünki yüksək miqdarda mineral və vitamin tərkibinə, həm də daha az kaloriyə malikdirlər", -deyə mütəxəssis bildirib.
Əlli yaşından yuxarı olanların qida liflərinə gündəlik tələbatı 30 qramdır. Liflə zəngin qidalar əsasən meyvə və tərəvəzlərdədir. Bundan başqa, istehlak edilən yağların çoxu sağlam və doymamış yağlardan ibarət olmalıdır.
Həkim-diyetoloq Sevinc Həsənzadə deyib: "Yaşlı insanlar günün birinci yarısında bir porsiya meyvə qəbul etməlidirlər. Tərkibində şəkər olduğuna görə axşam meyvə-tərəvəz qəbul etməkdən uzaq olmalıdırlar. Vaxtında yatmalı, çəkiyə görə kifayət qədər su qəbul edilməlidir. Şəkərli diabet xəstəsi olan yaşlılar axşam vaxtı karbohidrat tərkibli qidalara az üstünlük versinlər. Arterial təzyiqi olanlar isə qoyun ətindən uzaq olmalıdırlar".
Orqanizm kifayət qədər kaliumla təmin etməklə, həmçinin duzdan istifadəni məhdudlaşdırmaqla yüksək təzyiq problemini aradan qaldırmaq mümkündür. Fiziki aktivlik də sağlamlığın vacib şərtlərindəndir. Bədən çəkisinin artması, eləcə də xəstəliklərin yaranması ilə nəticələnir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1147   Tarix: 21 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

turlar.az

aksessuarlar donlar 2026 qadın geyimi atalar sozu elm haqqinda neyrosirkulyator distoniya tutma reseptleri pol breqq kosmetika hesaplama nizami gencevi azerb clpaq qadinlari baliq vətən həsrəti