Zeytun yağı haqqında və onun faydası

Zeytun yağı haqqında və onun faydasıMüxtəlif xalqlar zeytun yağına ilahi mənşəli ağac yağı kimi yanaşardılar. Qədim yunan rəvayətinə görə müdriklik allahı Afina allahların yarışında ən əhəmiyyətli neməti udaraq insanlara hədiyyə kimi bağışlamışdır.
Yunanlar yağı "oliva" adlandırmışlar. Zeytun ta qədim dövrdən insanlara xidmət edir. Xristianlıq dövründən yağdan bədəni və ruhu müalicə etmək üçün istifadə edirdilər.
Qəribə də olsa, bütün dövrlərdə insanlar yenidən və yenidən zeytun yağının yeni keyfiyyətlərini kəşf edirlər.Bax , elə bizim günlərdə Fransada müəyyən edilmişdir ki, zeytun yağı dəri altı piyi xatrladır. Ona görə də dəriyə soyuq dəydikdə, myxtəlif fəsadlardan qızardıqda, dəri qabıq tökdükdə və qocalmanın qarşısını almaqda köməyi dəyir.
Bir şeydə nəsə daim yenilik tapmaq qəribə də olsa, insanda heyrət doğurur, zeytunun misilsiz keyfiyyətləri tarix boyu zəngin olmuş və insanlarda heyrət doğurur.
Zeytun yağının Qədim Romada istifadəsi

Kleopatra ondan gözəllik maskalarının dyzəldilməsində , yaşlı görynməməsi üçün saçına,larınüzünə,qırışların yox olması üçün çəkirdi.Hippokrat zeytundan dəri yaralarının sağalması üçün istifadə edirdi.Odisseyada biz görürük ki, Tsirsey zeytun yağı ilə Odisseyin həssas yerlərini həmin yağla sürtürdü ki, həyat gücü artsın..

Qədim romalılar, hovuzların yanında qullarına xüsusi qablarda zeytun yağı gətirməyi əmr edirdilər ki, yağdan sürtüb "cavanlaşma vannası" düzəltsinlər. Apupeyanın "Metamorfoz" və Pliniya əsərindən məlum olur ki, antik dövrdə zeytun yağı kosmetik vasitə kimi istifadə olunurdu. O zamanlar sabun hələ kəşf olunmamışdı və zeytun yağı kremlərin, ətirlərin, dodaq boyasının əsasını təşkil edirdi. Onu massaj üçün, dişlərin ağardılması və sağlamlığı üçün ideal vasitə hesab edirdilər, saçların tökülməsinə yanığa qarşı, yaraların sağalmasında istifadə edirdilər. Demək olar ki, hər şeydə və hər yerdə.
Qədim zamanlardan bizim günlərədək zeytunla bədənə qulluq edilməsi dəyişməyib İtaliyanlar və romalılar bu məsələdə seçilirlər. Onlar axtarışlarını davam etdirərək gözəlliyin yeni formaları və keyfiyyətlərini əldə etməyə çalşırlar.
İndisə Qədim Romadan Siciliya keçək.Burada kiçik laboratoriya bir neçə ildir ki, Etna bulkanının ətəyində tikilib.İstehsal olunan məhsullar üz üçün, bədən üçün sabun, vanna üçün köpük, palçıq, hind inciri və iki siciliya ağacının yumşaldıcı və myalicəvi özəyini qarışdıraraq yeni növ zeytun yağı düzəldirdilər. Bu ənənəvi resept ta qədimdən yüz lillərdən bəri nənələrdən nəvələrə keçib gəlməkdədir.

Tarixdə ilk məhlul eramızin İİ əsrinə mənsubdur.Ona görə də bəzi kosmetik reseptlərin müəllifi yunan həkimi Qalenoya mənsubdur. Odur ki, indi istifadə olunan kosmetik yağlar öz mənşələrini qədim tibbi ədviyyalardan alır.
Maraqlıdır ki, məşhur "Özümüz müalicə olunuruq" verlişlərinin zeytun yağının istifadəsi tövsiyələrinə bənzəyir.Onlar sadə qəribədir qəribəliklar ilə seçilir.
Zeytun yağının kosmetikada istifadəsi

Bu gün zeytun yağının yeməklərə qatılmasını tez-tez eşidirik, eyni zamanda ondan kosmetik məqsədlərdə də, istifadə olunr (kremlərdə, üz üçün maskalarda,, üzün masaj olunmasında, sabunların tərkibində).
Hələ qədimlərdə myşahidə edilmişdi ki, yağda uzun myddət istifadə oluhması qocalığın qarşısını alır. Artıq məlum olmuşdur ki, E vitamini və antioksidanlar hüceyrələrin qocalmasının qarşısını aldığından qadınlar öz gözəlliklərini və cavanlıqlarını uzaltmaq istəyirlər.
Daxilə qəbul etməklə yanaşı, yağın üzə çəkilməsi də çox səmərə verir. Yağ quru , həssas dərilərə çox xeyirlidir., üz məsamələrindən nəmliyi tez gştürür, tərləmənin qarşısını alır.

Bundan başqa yapon alimlari məyyən etmişlər ki, bu yağ , gün vannasından, günvurmadan sonra dəriyə sürtüdükdə dəri xərçəngi xəstəliyinə tutulmaq şansı azalır. Bilmək maraqlı olardı ki, ozon qatında züzülüb keçən ultra bənövşəyi şüalar da bizim bədənlmlzə və sağlamlığımıza çox ziyandır.
Zeytun yağı hazır kosmetik vasitələrdə daha geniş tətbiq olunur.Həmçinin ev şəraitində həssas dərilər üçün bananı iki bölüb 2 yemək qaşıqğı yağla qarışdırdıqdan sonra yzə çəkirsən. Yarım saatdan sərin su ilə yuyrsan. Quru dəriyə 20 dəqiqə əvvəl mindal yağını sürtürsən.
Məsələn, İtaliyada-Prevensedə nənələrin məsləhətləri həmişə xeyir verib.Onlar kələm yarpağına seytun yağı sürtüb zərbədən göyərmiş yerlərə, qanaxma yerlərəinə qoyurlar.

Zeytun şirəsi-ya soyuq, ya da ilıq halda başqa natural vasitələrlə qarışdırılmış halda-yumurta sarısı və bir qaşıq balla-quru dərini qidalandırmaq üçün təpitmə qoyuiur, soyuq dəymə və qızarmış yerlər üçün çobanyastığı və limon şirəsi sürtürlər ki, saçlara parıltı versin.
Məşhur, gözəl aktrisa Sofi Lorenin hələ romalıların dövründən istifadə olunan reseptləri, zeytun vannaları ilə öz gözəlliyini qoruyub saxlamağa çalışırdı.
Zeytun yağı əsasında maskalar

Dərinin rənginin yaxşılaşması üçün həftədə bir dəfə zeytun maskası düzəltmək . 1 çay qaşığı kosmetik gili təmiz suda aritmək, 1 çay qaşığı zeytun yağını qarışdıraraq üzə çəkin. 15 dəqiqədən sonra ilıq su ilə yuyun.
Dırnaqları və əllərin dərisini zeytun vannassında yuyun.
Əlləriin dərisi üçün maska.Zeytun yağı: əlləri ilıq zeytun yağında bir qədər saxlamaq, pambıq-parça əlcəyini ələ geyinib yatmaq.Yada ki,həmin əlcəyin üstündən rezin əlcək geyerək ev işləri ilə məşğul olmaq.20 dəqiqədən sonra
əlləriniz uşaq əli kimi yum-yumşaq olacaq.
Dırnaqların bərk olması üçün maska.-Bir heçə qaşıq seytun yaği götürmək, bir neçə damcı limon şirəsi,yarım damcı yodla qarışdırmaq.Dırnaqları məhlula salıb 5-10 dəqiqə saxlamaq.Sonra sabunsuz yumaq.
Zeytun yağındakı vitaminlər

Zeytun yağları qiymətli məhsuldur, tərkibi piyli turşu ilə zəngin olan polifenollarla zəngindir
Zeytun yağı antioksidantlarla, vitaminlərlə və mikroelementlərlə zəngindir. Tərkibində A, E, D,K vitaminləri vardır ki, sümük toxumaları, əzələlər və bağırsaq divarlarının möhkəmlənməsinə səbəb olur və qocalma prossesinə mane olur .
Zeytun yağının xeyri

Zeytun yağı mədənin, bağırsağın, qara ciyərin işini yaxşılaşdıraraq, həzm prossesini yaxşılaşdırır. Yeməkdən qabaq bir neçə duza qoyulmuş zeytun və ya zeytun yağı qatılmış salatlar yemək məsləhət görülür. Zeytun yağı tərkibindəki vitamin E və antioksidantların hesabına dərinin vaxtından əvvəl qocalmasına mane olur. Zeytun yağı arterial təzyiqin normallaşmasına kömək edir. Zeytun yağı yaraların, yazvanın, kəsiyin sağalmasına imkan yaradır. Zeytun yağı – diabetin, piylənmənin, ürək-damar xəstəliklərinin profilaktikası üçün əla vəsaitdir. Zeytun yağının ödqovucu təsirə malikdir. Zeytun yağının müntəzəm istifadəsi qadınlarda süd vəzinin xərçəngi xəstəliyi riskini bir neçə dəfə azalır.
Zeytun yağının saxlanması qaydaları

Zeytun yağının təam keyfiyyəti zaman keçdikcə pisləşir, ona görə il ərzində bütün ehtiyyatlarını qurtarmaq lazımdır.
Zeytun yağını qaranlıq, quru, sərin , mətbəxin iylərindən uzaq yerdə saxlamaq lazımdır.
Zeytun yağı hansı növləri var

Extra-virgin olive oil natural yağdan hazırlanır, 0.8 % çox olmayan turşuluğu var, əla dadı var.
Virgin olive oil natural yağdan hazırlanır, 2 % çox olmayan turşuluğu var, dadı yaxşıdır.
Pure olive oil təmizlənmiş və natural yağdan hazırlanır.
Olive oil təmizlənmiş vənatural yağdan hazırlanır, 1.5 % çox olmayan turşuluğu var, güclü ətri yoxdur.
Olive-pomace oil təmizlənmiş jmıx yağından, bəzən natural yağla qarışdırılır. Yeməyə yarıyar.
Lampante oil qidada istifadəyə yaramayan yagdır. Sənayedə istifadə olunur.

Mənbə: BakuTimes "marketgid.com"a istinadən hazırlanıb.
Həmçinin bax: Zeytun yağı haqqında

UPD. Zeytun yağı qaraciyəri qocalmaqdan qoruyur

Birinci sıxılmış zeytun yağı ciyəri oksidləşmə stressindən qoruyaraq sərbəst radikalları parçalayır. Bu radikallar dərinin qocalmasına səbəb olmaqla xərçəngin əmələ gəlmə riskini artırır. Bunu Tunis və Səudiyyə Ərəbstanı tədqiqatçıları təstiq edir.
Alimlər siçovula zeytun yağı verərək eksperiment keçiriblər. Məlum olub ki, nəticədə yağ içmiş heyvan oksidləşmə stressinin təsirindən az əziyyət çəkib. Həm də bu, siçovulların ciyərlərində anti-oksid fermentlərinin aktivliyi artıb.
Ekspertlər hesab edirlər ki, oksidləşmə sressinin toksidinə qarşı ən effektli vasitə zeytun yağıdır. Onun ekstraktı isə ziyanverici olan sərbəst radikallardan ciyər hüceyrələrini birbaşa qoruyur.

Sağlamlıq     Baxılıb: 22532   Tarix: 28 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Genital bölgənin qaralmasına səbəb nədir? - Qadınlar MÜTLƏQ OXUSUN

Hər keçən gün həyata baxışınız kimi dərinizdə dəyişikliklərə səbəb olur. Genital bölgənin qaralması, erkən və ya yetkin yaşından asılı olmayaraq, demək olar ki, hər bir qadının qarşılaşa biləcəyi bu dəyişikliklər arasındadır. So

.

İBN SİNADAN HƏR DƏRDƏ DƏVA MƏSLƏHƏTLƏR – Cinsi zəifliyin çarəsi

Tibb və fəlsəfə ilə bağlı məşhur əsərlər yazan İbn Sina İslam Qızıl Dövrünün ən mühüm həkim, astronom və mütəfəkkirlərindən biridir. Onun fəlsəfi baxışları bir neçə əsr ərzində Qərb mütəfəkkirlərinin diqqətini cəlb etmiş

.

Bu bitkini həkimlər tövsiyə edir – KEÇİBUYNUZUNUN FAYDALARII

Qida dəyəri çox yüksək olan keçibuynuzu kalium, kalsium, natrium, maqnezium və dəmir kimi minerallar və A, B, D və E vitaminləri ilə əslində ən müalicəvi qida qaynaqlarından biridir. Tərkibindəki bu faydalı maddələr sayəsind

.

Bu bitkilər bəlğəmgətirici xüsusiyyətə malikdir

Müxtəlif bitki çaylarının faydalarını görən insanlar, hazırladıqları çayları istehlak edərək həm bəlğəmgətirici təsirindən faydalanmaq, həm də boğazlarını yüngülləşdirmək istəyirlər. Kəklikotu Çayı:. Kəklikotu çayını ba

.

Aybaşı zamanı dənizdə və ya hovuzda çimmək olarmı?

Yayın gəlişi ilə dənizdə çimmək ən ideal istirahət növlərindən hesab edilir. Amma qadınlar bu istirahət günlərinin menstruasiya günlərilə üst-üstə düşməməsi üçün planlar qururlar. Qadınların əksəriyyətini düşündürən önəml

.

QURUDULMUŞ TUT - Minbir dərdin çarəsi

Tut qurusu günəşdə və ya süni şəkildə qurudula bilər. qurudulmuş tut toxumları kiçilir və onların dadı daha sıx olur. Bəs qurudulmuş tut nəyə faydalıdır?. Tutun tərkibində təxminən 80 faiz su var. Buna görə də qurutma nəticəsind

.

Dəstəsi 15 manata satılan şəfa qaynağı QULANÇAR

Qulançar nədir? . Qulançar xüsusilə yaz aylarında diqqətimizi çəksə də, il boyu yetişən tərəvəzdir. Qulançar bitkisi əslində 300 növdən ibarət tərəvəzdir. Qulançar incə nizə görünüşlü tərəvəzdir. Yaşıl ən çox yayılmış növdür

.

Kişilərin saçlarını necə qorusun? – Ev şəratində qulluğun üstünlükləri

 . Kişilərdə yüksək yağ tərkibi  kəpək, xoşagəlməz sıxılma hissi və ya baş dərisinin qaşınması evdə düzgün olmayan qayğının nəticəsidir. Vəziyyəti düzəltmək üçün təsirli məhsullar seçməlisiniz və kişilərin saçlarına qullu

.

Əsrlərdir müalicə üçün istifadə edilən, güclü antioksidant mənbəyi ÇAQA GÖBƏLƏYİ

Çaqa və ya xalq arasında kül göbələyi kimi tanınan bu göbələk növü sağlamlıq üçün olduqca faydalıdır. Bu göbələk xarici görünüşünə görə bəyənilməsə də, faydasını eşidənlər təəccüblənir. Çaqa, soyuq iqlimlərdə zədələnmiş qabıql

turlar.az

sonxeber.az gelinlikler qadin dunyasi yay kolleksiyasi şorbalar günün kombini qadin dunyasi kulinariya qızartma reseptləri kosmetika baldıza aid hakışta bir arzum var hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz qaynana hakista rus dilin nece orenek