Yüksək təzyiqlə bağlı TƏHLÜKƏLİ MİFLƏR. Onlar sizin həyatınızı qısaldır

Yüksək təzyiqlə bağlı TƏHLÜKƏLİ MİFLƏR. Onlar sizin həyatınızı qısaldırİnsanların bir çoxu arterial təzyiqin artmasını ciddi simptom kimi hesab etmirlər və bu səbəbdən özündə təziyiqin artmasını müşahidə etdikdə həkimlərə müraciət etməyə tələsmirlər.
Lakin bu çox səhv yanaşmadır. Məhz arterial təzyiqin artması insult və infarkt kimi ağır pozulmaların ilk səbəbidir. Statistikaya əsasən, 100 infarktdan 68-i, 100 insultdan isə 75-i məhz təzyiqin yüksəlməsi fonunda inkişaf edir.
İnsanlar arasında arterial təzyiqlə bağlı bir çox həqiqətə uyğun olmayan əfsanələr yayılmaqdadır. Məsələn,
- Yüksək təzyiqdən əziyyət çəkən insan özünü daim  qorumalı, uzanmalı, yatmalı, az hərəkət etməlidir ki, təzyiq qalxmasın. Bu tam yanlış fikirdir. Bəli, həddən artıq fiziki yükləmələr hipertoniyadan (tibbi dildə - "arterial hipertenziya") əziyyət çəkən insanlar üçün ziyanlıdır. Lakin belə yükləmələr hətta tam sağlam insana da ziyan gətirə bilər.
Sağlamlığını qorumaq istəyən insan mütləq fiziki aktiv olmalıdır. Hətta infarkt keçirmiş insanlara reabilitasiya (bərpa) dövründə həkimlər xüsusi fiziki məşğələlər təyin edir.
Hərəkətsizlik isə əksinə mübadilə proseslərin pozulmasına, damarların tutulmasına, bədən çəkisinin artmasına, qanda durğunluğun yaranmasına, ürəyin daha zəif işləməsinə səbəb olur.
Saglamolun.az bildirir ki, azhərəkətlilik hipertoniya xəstəliyinin daha ağır keçməsinə gətirib çıxardır.
- Bir çox hipertoniyadan əziyyət çəkən insanlar fikirləşir ki, müəyyən həbi qəbul etməklə arterial təzyiqi daim normada saxlamaq mümkündür. Lakin bu belə də asan iş deyil. Effektli dərmanın seçimi uzun və çətin prosesdir. "Təzyiq dərmanları" çoxdur və hər bir  xəstəyə dərman fərdi şəkildə həkim tərəfindən seçilir. Bir çox hallarda vaxt keçdikcə dərmanı, onun dozasını, qəbul rejimini dəyişmək lazım olur. Bunu da yalnız həkim etməlidir. Heç bir halda qonşu, qohum və s. qəbul etdiyi "təzyiq dərmanı"nı  özbaşına qəbul etməyin! Bu lazım olan effekt verməyəcək!
Bundan əlavə yalnız təzyiq dərmanının qəbulu hipertoniyanı müalicə etmir. İnsan düzgün qidalanmalı, ziyanlı vərdişlərdən imtina etməli, dincəlməli, tez-tez havada olmalıdır, bədən tərbiyəsi ilə məşğul olmalıdır.
- Bəzi insanlardan "təzyiqim hətta 180-200-ə qalxanda, özümü normal hiss edirəm, bu mənim "raboçi" təzyiqimdir" kimi ifadələri eşitmək olur. Bu insanlar fikirləşir ki, əgər hər şey normaldırsa, heç bir yer ağrımırsa, müalicə etməyə də ehtiyac yoxdur! Bu çox təhlükəli yanılmadır. Tibbdə "raboçi" təzyiq kimi termin yoxdur.
Yüksək təzyiq özünün heç bir əlamətlə büruzə verməsə belə, xəstənin orqanizmində geriyədönməz patoloji dəyişikliklərə səbəb olur ki, bunların nəticəsində insan əlilə çevrilə bilər. Bundan əlavə yüksək arterial təzyiq infarkt və insultun əsas risk faktorudur.
- Hipertoniya yalnız 40 yaşından sonra inkişaf edir. Bu da çox səhv fikirdir. Bütün digər xəstəliklər kimi, hipertoniya da xeyli "cavanlaşıb". Əgər hətta 30 yaşlı insan özündə təzyiqin tez-tez artmasını müşahidə edirsə (139/89-dan yuxarı), o, mütləq kardioloqa müraciət etməlidir və lazım olduqda müalicə almalıdır.
- Yüksək təzyiq özünü baş ağrısı ilə büruzə verir. Bu da səhvdir. Bəli, bir çox hallarda yüksək təzyiq özünü başın ənsə hahiyəsində ağrılarla, ürəyin tez-tez döyünməsi ilə, barmaqların keyiməsi ilə və s. əlamətlərlə büruzə verir. Lakin bəzən arterial hipertenziya tam simptomsuz keçir. Məhz bu səbəbdən 1 ildə 2 dəfədən az olmayaraq həkimin profilaktik müayinəsindən keçmək lazımdır. Belə profilaktik müayinələr orqanizmdə mövcud olan pozulmaları vaxtında aşkar etməyə imkan verir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 989   Tarix: 22 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

hamiləlik qadin dunyasi kosmetika mehsullari payız xəstəlikləri valideyn ovlad munasibetleri toyluq donlar 2026 ət yeməkləri kosmetika bürcler azerb clpaq qadinlari novruz bayrami masturbasiya arıqla