Yer fındığı (araxis) yağı

Yer fındığı (araxis) yağıYabanı halda bitən yer fındığının vətəni Şimali Amerikadır. Ona, "yer fındığı", "çin qozu"," çin püstəsi" də deyilir. XVII əsrdə yer fındığı qullar üçün ən yaxşı qida vasitəsi hesab edilib. İndi isə bu qida məhsulu ən çox idxal olunan qidlardandır. Əksər Amerika ölkələrində yer fındığı kənd təsərrüffatı məhsulları kimi yetişdirilir.
Yer fındığı yağı barədə ilk dəfə məlumatlar 1890 -cı illərdə qeyd edilib. Onu həkim dietoloq vegeteryanlara alternativ qida vasitəsi kimi təqdim edib. Bu yağı ət, yumurta və pendirlə də qarışdırıb yemək mümkündür. Yer fındığı yağından kulinariyada, kosmetologiyada, un və konditer məhsullarının bişirilməsində, marqarinlərin və sabunların hazırlanmasında geniş istifadə edilir.
Necə seçməli?
Yer fındığı yağı alarkən onun qatılığına və qoxusuna diqqət yetirmək lazımdır. Onun rəngi qarğıdalı və günəbaxan yağının rəngindən bir az tünd olur. Yer fındığı yağı xüsusi qoxuya malikdir.
Necə saxlamalı?
Araxis yağını 6-12 ay müddətində sərin və 25* tempraturda, gün düşməyən yerdə saxlamaq lazımdır. Araxis yağının tərkibi A, D, E vitaminləri, kalsium, fosfor, yod, sink və s. çox zəngindir.
Kaloriliyi
100 qram araxis yağı 895 kaloriyə malikdir. Araxis yağının qida dəyəri çox yüksəldir. O orqanizm tərəfindən asan sorulur. Tərkibində olan amin turşuları, makro və mikro elementlər onun ürək-damar, həzm, sinir və immun sistemi üçün çox faydalı olduğunun göstəricisidir. Araxis yağının 50-60%-i Omeqa 9, 15-30% Omeqa 6, 1%-i Omeqa 3 yağı, qalan hissəsi isə müxtəlif yağ turşuları ilə zəngindir. Bu yağlar ürək və damarların, sinir sisteminin möhkəmlənməsinə səbəb olur. Araxis yağından istifadə etmək cinsi fəaliyyətin artmasına, hormonal disbalansın normallaşmasına, immunitetin artmasına, qanda xolesterinin normallaşmasına səbəb olur. Tərkibində olan A və E vitamini sayəsində yer fındığı yağı ən yaxşı antioksidantlardan hesab edilir. Bu vitaminlərin qarışımı araxis yağının yarasağaldıcı, iltihab əleyhinə təsir göstərməsinə səbəb olur. Bu yağ qan damarlarını möhkəmləndirir, görmənin yaxşılaşmasına səbəb olur.
Onun tərkibində olan B kompleks vitaminləri qaraciyər və öd xəstəliklərinin sağalmasını sürətləndirir, sinir sisteminin möhkəmlənməsinə səbəb olur. Araxis yağı saçları və dıqnaqları möhkəmləndirir, immuniteti artırır, endokrin sistemin işinə müsbət təsir edir, onkoloji və ürək-damar sistemi xəstəlikləri riskinin aradan qalxmasına səbəb olur. Araxis yağı qaraciyərin fəaliyyətini yaxşılaşdırır. Bu yağ ödün axınını sürətləndirir. Gündəlik qida rasionuna araxis yağı əlavə eləmək qaraciyərdə olan piylərin əriməsinə səbəb olur və qaraciyərin piylənməsinin qarşısını alır. Hepatit və sirroz xəstəlikləri zamanı araxis yağından istifadə etməkdə fayda var. Diabet, ürək-damar və qan xəstəliklərindən əziyyət çəkənlərə araxis yağından istifadə etmək məsləhət görülür. Hemorragik diatez və hemofiliya xəstəlikləri zamanı xəstələrə araxis yağlarından istifadə etmək tövsiyə edilir. Davamlı olaraq araxis yağından istifadə edildikdə qan damarlarında yığılıb qalmış artıq maddələrdən xilas olmaq olur. Araxis yağı damarları təmizləməklə yanaşı, damar divarının elastikliyini artırır və ürək əzələsini möhkəmləndirir. Araxis yağı sinir sisteminin möhkəmlənməsinə səbəb olur. Onun tərkibində olan xolin, lesitinin ifrazını yaxşılaşdırır, orqanizmin qıcıqlara olan reaksiyasını azaldır, sinir sistemini sakitləşdirir. Araxis yağından istifadə etmək Alsheymer xəstəliyinin qarşısını alır və sklerozun aradan qalxmasına yardım edir. Araxis yağı aşağıdakı patologiyalar zamanı orqanizmə müsbət təsir edir:
* görmə zəifliyi, qlaukomanın əmələgəlmə riski, kataraktalar, konyuktvit, makulyar distrofiya, toyuq korluğu və s.
* böyrək xəstəlikləri
* cinsi zəiflik və ereklsiyanın pozulması
* osteoparozun profilaktikası
Kosmetologiyada istifadəsi
Kosmetologiyada rafinə edilməmiş araxis yağıdan istifadə edilir. Bu yağ dəriyə, saçlara və dırnaqlara çox müsbət təsir edir. O dəri səthini yumşaldır, kollagenlərin sintezini stimulyasiya edir, dərini möhkəmləndirir və onun elastikliyini artırır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1131   Tarix: 22 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

qadın geyimi geymler 2026 yay kolleksiyasi maraqli sekiller ciy kartofun faydasi ziyafət geyimləri zorlama səhnə kosmetika badambura cinsi kahfe kali hakisda sevgi