Yusif surəsindən ibrətlər-1

Yusif surəsindən ibrətlər-1Aləmlərin Rəbbi olan Allaha həmd–sənalar olsun. Salavat və salam peyğəmbərlərin və elçilərin ən şərəflisi peyğəmbərimiz Məhəmmədə, ailəsinə və onun bütün səhabələrinə olsun!

Həqiqətən, Allahın heç bir şeyi nəzərdən qaçırmayan Kitabında müsəlmanın dünya və axirət həyatı üçün çoxlu nəsihət və ibrətlər vardır.

Bu məqalədə tövsiyə olunan əməllərdən biri də gözəl səbir etməkdir. Belə bir xüsusiyyət yüksək əxlaq nümunəsidir. Uca Allah Öz Elçisinə buyurur:
"(Ya Rəsulum! Allah yolunda olan bütün əzab-əziyyətə) səbir et. Sənin səbir etməyin yalnız Allahın köməyilədir. (Dəvətini qəbul etmədiklərinə, iman gətirmədiklərinə görə) onlardan (müşriklərdən) ötrü kədərlənmə və (səni öldürmək məqsədilə) qurduqları hiylələrə görə də ürəyini qısma!" (ən-Nəhl, 127)

Yusif əleyhissalama qarşı qəlblərinə həsəd dolan, onun əleyhinə məkrli işlər görən və onu qurd yediyini iddia edən qardaşlarına ataları Yaqub əleyhissalam belə demişdir:
"Xeyr (heç də dediyiniz kimi deyildir), sizin öz nəfsiniz sizi bu işə sövq etmişdir (çirkin əməlinizi sizə gözəl göstərmişdir). Mənə yalnız gözəl (tükənməz, dözümlü) səbir gərəkdir. Dediklərinizdən (Yusif barəsində dediklərinizin yalan olduğunu sübut etməkdən) ötrü ancaq Allahdan kömək diləmək lazımdır!" (Yusif, 18)

Yusif əleyhissalamın başına gələn əhvalatlarda müsəlmanın öz davranışını və əxlaqını daha da gözəlləşdirmək üçün hikmətlər, hökmlər, ibrət və nəsihətlər vardır. Hekayə ilə tanış olan hər bir müsəlman səbir etməyin itaətdə səbir, asiliklərə səbir, xeyir və şər sınaqlara səbir etmək kimi növlərini tam şəkildə mənimsəməlidir. Çünki bəşər övladı var olduğu gündən imtahana çəkilmiş gözəl sonluq isə yalnız Allahdan lazımınca qorxanlara nəsib olmuşdur.

Allah buyurur:
"(Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik." (əl-Ənbiya, 35)

Kamil əxlaqları və fitri üstünlükləri ilə seçilmiş peyğəmbərlər bu dünyada heç kəsin qarşılaşmadığı imtahan, sınaq və bəlalarla qarşılaşmışdır. Səhih hədisdə Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) belə buyurur: "Həqiqətən, insanların ən ağır bəlalarla üzləşənləri məhz peyğəmbərlərdir. Daha sonra isə onların ardınca gedənlərdir."

Bu hədisdə düşünən insanlar üçün böyük ibrətlər vardır.

Bəlalarla üzləşmək sınağa çəkilmək deməkdir. Bu sınaq və imtahanlardan yalnız Allahın qayda–qanunlarına və qədərinə gözəl səbir edən kimsələr alnı açıq çıxar. Allah buyurur:
"Allah mələklərdən də elçilər (peyğəmbərlər) seçər, insanlardan da. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, görəndir!" (əl-Həcc, 75)

Dünyanın sınaq evi olduğunu və bu sınaqlardan heç bir məxluqatın hətta Allahın dinini təbliğ edən peyğəmbərlərin yaxa qurtara bilmədiyini dərk edən müsəlman özündən əvvəlkilərin imtahanlarını diqqətlə araşdırmalı və ibrət götürməlidir. Çünki oxşar hadisə onun da başına gələ bilər.

Allahın Məhəmməd peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi Yusif surəsi yüksək şərəf sahibi olan bir peyğəmbərin hekayəsidir. İmam Buxari "Səhih" əsərində Abdullah ibn Ömərin (Allah onların hər ikisindən razı olsun!) Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) Yusif əleyhissalam barasində belə dediyini rəvayət edir: "Şərəfli insan olan Yusif şərəfli bir insanın, yəni Yaqubun oğludur, o da şəfəfli bir adamın yəni, İshaqın oğludur, İshaq isə şərəfli İbrahimin oğludur."

Yusif əleyhissalam doğru yolda olan şərəfli peyğəmbərlərin soyundan gələn bir peyğəmbər idi. Hökmləri, cürbəcür məsləhətləri özündə əhatə edən bu böyük surə eyni zamanda uca Allaha çağırış üslubunu və bu yolda yaranan sıxıntılara sinə gəlməyi də bəyan etmişdir. Bütün hadisələr Yusif əleyhissalamın ətrafında cərəyan etmişdir.

Hekayədə müsəlmana qadağan edilən həsədin nalayiq hərəkət olduğu və səmimi insanlara qarşı hiylə qurmağın pis əməl olduğu bir daha vurğulanır. O cümlədən belə imtahana səbir edənin tərifəlayiq bir aqibəti olması, həmçinin səhvən günah edənləri bağışlayıb əfv etməyin yüksək əxlaq nümunəsi olması və bu cür əməlləri mənən zəngin insanların yerinə yetirə bilməsi xüsusi qeyd olunur.

Yusif əleyhissalam öz qardaşları ilə qarşılaşanda belə demişdi: "(Yusif) dedi:
"Bu gün sizə (etdiklərinizə görə) heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! Çünki O, rəhm edənlərin ən rəhmlisidir! (Mən Allahdan sizin bağışlanmanızı diləyərəm. O da sizi bağışlayar!)" (Yusif, 92)

Allah Elçisi Məhəmməd (ona Allahın salavatı və salamı olsun!) onu ən sevimli şəhərindən, Məkkədən çıxardan tayfası ilə bir daha qarşılaşdıqda onlara belə demişdi: "Çıxın gedin, artıq siz azadsınız."

Yüz birinci ayədə Yusif əleyhissalamın başına gələn hadisələri özündə əks etdirən Quranın Məhəmmədin (ona Allahın salavatı və salamı olsun!) özündən yazmadığı və heç bir bəşər övladının ona öyrətmədiyi, əksinə qeybin və ölüm saatının sahibi Allahın tərəfindən peyğəmbərinə nazil olduğu bəyan edilir. Bununla da Yusifin hekayəsi sona yetir.

Allah təala Quranın hekayələrinə şübhə ilə yanaşanlara belə cavab verir:
"Biz (müşriklərin): "(Qur’anı) ona (Muhəmmədə) bir insan öyrədir!" - dediklərini də bilirik . Onların nəzərdə tutduqları adamın dili başqa dildir. Bu (Qur’anın dili) isə açıq-aşkar (bəlağətli, fəsahətli) ərəb dilidir!" (ən-Nəhl,103)

Göründüyü kimi, Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) bu cür hekayə və xəbərləri özündən deməmiş, əksinə bütün bu xəbərlər Allah dərgahından gəlmişdir. Allah təala elə həmin surədə bütün deyilənlərə işarə edərək buyurur:
"(Ya Rəsulum!) Bu, sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Onlar (Yusifin qardaşları) hiylə quraraq əlbir iş gördükləri (Yusifi quyuya atdıqları) zaman sən ki onların yanında deyildin!" (Yusif, 102)

Yusif surəsində çoxsaylı hökmlər və faydalar olduğundan biz onları növbəti məqalələrimizdə sizə çatdırmağı qarşımıza məqsəd qoyduq.

Uca Allah buyurur:
"(Ya Peyğəmbər!) Allah: "Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!" - deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!" (əş-Şura,13)

Yusif surəsi Allah təalanın açıq-aydın ərəb dilində nazil etdiyi Qurani Kərimi mədh etməklə başlayır. Allah buyurur:
"Əlif, Lam, Ra! Bunlar açıq-aydın Kitabın (Quranın) ayələridir! (Ey Məkkə əhli!) Biz onu ərəbcə bir Quran olaraq nazil etdik ki, (mənasını) anlayasınız. (Ya Rəsulum!) Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq. Hərçənd ki, sən əvvəlcə (ondan) əsla xəbərdar deyildin." (Yusif,1-3)

İbn Kəsir bu ayənin təfsirində belə deyir: "Bunlar Kitabın ayələridir dedikdə açıq-aydın Quran nəzərdə tutulur. O, anlaşılmazlıqları açıqlayır və onlara aydınlıq gətirir. Daha sonra isə Allah bu Quranı ərəb dilində nazil etdiyini bildirir. Çünki ərəb dili dillərin ən fəsahətlisi, daha aydını və genişidir. Bu dilin məna çalarları çoxdur. Buna görə Allah kitabların daha şərəflisini ən şərəfli dildə, ən şərəfli peyğəmbərə, ən şərəfli mələyin vasitəsilə nazil etdi. Yer səthinin daha da şərəfli olan bir ərazisində və ilin aylarının ən şərəfli bir ayında – Ramazan ayında Quran ayələri nazil olmağa başladı. Allah təala buyurur:
"İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir." (əl-Bəqərə,185)

Beləliklə də bütün istiqamətlərdə Quran öz kamilliyini saxladı. Uca Allah buyurur:
"(Ya Rəsulum!) Biz bu Quranı sənə vəhy etməklə sənin üçün ən gözəl hekayəti (qissəni) danışırıq." (Yusif, 3) Yəni bu Quranı sənə vəhy yolu ilə nazil etməklə... (Ibn Kəsir, 4/294-295, əl-Musnəd, 3/378)

Daha sonra İmam İbn Kəsir buyurur: "Quranı mədh edən bu kəramətli ayədə onun özündən başqa bütün kitablara kifayət etməsi tam uyğunluqla qeyd olunur. İmam Əhməd, Səric ibn ən-Numanın, Həşimdən, o da Mücaliddən, o da əş-Şəbinin Cabir ibn Abdulladan belə rəvayət edir: Bir gün Ömər ibn əl-Xattab, kitab əhlindən əldə etdiyi vərəqləri Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yanına gətirərək (həmin vərəqləri) ona oxudu. O, (ona Allahın salavatı və salamı olsun!) buna qəzəblənərək dedi: "Ey ibn Xattab, sən İslamda şübhəyə düşüb dini yəhudilərdənmi öyrənirsən? Canımı əlində tutana and olsun ki, mən sizlərə bundan da aydın bir şey gətirmişəm. Onlardan heç bir şey barəsində soruşmayın. Onların sizlərə doğru dediyini yalan, yalan dediyini isə doğru biləcəksiniz. Canımı əlində tutana and olsun ki, Musa sağ olsaydı, yalnız mənə tabe olardı."

Beləliklə Allah Elçisi (ona Allahın salavatı və salamı olsun!) İslamın kamilliyini və özünün pak, nəcib və hənif bir dini çatdırdığını açıqladı. Allah təala belə buyurur:
"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Məkkənin fəthi, İslamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim." (əl-Maidə,3)

Növbəti məqalə Yusif əleyhissalamın hekayəsində toxunulan, eləcə də Allah Elçisinin (ona Allahın salavatı və salamı olsun!) də qadağan etdiyi həsədlə bağlıdır. Belə ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurur: "Həqiqətən, od ağacı yandırdığı kimi həsəd də yaxşılıqları yandırar".

Allah bizi həsəddən və nəfslərimizin şərindən qorusun. Həqiqətən, O eşidən və cavab verəndir.

azerislam.com

Gözəllik və Moda     Baxılıb: 2890   Tarix: 26 sentyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Keçəlləşən kişilər üçün çarə - QƏHVƏ MASKALARI

Yena Universitetinin (Almaniya) alimləri bir sıra eksperimentlər zamanı aşkar ediblər ki, qəhvənin tərkibində olan kofein saç follikullarına təsir edərək saçların tökülməsini 37% dayandırır və yeni saçların əmələ gəlməs

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Təbii gözəllik və onun qadın həyatına təsiri

Müasir dövrün inkişafı ilə birlikdə gözəllik anlayışları da sürətlə dəyişir. Texnologiyanın və media vasitələrinin təsiri altında, gözəllik standartları da daha çox süni tələblərə əsaslanmağa başlayıb. Lakin, son zamanla

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Saçdakı ağ tellərə qarşı ev üsulu maska

Saçlarda ağ tellər zamanla hər bir qadında meydana çıxır və onları dərhal gizlətmək istəyi yaranır. Lakin salonda tez-tez rənglənmə, bəli, gümüşü saçları gizlədir, amma saçların sağlamlığını korlayır: tellər quruyur, sını

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

turlar.az

qis geyimləri 2026 yay geyimləri 2026 geyim və ayaqqabılar masaj edirem kostyum modelleri 2026 psixologiya xina bayatilari kosmetika səməd vurğun sac modelleri cinsi bayatılarımızda vətən həsrəti yumurta