Yüksək temperaturun orqanizmə patoloji təsiri
Ətraf mühit temperaturunun yüksəlməsi nəticəsində orqanizmdə yerli və ümumi dəyişikliklər yarana bilir.Yüksək temperaturun orqanizmə göstərdiyi yerli təsirlərə yanıqlar,ümumi dəyişikliklərə isə hipertemiya və istilikvurma aiddir.
İsti temperaturun təsirindən toxuma strukturunun pozulmasında əmələ gələn patolojiya yanıq adlanır.Adətən yanıqlar alovdan,kimyəvi maddələrdən,qızdırılmış əşyalardan baş verir.Amma yüksək temperaturun və şüaların da dəriyə təsirindən yanıqlar baş verə bilir.Adətən bu zaman birinci dərəcəli yüngül yanıqlar baş verir.Dəriyə təsir edən istiliyin dərəcəsindən asılı olaraq yanıqların ağırlıq dərəcəsi dəyişə bilir.
Ətraf mühitin temperaturu yüksəldikdə və havanın rütubəti artdıqda orqanizmdə yaranan istilik enerjisi xarici mühitə çətinliklə verilir.Havanın temperaturu 33*- dən artıq olduqda istilik enerjisi xarici mühitə buxarlanma yolu ilə verilir.Havanın nisbi rütubəti yüksəldikdə buxarlanma yolu ilə istilikvermənin imkanları azalır.Belə hallarda orqanizmdə yaranan istilik enerjisi xarici mühitə verilə bilmir və orqanizm qızır.
İstiliyin xarici mühitə verilməsi çətinləşdikdə körpə uşaqların bədəni asnlıqla qızır.Çünki körpə uşaqlarda istilik tənzimi sistemi tam formalaşmamışdır.Bu zaman tər ifrazının da pozulması baş verir.Yüksək temeratur ,havanın hərəkətsizliyi,fiziki gərginlik,hava keçirməyən paltarlar orqanizmin funksional sistemlərində müxtəlif pozğunluqların əmələ gəlməsinə səbəb olur.Bu zaman aşağıdakılar baş verə bilir:
- qalxanabənzər vəzinin hiperfunksiyası
- dərinin damarlarında genəlmələr
- qan cərəyanının sürətlənməsi
- narahatlıq
- tezləşmiş və səthi tənəffüs
- maddələr mübadiləsinin pozğunluqları
- huşun itirilməsi
- qıcolma
- qan dövranı pozulmaları
Yüksək temprturun orqanizmdə sürətlə artması istilikvurmaya səbəb olur.Bu zaman mərkəzi sinir sisteminin fəaliyyətində kəskin pozulmalar baş verir,arterial təzyiq azalır,narahatlıq,qüvvətli istilik hissi baş verir,sürətli nəbz,təngnəfəslik,ürəkbulanma müşahidə edilir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi