"Yüz dəfə məmurların qarşısında oxumuşam, mənə niyə ev almırlar?

İfaçı Kəmalə Qaramollayevanın bir neçə gün əvvəl maddi dəstək aldığı vəzifəli şəxsdən danışarkən həmin məmurun ona bahalı ev və maşın da hədiyyə etdiyini bildirməsi geniş müzakirələrə səbəb oldu.
Müğənni bu etirafından sonra sosial şəbəkələrdə qınaq atəşinə tutuldu.
azxeber.com xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni, meyxanaçı Samirə Yusifqızı həmkarının bu açıqlaması ilə digər müğənniləri də nüfuzdan saldığını deyib:
"Əlbəttə, Kəmalə Qaaramollayevanın bu açıqlaması heç düzgün deyil. Bu sözlər mənim heç xoşuma gəlmədi. Bu açıqlama biz müğənnilərin hamısına kölgə salan məsələdir. Hər kim ona nə bağışlayıb şəxsi işidir, bunu ictimailəşdirməyin yeri yoxdur. Kim bağışlayıb, nəyə görə bağışlayıb, özü bilər, amma sənətə görə heç kimə ev bağışlamırlar. Hansısa müğənninin oxumağı kiminsə xoşuna gəlirsə, məclisə çağırıb 5-10 min hörmət eləyə bilər, amma ev, maşın bağışlamaq, nə bilim...
Heç kimin haqqına girmək istəmirəm, amma bu qeyri-realdır. Lap olubsa da bunu gizlin saxlamalı idi, publik şəkildə açıqlamamalı idi. Bu düzgün deyil. Mən 40 ildir oxuyuram, səhnədəyəm, yeri gələndə yüz dəfə məmurların, dövlət adamlarının, vəzifəli şəxslərin də məclislərində olmuşam hələ kimsə mənə bir üzük belə bağışlamayıb, nəinki ev, maşın, bağ... Mən həmişə 50 yaşında olmamışam ki, mənim də 25-30 yaşlarım olub, cavan, gözəl vaxtlarımız olub, hamı arxamızca baxırdı, həsrət çəkirdilər ki, yaxınlaşsınlar. Heç o yaşlarda da belə təkliflər olmayıb. Hələ onda imkan da yaxşı idi, insanların güzəranı normal idi, hamının pulu varidi, pandemiya yox idi. Kəmalə konkret düz etməyib, gərək bunu açıqlamayaydı".
Xatırladaq ki, Kəmalə Qaramollayeva açıqlamasında "Bu haqda heç bir yerdə danışmamışam. Amma düşünürəm ki, artıq vaxtıdır. Bu haqda açıqlama verməliyəm. Bir adam var idi. O, mənimlə çox görüşmək istəyirdi. Demişdi ki, araşdıracam əgər Kəmalə düz yolun yolçusudursa, mən ona bu yardımları təmənnasız edəcəm. O, çox hörmətli, vəzifəli şəxsdir və məni çox sevirdi. Mənə maşın, ev aldı" - deyə bildirmişdi.

Şou Biznes     Baxılıb: 1442   Tarix: 02 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

.

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

.

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

.

Azərbaycanlı musiqiçi intihar edib

Azərbaycаnlı musiqiçi İlham Razin vəfat edib. Bu haqda klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu məlumat yayıb. Hüseyn bir neçə gün əvvəl qoşanağara ifaçısı olan İlham Razinin intihar etdiyini və onun maddi yardıma ehtiyacı olduğun

.

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

.

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

.

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

.

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

.

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

turlar.az

geyim və ayaqqabılar yemek reseptleri hamilelikde qidalanma atalar sözləri geyim 2026 muslim somen beautiful hamiləlikdə axıntı kosmetika hakista sozler bayatı veten haqqinda bayati məsəllər faydalı maskalar