Yaz aylarında pandemiya alovlanacaqmı? - Professordan PROQNOZ

Yaz aylarında pandemiya alovlanacaqmı? - Professordan PROQNOZVaksinasiya insanlara necə təsir edəcək? Yazda koronavirus infeksiyası alovlanacaqmı?
Publika.az xəbər verir ki, rusiyalı infeksionist, tibb elmləri doktoru, professor Nikolay Malışev vaksinasiyanın insanlara təsiri barədə danışıb. Ekspert ümid edir ki, 2021-ci ilin ikinci yarısına, yəni payıza qədər əhalinin 60%-i peyvənd vurduracaq və xəstəliyə qarşı immunitet inkişaf etdiriləcək. Bu, məhdudiyyətlərin əhəmiyyətli hissəsini aradan qaldırmağa imkan verəcək.
"Peyvənd kampaniyası aktiv şəkildə davam edərsə, bu yaz koronavirus xəstəliyində mövsümi alovlanmanın qarşısını almaq ehtimalı var. Peyvənd xüsusən qan, onkoloji və ağır xroniki xəstəlikləri olan insanlara həkim nəzarəti ilə təyin olunmalıdır. Xüsusi həkimə müraciət etmələri vacibdir: hematoloq, onkoloq və s.", - professor açıqlamasında qeyd edib.
Bir çoxları peyvəndin əks təsir göstərə biləcəyindən narahatdır.
Professorun sözlərinə görə, koronavirus xəstəliyiniz varsa, sağaldıqdan 6-9 ay sonra peyvənd vurdurmalısınız. Ən son müşahidələrə görə, bədəndə antikor bu müddət ərzində saxlanılır. Peyvənd olunma qərarı həkim-terapevtin rəyinə əsasən həyata keçirilməlidir.
"Antikor testi artıq ən populyar tibbi prosedurlardan birinə çevrilib. Epidemiologiyada bədənin şiddətli intoksikasiyası ilə xəstəliyin gedişatının orta-ağır forması antikor istehsalı üçün ən aktiv hesab olunur. İnsanın xəstəliyi ağır keçirməsinə baxmayaraq, antikor səviyyəsinin aşağı olması isə müalicə ilə izah edilə bilər.
Donuz qripinə yoluxan xəstələri müşahidə edərkən bununla qarşılaşdıq. Antiviral dərmanlar qəbul edənlər az sayda antikor istehsal edir və bu, bəzən görünmürdü. Odur ki, kortikosteroid qəbul edən şiddətli xəstələrdə qoruyucu antikorların yetərsiz ola biləcəyini görürük.
Novosibirsk "Vektor" Elmi Mərkəzində hazırlanmış "EpiVacCorona" peyvəndi daha az reaktogendir. "Sputnik V" inyeksiyası ilə müqayisədə bu peyvənddən dərhal sonra bədəndə hərarət, baş ağrısı, əzələlərdə və inyeksiya yerində ağrı kimi reaksiyalar az olur. Yeri gəlmişkən, peyvəndə hər hansı reaksiya varsa, bir qayda olaraq, bu, immunitetin daha yaxşı inkişaf etdiriləcəyini göstərir", - N.Malışev bildirib.
" "Sputnik V"peyvəndindən sonra immunitetin qorunması 2 ilə qədər davam edir. Bununla birlikdə, bu fərziyyələr riyazi hesablamalara əsaslanır və hələ də həqiqətlə təsdiqlənməyib. "EpiVacCorona" vaksininin yaradıcıları isə immunitetin 6 ay davam edəcəyini söyləyir.
Bəzi ölkələrə səyahət etmək üçün peyvənd pasportu tələb oluna bilər. Məsələn, bir sıra Afrika ölkələrində sarı qızdırma əleyhinə peyvənd sertifikatı giriş üçün şərtdir. Digər tərəfdən, bu gün bədəndə antikorların olub-olmadığını bir neçə dəqiqədə göstərə bilən test sistemləri hazırlanır. Düşünürəm ki, koronavirus pasportları yaxşı alternativ ola bilər", - həkim əlavə edib.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2004   Tarix: 26 yanvar 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

turlar.az

donlar 2026 maskalar yay geyimləri 2026 biskvitli tort resepti moda bolqar biberinin faydasi gavali haqqinda kosmetika novruz hakista qoğalın nağlı tapmacalar rus dilini oyrenek 2ci ders balıq