Yeni ştamdan qorunmağın yolu

Yeni ştamdan qorunmağın yoluYeni növ koronavirus (COVID-19) pandemiyası davam etdikcə yeni ştam və mutasiyalarla üzləşmək ehtimalı böyükdür. Həmin ştam və mutasiyaların qarşısını almaq üçün ən başlıca yol əhalinin əksəriyyətinin tez bir zamanda peyvəndlənməsidir. QİÇS-li xəstənin koronavirusa yoluxması və müalicəsi zamanı virusun mutasiyaya uğraması "omikron" ştamının yaranmasına səbəb kimi göstərilir. Deməli, dünyada əhali bərabər səviyyədə peyvəndlənməsə COVID-19-a yoluxmaq və onunla mübarizə aparmaq məcburiyyətində qalacağıq və bunun nəticəsində müalicə və peyvəndə daha davamlı yeni ştamlar əmələ gələcək. Mövcud müalicə və qoruyucu peyvənd vasitələri ilə yeni yaranan ştamlarla mübarizə aparmaq isə heç də asan olmayacaq. Cənubi Afrikada belə bir mutasiyanın üzə çıxması heç də təəccüblü deyil. Çünki Avropa ölkələri, xüsusilə də peyvəndin istehsalçısı olan ölkələr Afrikanı diqqət mərkəzindən kənarda qoymuşdular.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Almaniyada çalışan azərbaycanlı həkim Ümüd Səlimzadə deyib.
Onun sözlərinə görə, Afrika ölkələrində vaksinasiyanın orta göstəricisi 4-6 faiz təşkil edir: "Omikron" ştamının ortaya çıxdığı Cənubi Afrika Respublikasında isə peyvəndlənmə 24 faizdir. Ümumdünya Səhiyyə Təşkilatının bu ilin axırları üçün müəyyənləşdirdiyi limitə əsasən dünya ölkələrində əhalinin ən azı 40 faizi peyvəndlənməlidir. Həmin rəqəmdən aşağı peyvəndlənmə faizi olan ölkələrdə müalicəyə cavab verməyən, idarə olunmayan yeni mutasiyalar yaranır. Peyvəndlənmə siyasəti ikili standartlarla davam etdikcə daha kəskin mutasiyaların əmələ gəlməsi üçün də münbit şərait olacaq".
Mütəxəssis yeni ştamla mübarizə üsullarından da bəhs edib: "RNT tipli peyvənd istehsalçıları yeni mutasiyalarla mübarizə aparmaq üçün maraqlı addım atdılar. "Beta" versiyası yarananda "Moderna" şirkəti məhz həmin ştama qarşı təsir göstərən peyvənd istehsal etməyə başladı. Lakin məlum oldu ki, standart peyvəndlər həmin mutasiya ilə mübarizəyə kömək edir. Buna görə də "beta" versiyasına qarşı olan peyvənd bazara buraxılmadı. İndi də "omikron"a qarşı peyvənd istehsal olunmaq ərəfəsindədir. RNT texnikası çox mükəmməldir və ondan istifadə edib hər ştama qarşı asanlıqla peyvənd hazırlamaq mümkündür. "Moderna" şirkəti yeni ştama qarşı da peyvənd hazırlayır və onun sınaqdan uğurla çıxması peyvəndin "Moderna 2" versiyasının yaranması deməkdir".
"Omikron" yeni ştam olduğundan hələlik onun barəsində tam dolğun məlumat yoxdur. Lakin bəzi tədqiqatlar onu deməyə əsas verir ki, digər mutasiyalarla müqayisədə daha yoluxdurucudur. Bu, ən qorxulu və təhlükəli siqnaldır. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı fövqəladə iclas çağıraraq yeni ştamla əlaqədar xəbərdarlıq edib. Hələlik yeni ştama yoluxma sayı o qədər də çox olmadığından xəstəliyin kliniki əlamətlərində ciddi fərq görünmür. Yoluxanları qruplaşdırmadan, xəstələrin üzərində tədqiqat aparmadan kliniki əlamətləri müəyyənləşdirmək tezdir. Əhali arasında həyəcan və təşviş hissi yaratmaqdansa, peyvəndlənmənin daha sürətlə aparılmasına çağırmaq daha düzgündür. Qabaqcıl dünya ölkələrinin peyvəndləri kasıb ölkələrə də paylaşaraq hamı üçün əlçatan etməsi qeyri-adi ştamların ortaya çıxmasının da qarşısını alar", - deyə Ü.Səlimzadə bildirib.
Həkim yeni mutasiyalardan qorunmaq və epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün vətəndaşları iki dozadan 6 ay sonra "buster" dozanı vurdurmağı məsləhət görüb. Yanaşı xəstəliyi olanları və yaşlıları isə həmin məsələyə qarşı xüsusilə həssas və diqqətli olmağa çağırıb.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1192   Tarix: 06 dekabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

hamilelikde qidalanma gelinlikler makiyaj etmek qaydalari cavanlaşdırıcı maskalar seksual fotolar feyxoanin faydalari mayalanma kosmetika dostluq vətən həsrətinə aid bayatılar sperma bayatılar novruz bayramina aid hakisdalar