Zeynəb Xanlarovanın "ölümü" Türkiyə parlamentində - FOTO

Zeynəb Xanlarovanın SSRİ dövründə Türkiyədə konsert verən azərbaycanlı sənətçilər arasında Rəşid Behbudov və Zeynəb Xanlarova geniş rezonans yaradıblar. Türkiyədə yaşayan azərbaycanlı mühacirlərin, eləcə də Iğdır, Qars bölgəsindən olan vətəndaşların bu sevgi seli hər iki müğənni haqqında mətbuatda yazıların yer almasına səbəb olub. Bu dövrdə Zeynəb xanımla bağlı qəribə bir hadisə də yaşanıb. Belə ki 1970-ci ildə Türkiyə konsertindən sonra SSRİ xüsusi xidmət orqanlarının Zeynəb Xanlarovanı öldürməsi xəbəri yayılıb.
1970-ci ildə Z.Xanlarova Türkiyənin İstanbul, Ankara, İzmir şəhərlərində konsert verib. "Azərbaycan" jurnalındakı xəbərə görə, mühacir azərbaycanlılar konsertlərdə geniş şəkildə iştirak ediblər. Məhz bu izdihamlı konsertlərdən sonra onun aradan götürülməsi şayiəsi Türkiyədə yayılıb,"Azərbaycan" jurnalında (271-ci say, 1970) "Səs sənətkarı Zeynəb Xanlarovanı kommunist ruslar öldürdümü?" başlıqlı xəbər dərc edilib.
Xəbərdə Zeynəb Xanlarovanın öldürülməsinin Türkiyə mətbuatında ajiotaj yaratdığı, İstanbul, Ankara, İzmir, Manisa, Adana, Amasya, Sivas, Ərzurum və Qars şəhərlərində böyük etirazlara səbəb olduğu, bu siyasi cinayətin SSRİ-nin hələ də yalanlamadığı bildirilib. Müğənninin sentyabr ayında baş tutacağı elan edilən konsertinin ləğv edilməsi xəbəri də sənətçinin öldürülməsi ehtimalını gücləndirib.
Zeynəb Xanlarovanın Buna görə də Türk Ocaqları Kültür Heyəti də bir bəyannamə dərc edərək hadisəni sərt şəkildə qınayıb: "Zeynəb Xanlarova türk sənət və törəsini Azərbaycanda təmsil edən, milli duyğu və şüuru dünyaya tanıdan böyük bir sənətkardı. Türkdü və türkçü idi. Bu inancı mahnıları və valları ilə nəsillərə ötürürdü. Sözləri, davranışları və mimikaları ilə türklük sevgisini dilə gətirir, bülbül səsi ilə ruhlara dolur və havada sallanan dəsmallar buğlanan göz yaşlarını silirdi. Sənətin təsiredici gücü açıq şəkildə görünürdü. Heç bir əsər və konfrans bu gücü göstərə bilməzdi. Şeyx Şamilə və minlərlə vətənsevər millətçiyə atılan güllələr ona da tuş gəldi. Moskva quldurları, qırmızı cəlladlar onu da qətl etdilər. Ömrünün bahar çağında idi, günahı türk olmaq, öz varlığına bağlı qalmaqdı... Heç bir zaman unutmamalıyıq ki, bu məlun qurşunların hədəfi bütövlükdə türk dünyasıdır".
Zeynəb Xanlarovanın Böyük qalmaqal yarandığı üçün Qars senatoru Mehmed Hazer 9 iyul 1970-ci ildə Türkiyə Xarici İşlər naziri İhsan Səbri Çağlayang ilə bu sorğunu göndərib: "Bundan bir müddət əvvəl yurdumuza gələn, qatarla dönüşündə Qarsda simpatiya ilə qarşılanıb uğurlanan, Ankara və İstanbulda türkcə konsertlər verən, dinləyicilərindən maraq və simpatiya topladığı öyrənilən Sovet vətəndaşı, türk əsilli Azərbaycan xalq musiqisi səs sənətkarlarından Zeynəb Xanlarovanın Rusiyaya qayıtdıqdan sonra öldürüldüyü haqqında xalq arasında həyəcan və üzüntü yaradan xəbərlər dolaşmaqdadır.
Bu xəbərlər son günlərdə Türkiyə mətbuatında da yer almışdır. Türkiyə ilə Rusiya arasında davam edən yaxşı qonşuluq və mədəni əlaqələr baxımından da tükürpədici belə bir halın olacağına ehtimal vermirik. Fəqət mətbuatda da yer almasına rəğmən bu mövzuda bu günə qədər hər hansı bir yalanlama və ya açıqlama edilməmişdir. Bu da şayiələri qüvvətləndirməkdə və şübhələri artırmaqdadır. Türkiyə-Rusiya münasibətlərinin təməlinə təsir edəcəyi təbii olan bu vəziyyət qarşısında nə düşünüldüyünün Xarici İşlər naziri tərəfindən yazılı olaraq cavablandırılmasını rica edirəm".
Zeynəb Xanlarovanın Xarici İşlər Nazirliyi bu sorğuya bu şəkildə cavab göndərib: "Bir müddət öncə məmləkətimizdə uğurlu konsert turnesinə çıxan Azərbaycan xalq musiqisi sənətçisi Zeynəb Xanlarovanın öldürüldüyü haqqında mətbuatda çıxan və məmləkətimiz ilə Sovet İttifaqı arasındakı mədəni əlaqələr üzərində naxoş bir hava yarada biləcək dərəcədə xəbərlə bağlı olaraq nazirliyimiz tərəfindən Sovet İttifaqının Ankara səfirliyindən məlumat istənilmişdir. Sovet İttifaqı səfirliyinin səlahiyyətliləri bəhs edilən xəbərin tamamən yalan olduğunu bildirdikdən sonra sənətçi Zeynəb Xanlarovanın sağ olduğunu və məslək həyatına uğurla davam etdiyini nazirliyimizə rəsmi şəkildə bidirmişdirlər".
Zeynəb Xanlarovanın Türk Xəbər Agentliyi 30 sentyabrda yaydığı bülletenində də Z.Xanlarovanın öldürülməsi xəbərinin doğru olmadığını yazıb.
Qeyd edək ki, Zeynəb Xanlarova Qarsda olarkən oradakı azərbaycanlılar onu coşqu ilə qarşılayıb, müxtəlif fotoşəkillər çəkdiriblər. Həmin nadir şəkilləri təqdim edirik.
Zeynəb Xanlarovanın Zeynəb Xanlarovanın Zeynəb Xanlarovanın Zeynəb Xanlarovanın Zeynəb Xanlarovanın /publika.az

Maraqlı     Baxılıb: 1931   Tarix: 19 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

turlar.az

kosmetika mehsullari donlar 2026 sac duzumleri seksual hereketler turşu resepti sarimsaqin xeyri qerkules maskasi kosmetika faydalı maskalar xerçeng namiq qaraçuxurlu sağlamlığın sirleri novruza aid hakışda