Yay mövsümünün əsas qidaları yüngül yeməklər və karbohidratla zəngin tərəvəzlər olmalıdır

Yay mövsümünün əsas qidaları yüngül yeməklər və karbohidratla zəngin tərəvəzlər olmalıdırFəsillər dəyişdikcə qida rasionumuzdakı yeməklər də bir-birini əvəz edir. Qışda daha çox isti xəmir xörəkləri, yaz-payız aylarında zəngin vitaminli meyvələrə üstünlük verilir. Yay mövsümündə isə əsasən, meyvə-tərəvəzlər, yağsız yüngül yeməklər rahatlıq üçün ən çox üz tutulan qidalardır.
İsti havalarda sağlamlıq üçün qəbul edilən qidalara xüsusilə diqqət yetirmək lazımdır, çünki isti və nəm havanın təsiri ilə orqanizmdə maddələr mübadiləsində pozuntular ola bilər və bu, müəyyən xəstəliklərə gətirib çıxarır.
Milli.Az bildirir ki, нay mövsümündə orqanizm üçün faydalı və ya zərərli hesab edilən qidalar barədə həkim-diyetoloq Leyla Zülfüqarlı AZƏRTAC-a məlumat verib: "Yay mövsümündə bəsit karbohidrat qrupu menyuda az yer almalıdır. Məsələn, kartof, şəkər, ağ undan bişirilən xəmir xörəkləri minimuma endirilməlidir. Onların yerini daha mürəkkəb karbohidratlar, yəni yaşıllığı bol olan göyərtilər, mövsümi tərəvəzlər, kələm və s. tutmalıdır".
Maye qəbulu, xüsusilə də sərin içkilərdən isti havalarda daha çox istifadə edilir. Ancaq burada da diqqət yetirilməsi lazım olan məqamlar var. Həkim-diyetoloq deyib: "Bəzən insanlar səhv olaraq həmin mövsümdə energetik, qazlı və şəkərli içkilərə meyil edirlər. Əslində isə yayda onların qəbulu məhdudlaşdırılmalıdır. Qızmar yay günlərində istifadəsi tövsiyə olunan digər qida qrupu isə süd məhsullarıdır. Bu fəsildə qatığa üstünlük vermək, gün ərzində hətta 1 litrə qədər qəbul etmək olar. Pandemiya dövrü olduğuna görə immun sisteminə nəzarət etmək lazımdır. Bunun üçün bir sıra bitki toxumları, məsələn, kətan, qaraçörək otu, zərdəçal, sarıkök, darçın və s. toxumları qatığa qatılaraq qəbul edilməsi yüksək səmərə verir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1248   Tarix: 15 iyun 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

yaz geyimleri 2026 donlar 2026 adlarin menasi mastopatiya agrilari saca xina qoymaq qaydasi türk şirniyyatları səfər duası kosmetika novruz hakısdası hamilelik vətən həsrəti turpun nağlı baliq burcu