Yatmazdan 1 saat əvvəl süd için
Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir.
İnsan sağlamlığı üçün yuxu ən önəmli faktordur. Yetəri qədər yatmamaq yaşlanmanı sürətləndirir, ürəkdə problemlər yaradır. Bir sözlə, sağlamlıq üçün ciddi problemlər yaradır.
Mütəxəssislər yatmazdan 5 saat əvvəl tərkibində kofeyn olan heç bir qidanın qəbul etməməyi tövsiyyə edir.
Əgər axşam yeməyində lifli qidalar və tərəvəzlər yesəniz, yuxu rejiminiz yaxşı olacaq. Eyni zamanda yatmazdan 1 saat əvvəl süd için. Onun tərkibindəki vitaminlər yuxuya çox təsir edir.
"Fast food" və hədsiz yağlı qidalar orqanizm üçün zərərli olduğu qədər, yuxu sisteminin pozulmasına da səbəb olur. Bu cür yeməkləri çox sevirsinizsə, ən azından axşam saatlarında yeməyin.
Axşam vaxtı tərkibində proteyin olan qidalardan da uzaq durun.
İnfeksiya xəstəlikləri olanlarda yuxusuzluq problemi çoxdur. Buna görə də həkimə müraciət edib, infeksiya xəstəliyiniz olub-olmadığını da müəyyənləşdirin.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür