YOL POLİSİ: Şəbnəm Tovuzlu cəzalandırılacaq - Araşdırmalar başladı
Şəbnəm Tovuzlu ötən gün keçirdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı "İnstaqram" səhifəsində video paylaşıb. Müğənni həmin videoda bildirib ki, baş verən hadisədən yol polisinin xəbəri olmayıb. Tərəflər bu məsələni öz aralarında həll edib:
"Bəli, mən qəza keçirdim, əzildim. Çox pis şok yaşadım. Yol polisinin bunu qeydə almağa fürsəti olmadı, heç ehtiyac da olmadı. Biz toqquşduğumuz insanla öz aramızda razılığa gəldik. Həkimə çatmağım lazım idi, qeydiyyata alınmağı lazım deyildi, yol polisi də hadisəni bilmədi".
Baş verən hadisəylə bağlı Metbuat.az-a münasibət bildirən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, məsələ araşdırılacaq, fakt təsdiqini taparsa, xəta törədən məsuliyyətə cəlb edilə bilər:
"Məsələdən polisin xəbəri oldu. Polisə baş verən hadisə ilə bağlı məlumat verilmədiyi üçün inzibati xəta tərkibi yaradır. Çox güman ki, aidiyyatı üzrə araşdırmanın aparılması prosesinə də başlanılacaq. Ümumiyyətlə, sürücülər baş verən qəzaları öz aralarında həll etsələr də, qanun deyir ki, yol-nəqliyyat hadisəsi baş veribsə, polisə mütləq məlumat verilməlidir. Xəsarətin dərəcəsindən asılı olaraq, polis bunu araşdırır və protokol tərtib edir. Söhbət maddi zərərdən gedirsə, bu, qanunla səndləşdirilməli, müvafiq arayış verilməlidir ki, əzilmiş avtomobil həmin arayış hesabına təmir olunsun. Tərəflər arasında şikayətin olub-olmamsından, dəyən ziyanın maksimum-minimumundan asılı olmayaraq, yol-qəza hadisəsi mütləq polisdə qeydiyyatdan keşməlidir. Yəni, polisin məlumatın olmalıdır. Deyilməyirsə, bu, inzibati xəta tərkibi yaradır".
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin