Yumşaq və hamar cildə sahib olun
Dəriniz quru, kobud görünüşə sahibdirsə, oxumağa davam edin.
Milli.Az Axşam.az-a istinadən ev şəraitində dərini daha yumşaq, hamar görünüş bəxş edəcək sirləri təqdim edir.
1. Pilinq
Həftəlik olaraq pilinq edərək dərinizi ölü hüceyrələrdən təmizləyin. Cildi yeniləmək ona daha təravətli görünüş bəxş edəcəkdir. Bu proses məsamələrdəki bütün kirləri, yağları aradan qaldıraraq dərinin nəfəs almasına imkan verəcək. Əgər həssas cildə sahibsinizsə, bu prosedura həftədə iki dəfə həyata keçirin.
Pilinq üçün qəhvəyi şəkər və bal-şəkər qarışığı kimi vasitələrdən istifadə edə bilərsiniz. Üzünüzü yuyarkən fırçadan istifadə etməkdə kifayətdir.
2. Dərini təmizləmək
Gündə ən azı bir dəfə təmizləmək yumşaq dəri əldə etməyin ən yaxşı yollarından biridir. Bunun üçün sabun, gel kimi vasitələrdən istifadə kifayətdir.
3. Nəmləndirici istifadə etmək
Yaşınıza uyğun nəmləndiricilərdən istifadə vacibdir. Duşdan sonra və ya yatmazdan əvvəl hər gün tətbiq etməyə çalışın.
4. Yatmazdan əvvəl baxım
Yatmazdan əvvəl mütləq makiyajınızı silin. Mütləq sonda su ilə yuyun. Bu gecə boyunca dərinin nəfəs almasına imkan yaradacaqdır.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi