Yer kürəsinin istilik balansı pozulub, rekord isti və su qıtlığı olacaq

Yer kürəsinin istilik balansı pozulub, rekord isti və su qıtlığı olacaqÜmumdünya Meteorologiya Təşkilatının (ÜMT) açıqladığı hesabata görə, yaxın 5 ildə rekord isti ​​gözlənilir. Təşkilatın proqnozuna əsasən, 2021-2025-ci illər arasında azı bir ilin "ən isti" olmaq ehtimalı 90 faizdir.
Üstəlik, bu aralığın hər ilində quru səthindəki orta temperatur sənayeləşmədən əvvəlki dövr göstəricilərini ən azı 1°C, illərin birində isə 40% ehtimalla 1,5°C üstələyəcək.
ÜMT Baş katibi Petteri Taalas qeyd edib ki, temperaturun yüksəlməsi dünyanın istixana qazı tullantılarını azaltmaq və karbon neytrallığına çatmaq üçün öz öhdəliyini yerinə yetirməsinin vacibliyinin növbəti göstəricisidir.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərovun sözlərinə görə, iqlim dəyişmələri, xüsusilə də qlobal istiləşmə həm təbii, həm də antropogen amillərlə əlaqədardır:
"Son dövrlər antropogen amillərin miqyası daha da artıb. Bu da atmosferə atılan istixana qazlarının, xüsusilə də karbon qazının miqdarının durmadan artması ilə əlaqədardır. Karbon qazı yerin istilik balansını pozur. Bu balans günəşdən gələn istilik, yerin özünün şüalandırdığı əks istilik və atmosferdən qayıdan şüalanma nəticəsində yaranan istilikdir. Karbon qazının atmosferdə artması ilə əlaqədar qaynar enerjinin də miqdarı artdığı üçün Yer kürəsinin istilik balansı pozulur və temperatur artır".
Şöbə müdiri bildirib ki, yaxın illərdə xüsusilə böyük dövlətlər tərəfindən sənayenin inkişafı nəticəsində atmosferə atılan karbon qazının miqdarının artmaması üçün qabaqlayıcı tədbirlər görülməsə, Yer kürəsini böyük təhlükə gözləyir: "Bunun qarşısını almaq üçün həm Ümumdünya Meteorologiya Təşkilatı, həm də müxtəlif dövlətlərin təşkil etdiyi müəyyən qruplar, məsələn Tokio razılaşması, Paris razılaşması və s. kimi qruplar tədbirlər görməlidir. Əsas məqsəd atmosferə atılan istixana qazlarının miqdarının azaldılmasına nail olmaqdır".
S.Səfərov çıxış yolunu alternativ enerji mənbələrindən istifadə etməkdə görür: "Günəş və külək enerjisindən daha çox istifadə etmək olar. Buna "yaşıl enerji" də deyilir. Azərbaycanda bu sahədə böyük işlər görülür. Bu yaxınlarda Prezident İlham Əliyev Xızı və Qobustan rayonları ərazisində külək turbinlərinin quraşdırılması ilə bağlı sərəncam imzaladı. Bunlar başa gələndən sonra onların gücü 240 meqavat gücündə olacaq. Bu da ölkəmizin elektrik enerjisi balansına çox böyük töhfədir.
Atmosferə atılan istixana qazlarının miqdarı eyni zamanda daxiliyanma mühərriki ilə işləyən avtomobillər vasitəsilə artır. Son vaxtlar bu sahədə uğurlu addımlar atılır. Yəni elektrik mühərriki ilə işləyən avtomobillərin istehsalı və istifadəsi artıb. Bir çox ölkələrdə insanlara stimul verilir ki, bu tip avtomobillərdən istifadə etsinlər. Bu da atmosferə atılan istixana qazlarının miqdarının azalmasına səbəb olacaq".
Şöbə müdiri bu proqnozun Azərbaycan üçün də keçərli olub-olmadığına münasibət bildirib. S.Səfərov vurğulayıb ki, qlobal iqlimdə gedən proseslər az da olsa, ölkəmizin iqliminə təsir edə bilər: "Azərbaycan dünya miqyasında ərazisinə görə kiçik ölkədir. Qlobal iqlim dəyişikliyinin kiçik bir hissəsi də bizim ölkəmizdə baş verir. Qlobal iqlimdə baş verən dəyişikliklər bu və ya digər şəkildə bizdə də özünü göstərir. Ola bilər ki, lokal olaraq hansısa bir ayda Azərbaycan ərazisində temperaturun yüksəlməsi baş verirsə, planetin digər hissəsində temperaturun aşağı düşməsi ola bilər. Çünki qlobal iqlim dəyişmələri atmosferin ümumi hava dövranına təsir edir. Artıq şimaldan cənuba gedən hava kütlələrinin miqdarı artıb, buna görə də cənubdan şimala gedən hava kütlələrini kompensasiya etmək üçün temperatur yuxarı qalxır. Qütblərdə temperaturun artması bu gün daha çox müşahidə olunur. Ona görə də Arktika və Antarktikada buzlaqlar əriyir ki, bu da son dərəcədə təhlükəlidir. Bu, okeanın səviyyəsinin artmasına səbəb olur və Yer kürəsində içməli su ehtiyatının balansını azaldır. Bu, həmçinin, okean suyunu şirinləşdirdiyi üçün oradakı canlıların həyat şəraitinə də mənfi təsir edir. Kəskin iqlim dəyişmələri insanların da həyat tərzinə, orqanizmlərinə mənfi təsir edir".
Azərbaycan Ekologiya Standartları Monitorinq Fondunun rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Rauf Sultanov Ümumdünya Meteorologiya Təşkilatının proqnozunun özünü doğrultma ehtimalının çox olduğunu bildirib: "Bu məlumatlar dünyanın aparıcı alimləri tərəfindən hazırlanır. Dünyadakı görkəmli ekoloqlar hesablamalar aparıblar ki, Yer kürəsində 100-200 ildən sonra iqlim dəyişmələri baş verəcək, iqlim əvəzləmələri olacaq. Onların irəli sürdüyü nəzəriyyəyə görə, Yer kürəsində istiləşmə soyuqlaşma prosesi ilə əvəz olunmalıdır. Hamı gözləyir ki, Yer kürəsində soyuqlaşma prosesi gedəcək. Yəqin ki, bu istiləşmələr də soyuqlaşmalardan əvvəlki prosesdir. Bütün bunlar geosistemdə gedən qanunauyğunluqlardır. Bu qurumun verdiyi məlumatlar 80-90% özünü doğruldur. Ancaq Yer kürəsinin də özünün qanunauyğunluqları var. Bu təşkilatın proqnozuna inamım çoxdur, ola bilsin ki, yaxın 5 ildə istiləşmə olsun, ancaq növbəti yüzillikdə soyuqlaşmanın olacağı da istisna edilmir. Lakin inanmıram ki, istiləşmə hansısa bir fəlakətə gətirib çıxarsın. Ancaq müəyyən qədər təsirlərini hiss edəcəyik".
Professor qeyd edib ki, atmosferdə baş verən proseslər günəş sistemində gedən proseslərlə əlaqədardır. Onun sözlərinə görə, bu gün yerdə baş verən karbon oksidinin atmosferdə miqdarının artması və ya ətraf mühitin çirklənməsi biosferə nə qədər təsir etsə də, Yer kürəsinin iqlim dəyişmələrinə təsir göstərir
AZƏRBAYCANI NƏ GÖZLƏYİR?
"Biz onun təsirinin müəyyən dərəcələrini görə bilərik. Ancaq bu təsir çox deyil. Yer kürəsində gedən dəyişikliklər yerin təkində müəyyən proseslərin getməsinə səbəb olur. Yer kürəsinin ətrafı elə ola bilər ki, günəşdən təcrid olsun və ya əksinə olsun. Bütün bunlar Yer kürəsində illərdir baş verir və təbii qanunlardır".
R.Sultanov bildirib ki, əgər istilər rekord həddə çatarsa, Azərbaycan üçün də təhlükə qaçılmazdır: "Azərbaycanın suya olan tələbatı transsərhəd dövlətlərdən gələn çayların hesabına ödənilir. Su qıtlığı isə böyük problemdir. İstiləşmə ölkəmizdə kənd təsərrüfatı sahəsinə böyük zərbə vura bilər. Kənd təsərrüfatının 60-65 faizi Aran bölgəsində cəmləşib. İstiləşmə olduqda isə ölkəmizdə su qıtlığı yaranacaq. Bu da aqrar sektora mənfi təsir göstərəcək".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1484   Tarix: 05 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

makiyaj etmek qaydalari qadin sayti makiyaj instagram yeni dogulmus korpeye lazim olan esyalar qəbizlik qara gavali salati şəxsi təcrübə kosmetika atalar sozu hesaplama saglam qidalanma qoğalın nağlı balıq