Yatmadan əvvəl bunları etsəniz... – Xanımlara tövsiyə

Yatmadan əvvəl bunları etsəniz... – Xanımlara tövsiyəGün boyu gözəl və cəzbedici görünməyi hər kəs istəyər. Ancaq gözəlliklə bağlı çox şey tövsiyə edildiyindən "nəyi edək?" deyə qərarsız qalırıq. Bəs nə etməli? Ən yaxşısı, Qadinsayti.az-ın bu yazısını oxuyaraq, gözəlliyə doğru addım atın. Yatmadan əvvəl bunları etsəniz, gözəlliyinizi qoruyub saxlayarsınız.

Makiyajsız yatmaq önəmlidir

Makiyajlı yatmaq həqiqətən ciddi bir problemdir. Çox yorğun ola bilərsiniz, amma makiyajı təmizləməyi heç vaxt unutmayın. İnsanlar yatarkən dəri özünü bərpa etməyə başlayar. Əgər makiyajı təmizləmədən yatsanız, dərinizdə sızanaq və ləkələr yaranar.

Mütləq əl kremi istifadə edilməlidir

Gözəl əllər cazibədarlığı artıran ünsürdür. Gecələr yatağa girmədən əvvəl əllərinizi sabun və ilıq su ilə yaxşıca yuyub yumşaq bir dəsmalla qurulayın və krem çəkin. Əl kremi əllərdəki sərtliyi və quruluğu aradan qaldırır.

Tonik istifadəsi önəmlidir

Tonik istifadəsi dərinin PH balansını qorumaq üçün olduqca vacibdir. Bu baxımdan dəri mikroorqanizmlər və bakteriyalara qarşı daha mühafizəkar olur. İstifadə edəcəyiniz toniki kiçik bir pambıqla yatmadan öncə boynunuza və üzünüzə sürtün.

Göz kremi istifadə edin

Göz kremi istifadə etmək mütləqdir. Makiyajınızı sildikdən sonra göz kremi sürtməyi unutmayın. Bu, göz ətrafındakı incə xətləri və qırışları ortadan qaldırır.

Yatarkən saçları yığmağı unutmayın

Saçları yığaraq yatmaq hər xanım üçün yaxşıdır. Saçları topuz yığıb yatmaq səhər oyandığınızda saçların dağınıq olmasına imkan verməyəcək. Həm də saçlardakı yağ üzə toxunmayacağından sızanaq problemi də yaşanmaz.

İpək yastıq üzləri seçin

Yastıq üzləri belə, xanımın gözəlliyinə təsir edir. İpək yastıq üzləri üzdə iz buraxmaz. İpəkdə dəri üçün faydalı olan 18 ədəd təbii protein və amino qrup turşular var.

Yatmadan əvvəl ayaqlara vazelin sürtün

Ayaqlar bədən üçün mühüm orqanlardan biridir. Yatmadan əvvəl mütləq yuyub yumşaq dəsmalla qurulayın və vazelin sürtün. Vazelin insan dərisini qurumaqdan xilas edir.

Dişləri hər gecə fırçalamalısınız

Əgər nəfəsinizdən pis qoxu gələrsə, gözəlliyiniz hədər olar. Axşam yeməyindən 30 dəqiqə sonra dişləri fırçalayın. Daha sonra ilıq su ilə durulayın. Dişləri fırçalamadan əvvəl diş ipi də istifadə edə bilərsiniz.

Yetərincə yatmağa çalışın

Yetərincə yatmasanız, səhər oyandığınızda gözaltı torbalar və qara halqalar sizi çirkin göstərər. Bunlar ad bir qadının gözəlliyinə təsir edən amillərdəndir. 7-8 saat yatmağa çalışın. Aile.lent.az

Gözəllik və Moda     Baxılıb: 3111   Tarix: 24 sentyabr 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Moda dünyasının qadın gözəlliyinə təsiri

Moda dünyası, yalnız geyimlərin və aksesuarların dəyişməsi ilə məhdudlaşmır; o, həmçinin qadın gözəlliyi və cəmiyyətin gözəllik standartlarına olan baxışını dərin şəkildə təsir edir. Bu məqalə, moda dünyasının qadın gözəlliyin

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Qadınların gözəllik uğrunda fədakarlıqları: azadlıq, yoxsa təzyiq?

Qədim zamanlardan bu günədək qadın gözəlliyi müxtəlif dövrlərdə fərqli anlayışlarla qiymətləndirilib. Zaman keçdikcə dəyişən gözəllik standartları qadınların öz bədənlərinə, zahiri görünüşlərinə və şəxsi seçimlərinə münasibətin

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

Modada gözəllik anlayışları və dəyişən trendlər

Zaman keçdikcə gözəllik və moda anlayışları cəmiyyətin dəyərləri, texnologiya, həyat tərzi və sosial baxışlarla paralel şəkildə dəyişir. 2025-ci ilin avqust ayı etibarilə moda və gözəllik sahəsində müşahidə edilən trendlə

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

turlar.az

hamilelikde qidalanma geyim necə seçməli toy makiyajlari kişi xəyanət edərsə keks reseptləri qiymenin hazirlanmasi öskürəyin təbii müalicəsi kosmetika burclerin uyumu sanamalar baliq burcu maskalar bakire