Yerli və xarici məşhurlar qocalandan sonra – VİDEO

Yerli və xarici məşhurlar qocalandan sonra – VİDEOARB TV-nin "Günə doğru" verilişində məşhurların qocalanda nəcə görünəcəkləri ilə bağlı maraqlı sujet yayımlanıb.

Xanim.az xəbər verir ki, xüsusi proqram vasitəsilə məşhurların fotoşəkillərindəki görüntüləri yaşlandırılıb və maraqlı nəticələr ortaya çıxıb. Bəzi yerli və əcnəbi məşhurlar 30 il sonra necə görünəcəklər? Maraq bizi bürüdü, zaman maşınını işə saldıq.

Başlayaq müğənni Röyadan. Proqramın bizə göndərdiyi versiyaya inansaq, 30 il sonra Röyanın simasındakı o şıltaq, çılğın cizgilər tamamilə itəcək. Gözlərində qəribə kədər seziləcək. Bəlkə də yaşa dolmağın, daha səhnədə istədiyini edə bilməməyin kədərini yaşayacaq. Bir də bir suyu yaşlı fransız aktrisalarına oxşayacaq.

Dünya şöhrətli kikboksçumuz Eduard Məmmədov. Onun 30 il sonrasına baxanda elə də böyük fərq nəzərə çarpmır. Məmmədov yaşa dolanda sadəcə saçlarının kənarı ağaracaq, biraz da üzünə qırış düşəcək ki, bu da təbii haldır. Yenə gözlərindən gəncliyindəki döyüşkən baxışlar və qələbə arzusu oxunacaq.

Müğənni Rəhim Rəhimli. Quzu kəsim onun görünüşünə. Adamın fotolarını proqrama saldıq nə qədər çarpışdıq vuruşduq yenə də qocalda bilmədik. Bu gedişlə Rəhim 30 il sonra da başım ağrıyor, başım ağrıyor deyib ona buna quzu kəsəcək.

Qocalıq daha çox futbolçu Leonel Messini əldən salacaq. O, üz-gözünü qırış basmış ağsaqqal baba olacaq və onda biz ölməyib sağ qalsaq oğul uşaqlarımıza, nəvələrimizə danışacağıq ki, vaxt vardı bu qoca kişi gəncliyində 4-5 oyunçunu qabağına qatıb dünyanı ayağa qaldıran qollar vururdu.

Qocalmaq bilməyən sənətçilərdən biri türkiyəli müğənni Sibel Candır. Gözümüzü açıb kliplərdə, şokalad qutularının üzərində gördüyümüz o qadın obrazı 30 il sonra da gözümüzə aşağı yuxarı eyni cür görünəcək. Sibel xanımın Canı suludu maşallah. Təki 30 il sonra da belə şux qalsın.

Xalq artisti Faiq Ağayev də qocalığa təslim olmayanlardan biri olacaq. Yaş onun simasının təravətini aparacaq bəlkə amma içində qaynayan yaradıcılıq enerjisi ahıl çağında da gözlərindən oxunacaq. Ağsaqqal Ağayevə baxanda adama elə gələcək ki, o elə indi də səhnəyə çıxıb sındıra sındıra oynayaraq kansert salonlarını ayaqa qaldıracaq.

Ən gözəl qadınlar da qocalır, şair. Jennifer Lopezin 30 il sonrasına baxanda bu cümlə yadıma düşdü. Kliplərdə və səhnələrdə o şux əndamını titrədərək milyonların sevimlisinə çevrilən Ceylo illər sonra simasını sarmış qırışlar ucbatından bax belə solğun görünüşü ilə gündəmdə olacaq.

Tanınmış şoumen Murad Dadaşov isə niyəsə o qədər də qoca görünmür. Yaxud proqramın Dadaşovu qocaltmağa cəsarəti çatmadı. Birazca üzünə qırış, yanaqlarına da ağarmış tüklər əlavə etdi vəssalam.

Və sırada Elza Seyidcahan var. Bəstəkar-müğənni, hətta arada şairə kimi də təqdim olunan Elza hiss olunur ki, 30 il sonra da qocalıqla mübarizə aparacaq. Onun illərə təslim olmaq fikri yoxdur. O, ömrün ahıl çağına qarşı bax belə şaqqanaq çəkib gülmək fikrindədir. Amma illər simasına qırış düşəndə və saçları ağarandan sonra da "Mat qalmışam, mat... Yamanca zad qalmışam, zad" kimi misralar yaza biləcək ya yox, bax bunu zaman göstərəcək.

Xəbərlər     Baxılıb: 2318   Tarix: 17 may 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Miqrenin səbəbi yalnız beyin deyilmiş - YENİ ARAŞDIRMA

Dünyada təxminən 1,5 milyard insanı təsir edən və xüsusilə 50 yaşdan aşağı şəxslərdə daha çox rast gəlinən miqrenlə bağlı yeni elmi nəticələr açıqlanıb. xəbər verir ki, Türkiyə Ali Təhsil Şurasının təşəbbüsü ilə Gazi Universiteti

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Yaşıl çay xərçəngdən qoruyurmu?

Yaşıl çay ( Camellia sinensis ) yüksək antioksidant tərkibi ilə tanınır. Onun tərkibindəki ən mühüm maddə EGCG adlanan güclü bir kateşindir.  xəbər verir ki, heyvanlar və laboratoriya mühitində aparılan tədqiqatlar göstəri

.

İlan sancmasında ilk yardım sandığınız şey əslində ən böyük səhv imiş

İlan sancması zamanı illərdir filmlərdən və dildən-dilə gələn məlumatların bir çoxu, əslində zərərçəkənin həyatını daha böyük təhlükəyə atan səhvlər imiş. .  xəbər verir ki, ən böyük yanlış yaranı sovurmaq (əmərək zəhər

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

turlar.az

toy makiyajlari kosmetik vasiteler kosmetoloq testosteron nədir körpəyə qulluq qadın haqqinda valideyne aid statuslar kosmetika gözəllik suni mayalanma novruz hakistalari ariqlamaq bedii edebiyyat