Yer kürəsindən ən uzaq ulduz aşkarlandı

Yer kürəsindən ən uzaq ulduz aşkarlandıMəşhur Hubble teleskopunun artıq 32 yaşı olmasına baxmayaraq o, yeni rekorda imza atıb. Belə ki, sözügedən teleskop indiyənə kimi aşkar edilmiş ulduzlar arasında Yer kürəsindən ən uzaq məsafədə yerləşən ulduzu kəşf edib. Məlumata əsasən kəşf edilmiş ulduz kainatın yaranmasının ilk milyard ilində yaranıb. Gözləntilərə əsasən həmin ulduz artıq kosmosa göndərilmiş James Webb teleskopu üçün vacib müşahidə obyektlərindən biri olacaq. Bundan öncəki rekorddan fərqli olaraq aşkar edilmiş yeni ulduz keçmişə doğru böyük bir addımdır.
    Belə ki, Hubble tərəfindən daha öncə aşkar edilmiş ən uzaq məsafəli ulduz kainatın yaranmasından 4 milyard il sonra yaranmışdı. Lakin aşkar edilmiş yeni ulduz Yer kürəsindən o dərəcədə uzaq məsafədə yerləşir ki, onun işığı bizə 12.9 milyard il ərzində gəlib çatıb. Başqa sözlə desək, sözügedən ulduzun müşahidəsi ilə alimlər kainatın ən qədim zamanlarına nəzər salırlar. Daha öncə də təqribi olaraq bu cür məsafədə yerləşən obyektlər aşkar edilirdi. Lakin daha öncə aşkar edilmiş obyektlər müşahidə edilən ən qədim qalaktikaların tərkiblərindəki ulduz topaları olublar.
Yer kürəsindən ən uzaq ulduz aşkarlandı    Qeyd etmək lazımdır ki, aşkar edilmiş yeni ən qədim ulduz Earendel adını əldə edib. Earendel ulduzunun ikili ulduz sisteminə aid olub-olmadığı hələ təyin edilməyib. Lakin adətən yüksək kütləli ulduzlar bir qayda olaraq daha kiçik ulduz qonşusuna sahib olurlar. Alimlər güman edirlər ki, sözügedən ulduzun parlaqlığı hələ bir neçə il ərzində yüksək səviyyədə olacaq. Artıq bu il James Webb teleskopu Earendel ulduzunun müşahidəsi ilə məşğul olacaq. Teleskopun infraqırmızı işığa yüksək həssaslığı sayəsində Earendel barəsində daha çox məlumat əldə etmək mümkün olacaq. 
Milli.Az /news.milli.az

Maraqlı     Baxılıb: 2303   Tarix: 02 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

turlar.az

qadin sayti kosmetika mehsullari yay geyimləri 2026 mimoza salatinin hazirlanma qaydasi şəkillər xorionik qonadotropin payiz haqqinda insa kosmetika sirniyatlar vusale elizade nizami gencevi qadin saglamlig buga burcu