Yodun gözəlliyə də təsiri az deyil

Yodun gözəlliyə də təsiri az deyilYod orqanizmdə baş verən proseslərin mübadiləsində iştirak edən çox vacib mikroelementdir.

Qalxanvari vəzi üçün çox önəmli olan bu mikroelement onun lazımi hormonları istehsal etməsi üçün zəruridir. Çox hallarda, hamiləliyin və uşağın bətndaxili inkişafı, qadın orqanizmində yodun miqdarından asılı olur. Təbii ki, yodun xarici gözəlliyə də təsiri az deyil. Orqanizmə yod çatışmadıqda iştahın çox olması, artıq çəki, dərinin iltihabi xəstəlikləri, saç və dırnaqların zəifləməsi, diş və damaqların xəstəlikləri kimi proseslər baş verir. Mikroelementlərlə zəngin olan və təbii ki, tərkibində yod olan dəniz suyu insan dərisini hamar və elastik edir.

Yod həmçinin saçların gözəlliyində də az rol oynamır. Yod saçların tökülməsinin qarşısını alaraq, onlara möhkəmlik və parıltı verir. Bu isə onunla bağlıdır ki, yodun normal miqdarı ümumiyyətlə orqanizmdə və həmçinin baş dərisinin hüceyrələrində baş verən proseslərin mübadiləsinə təsir edir. Bunun nəticəsində saçlar daha çox qidalanaraq möhkəm və sağlıqlı olurlar. Bəs yodu gündəlik hansı qida məhsullarında tapa bilərik?

Sualımızı cavablandıran həkim-pediatr Tərlan Eyyubov "Şərq"ə açıqlamasında bildirib ki, əsasən dəniz məhsulları, alma, gavalı, albalı, pomidor, kök, çuğundur, süd və süd məhsulları yodla zəngindir. Həkimin sözlərinə görə, yod bədəndə yığılma xüsusiyyətinə malik olmaması səbəbindən orqanizmi gündəlik olaraq yodla təmin etmək lazımdır:

"Orqanizmi yodla təmin etməkdə diqqətli olmaq vacibdir, çünki onun defistiliyi ilə bərabər normadan artıq olması da eyni dərəcədə ziyanlıdır".

Həkim qeyd edib ki, yod məhlulu uşaq travmaları - sıyrılma, dişləmə, dizlərin və dirsəklərin əzilməsi zamanı istifadə edilən birinci vasitədir: "Yodun spirtli məhlulu 100 ildən artıqdır ki, hər zaman yaralar üçün istifadə edilir.

Bu zərərsizləşdirmə üsulu təzə səthi yaralar, qanaxma ilə müşayiət olunmayan dəri tamlığının pozulması zamanı istifadə edilir. Yodun spirtli məhlulu dərinin səthi və dərin olmayan kəsilmiş yaraları, sıyrıntılar, dişlənmələr (gənə, ağcaqanad) zamanı istifadə edilə bilər. Az miqdarda yara səthinə çəkilməsi məsləhətdir.

Bu zaman dərinin rəngi qəhvəyi rəngə boyanır. Pasiyent 1-2 dəqiqə müddətində diskomfort, yanma hiss edə bilər. Yodu açıq dərin və böyük yaraya epitelləşmə prosesi başlayana qədər vurmaq yolverilməzdir.

Əks halda yara toxuması yod tərəfindən yanır və nəticə olaraq sağalma prosesi ləngiyir. Buna görə də yoddan istifadə edərkən bu nüanslara diqqət yetirmək lazımdır".

Maraqlı     Baxılıb: 2228   Tarix: 09 oktyabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

Nəsibə Hüseynova vəfat etdi - FOTO

Azərbaycan Respublikasının Əməkdar həkimi, tibb elmləri doktoru, professor Nəsibə Ağa İsmayıl qızı Hüseynova vəfat edib.  xəbər verir ki, Nəsibə Hüseynova 1970-1992-ci illərdə ATU-nun Müalicə-profilaktika fakültəsinin Uşa

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

turlar.az

hamiləlik geymler 2026 geyim necə seçməli qara qaragat hepatitlər pomidorun ziyani əli əmirli kosmetika qardasa aid haxistalar big.az vətən haqqında bayatı burclerin uyumu badambura