Yazda necə qidalanmalıyıq? – DİETOLOQ TÖVSİYƏSİ

Yazda necə qidalanmalıyıq? – DİETOLOQ TÖVSİYƏSİYaz fəslinin gəlməsinə sayılı günlər qalıb. Artıq günlər uzanıb, hava isinir. Sözsüz ki, təbiətdə olan dəyişiklik orqanizmdə də dəyişikliklərə səbəb olur. Buna el arasında "oyanış dövrü" də deyilir. Orqanizmdə olan sabitlik tamamilə dəyişir. Bəs bu dövrdə necə qidalanmaq lazımdır?

Tanınmış dietoloq Leyla Zülfüqarlı Aile.lent.az-a açıqlamasında bildirib ki, qışda melatonin adlanan yuxu hormonunun çoxalması səbəbindən seratonin, yəni xoşbəxtlik hormonu azalır. Bu zaman isə insan yatmaq istəyir, bir çoxları halsızlıq, yuxusuzluq yaşayır, hətta depressiyaya düşür. Sanki passivləşmə baş verir. Nəticədə insan kökəlməyə meylli olur: "Yazda xoşbəxtlik hormonunun artması ilə insanlar gülməyə, sevinməyə, özünü xoşbəxt hiss etməyə köklənir. Qışdan yaza çıxan adamın metobalizmasında da dəyişiklik olur. Bu zaman tarazlığı idarə edə bilməyən müəyyən insanlar kökələ bilərlər. Yaz gəldikdə artıq qışdakı kimi qidalanmamalıyıq".

Dietoloqun sözlərinə görə, yazda orqanizm vitamin və mineralların qəbul olunmasını başqa şəkildə tələb edir. Bu baxımdan daha çox B qrup vitaminlərə ehtiyac olur: "B qrup vitaminləri əsasən dənli bitkilərdən əldə edə bilərik. "Bahar sindromu" yaşayan insanların buna daha çox ehtiyacı olur. Bu insanlar B qrup vitaminlər qəbul edərkən özlərini xoşbəxt hiss edir. Həmin insanlarda yaranan gərginliklərin aradan qalxmasını da müşahidə edirik".

Yaz mövsümünün vacib elementlərindən biri də meyvə-tərəvəzlərdir. L. Zülfüqarlı təzə yetişmiş meyvə-tərəz yeməyi vacib hesab edir: "Bununla yanaşı, qatıq, süd gündəlik qida rasionumuzun əsasını təşkil etməlidir. Sözsüz ki, qəbul edəcəyimiz maye də əhəmiyyətlidir. Yaz-yay aylarında maye qəbulu artırılmalıdır. Bu zamansa təmiz, saf su aktuallığını qorumalıdır".

Sağlamlıq     Baxılıb: 1609   Tarix: 02 mart 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Ödyolu, sidikyolu xəstəlikləri üçün unikal bitki - Bilmədən istifadə öldürür

Qara batbat qaragilə fəsiləsinə mənsub olub, 2 illik ot bitkisidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, boz-yaşıl rəngli, aşağı hissəsi yarıq, yuxarı hissəsi yumurta formasındadır. Yarpaqlarının saplağı həcmli

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

turlar.az

aksessuarlar kosmetoloq geyim dəbləri xina hakista debli cantalar 2026 hind geyimləri qalin saclara qulluq kosmetika vətən haqqında bayatılar salam bayati novruz bayramı yumurta