Yerimək üçün sığortanı gözləməlidirlər

Yerimək üçün sığortanı gözləməlidirlərNövbədə isə diz implantı üçün 2500 nəfər var. Bəhanə edirlər ki, növbə çatmayıb və diz implantı çatışmır. Problem ondadır ki, həm diz implantı çatışmır, həm də pul istəyirlər.
Milli.Az Sputnik Azərbaycana istinadla bildirir ki, artıq bir müddətdir ki, xəstələr xəstəxanalarda müxtəlif müalicə və cərrahi əməliyyatların dövlət hesabına həyata keçirilməsində ləngimə olduğundan şikayətlənirlər. Hətta səhhətlərində yaranmış problemə görə xəstələr arasında əməliyyatı öz şəxsi vəsaiti hesabına ödənişli klinikalarda etdirənlər də var. 
Bu günlərdə isə Parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Arzu Nağıyev Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) narazılıq edib. A.Nağıyev TƏBİB yarandıqdan sonra Azərbaycanda diz implantı (endoprotez) sahəsində problemlər yarandığını deyib. "TƏBİB yaranana qədər hər il 600 insan pulsuz diz implantı ilə təmin edilirdi. TƏBİB yarandıqdan sonra isə belə əməliyyatlar aparılmayıb", - A.Nağıyev əlavə edib. O təklif edib ki, TƏBİB rəhbərliyi parlamentə dəvət olunmalı və müzakirələr keçirilməlidir.
A.Nağıyev açıqlamasında bildirib ki, o, bununla bağlı TƏBİB-ə müraciət edib:
"TƏBİB bildirir ki, hamı icbari tibbi sığorta olunmalıdır. Sığortada həmin implantın qiyməti 6000 manatdır. Növbədə isə diz implantı üçün 2500 nəfər var. Bəhanə edirlər ki, növbə çatmayıb və diz implantı çatışmır. Problem ondadır ki, həm diz implantı çatışmır, həm də pul istəyirlər".
TƏBİB-dən isə mövzu ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etməyimizi tövsiyə ediblər.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilir ki, Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarına əsasən, icbari tibbi sığortanın ölkə üzrə 3 mərhələdə tətbiq edilməsi nəzərdə tutulub. Agentlik tərəfindən icbari tibbi sığorta birinci mərhələdə 2020-ci il 1 yanvar tarixindən 23 inzibati ərazidə - Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Yevlax və Ağdaşda tətbiq edilir. Tovuz rayonunda isə icbari tibbi sığorta 2021-ci il 1 yanvar tarixindən tətbiq ediləcək: "İcbari tibbi sığortanın Xidmətlər Zərfindən hazırda icbari tibbi sığortanın tətbiq edildiyi inzibati ərazilərin əhalisi istifadə edə bilər. Xidmətlər Zərfi Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiqlənib. Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur. Xidmətlər Zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım üzrə 2550 sayda müxtəlif tibbi xidmət daxildir.
Diz oynağının total dəyişdirilməsi Xidmətlər Zərfi ilə təminata alınıb. Xidmətin tarifi 3500 manatdır. Xidmətin tarifi Agentlik tərəfindən tibb müəssisəsinə ödənilir.
• Əməliyyat önü müayinə və həkim konsultasiyası
• İnvaziv müdaxilə önü müayinə və həkim konsultasiyası
• Anesteziya stasionar tibbi xidməti
• Reanimasiya və stasionarda yatış
• Yatış zamanı/əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf
• Yatış zamanı/əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, xüsusi tibbi sərf (koxlear implant sistemi (implant (daxili cihaz), nitq prosessoru (üst cihaz)), endoprotez, stent, setka və digər)
• Yatış müddətində təyin edilmiş laborator və instrumental müayinə xərcləri, histopatoloji, sitopatoloji müayinələr, fizioterapiya, həkim təqibi
• Yemək, müşayiət edən şəxs (12 yaşa qədər uşaqlarda) və digər xərclər.
Dəbdəbə deyil: Bakıda çiplə təchiz edilmiş bioprotezlər yığılacaq>>
Qeyd edək ki, təqvim ili ərzində icbari tibbi sığorta fondunun vəsaiti hesabına təminat verilən oynaqdaxili endoprotezlərin yerləşdirilməsi əməliyyatlarının sayı 300 müəyyən edilir. Məlumat üçün bildirək ki, icbari tibbi sığorta ikinci mərhələdə, 2021-ci il 1 yanvar tarixindən 36 şəhər və rayonda (Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul) tətbiq ediləcək.
Üçüncü mərhələdə, 2021-ci il 1 aprel tarixindən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortanın Xidmətlər Zərfindən istifadə edəcək".
Apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, icbari tibbi sığorta ölkə üzrə tam tətbiq edilməyincə, əhalinin diz implantı ilə bağlı əməliyyatı yalnız öz hesablarına mümkündür.
Hətta Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan da Sputnik Azərbaycan-a bildirdilər ki, diz implantı əməliyyatı dayandırılıb. Səbəb isə diz implantının olmamasıdır.
Özəl klinikalarda isə bu əməliyyat olduqca baha başa gəlir. "Turan" klinikasından Sputnik Azərbaycan-a bildirdilər ki, travmatoloq-ortoped Amir Bədəlovun etdiyi bu endeprotez əməliyyatı 6500 manata başa gəlir. Əlaqə saxladığımız digər klinikalarda da bu əməliyyatın qiyməti 6500-7000 manat arasında dəyişir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1170   Tarix: 22 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

toy makiyaji sekilleri adlarin menasi geyim və ayaqqabılar buxaq kələm salatı orucluqda cinsi əlaqə evdarlıq kitabı kosmetika kahfe fali suni mayalanma sanamalar veten hakisda