Yaz depressiyası və ondan xilas yolları

Yaz depressiyası və ondan xilas yollarıYaz insanlarda həyat eşqini oyatsa da, bunu heç də hamıya şamil etmək olmur. Elə insanlar var ki, günəşli yaz havası onlara heç də yaxşı təsir etmir və depressiv halların yaranmasına səbəb olur. Bayırda xoş hava olduğu halda yuxudan oyanmaq, yataqdan qalxmaq istəməyənlər də olur. Psixoloqlar bunu "yaz depressiyası" adlandırırlar.
Milli.Az bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərovanın AZƏRTAC-a dediyinə görə, həmin hallar əsasən keçid dövrü ilə əlaqədardır: "Yaz depressiyası baharda başlayan və hər il eyni vaxtda müşahidə edilən vəziyyətdir. Həmin halı yaşayanlarda fizioloji problemlər üzə çıxır, sinirlərdə gərginlik formalaşır. Həmin əlamətləri özündə daşıyanların kifayət qədər günəş işığı almaması beyində bəzi kimyəvi maddələrin paylanılmasını pozur. Onlarda əsəbilik, qıcıqlanma, aqressivlik, işə laqeyd yanaşma, evdən çıxmaq istəyinin olmaması, özünü daimi yuxulu kimi hissetmə əlamətləri müşahidə olunur, əhvali-ruhiyyə aşağı düşür. Xoşbəxtlik hormonu deyilən serotonin hormonunun azalması da depressiya yaranmasına səbəb olur. Geyimlərdə təzadlı vəziyyəti qoruya bilməmək də bunun səbəblərindən biridir. Təbii ki, bu, vitamin çatışmazlığı, yəni avitaminoz dövrünə də təsadüf edir. Ona görə də immun sistemi zəifləyir, bu da öz növbəsində əhval-ruhiyyənin enməsi ilə nəticələnir".
Psixoloqun dediyinə görə, həmin vəziyyət iki həftədən artıq davam edə bilər: "Havalar isindikcə qanın durulması qan təzyiqinin artmasına səbəb olur. İnsanlarda əsəb gərginliyi, depressiya, stress kimi problemlər yaranır. Yaz fəslində həmin hallarla üzləşənlər adətən məktəb və ya iş sahəsində problemlər yaşayırlar".
Müsahibimiz yaz depressiyasından qurtulmaq yollarını da göstərib. Onun dediyinə görə, depressiyadan qurtulmaq üçün gündə 7-8 sat yatmaq, həftədə ən azı 2-3 saat açıq havada gəzmək, ilıq duş qəbul etmək tövsiyə olunur: "Gündə 2-3 litr su qəbul etmək də yaz depressiyasından qorunmaq və immun sistemini gücləndirmək üçün ən yaxşı üsul sayılır. Yuxudan erkən oyanmaq, idmanla məşğul olmaq, açıq havada gəzmək, ətrafdakılarla, tanışlarla daha çox ünsiyyətdə olmaq lazımdır. Günəşli havada təbiət qoynunda olmaq, çiçəklərin ətrini hiss etmək ən yaxşı terapiya sayılır. Yuxu saatlarını da qaydaya salmaq lazımdır. Havadan aktiv şəkildə vitaminin alınması məsləhətdir. Əlvan rəngli geyimlərdən çox istifadə etmək də faydalıdır", - deyə psixoloq əlavə edib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1129   Tarix: 31 mart 2022
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

turlar.az

kosmetik vasiteler geyim və ayaqqabılar gözəllik məhsulları ilk öpüş qonag otagi dizayni displaziya veten haqqinda atalar sozleri kosmetika usaq geyimleri xanım az saglam qidalanma kahfe kali oğlaq