10 addımda qüsursuz pedikür

10 addımda qüsursuz pedikürYayda ayaqlar hər zamankından daha çox göz önündə olur. Açıq ayaqqabılarınız ya da sandaletlerinizin içində ayaqlarınızın və dırnaqlarınızın baxımlı görünməsini istəyirsinizsə, pedikürə laqeyd yanaşmayın.

Şəkilləndirin

Uzun ayaq dırnaqlarının cazibədar olduğu deyilə bilməz. Bu səbəblə dırnaqlarınızı ortalama 6 millimetr uzunluğunda olacaq şəkildə qısaldın. Ardından dırnaqlarınızın yalnız künclərini dairə şəklində hamarlayın. Ancaq bu əməliyyatı incə bir alətlə reallaşdırmağa və hamarlayarkən dırnaqları qısaltmamağa diqqət göstərməlisiniz.

Süd vannası edin

Orta boy bir ləyənin üçdə birini südlə, qalan üçdə ikisini isə suyla doldurun. Daha sonra ayaqlarınızı bu qarışığın içində təxminən yarım saat saxlayın. Süd məhsullarının içində iştirak edən laktik turşu, dərini təmizləyərkən dırnaq ətlərinin yumşalmasına da köməkçi olur. Çox yorğun olduğunuz zamanlar isə bu qarışığın içərisinə duz ataraq ayaqlarınızın rahatlamasına köməkçi ola bilərsiniz.

Yağ sürtün

Vanna sonrası ayaqlarınızı qurulayın və hər dırnağın üzərinə bir damla nəmləndirici yağ damladın. Sonra metal dırnaq əti alətiylə yağı dağıdın. Beləcə pedikürünüzün uzun müddət qalıcı olmasını təmin edə bilərsiniz.

Ponza istifadə edin

Təmizləmə əməliyyatını lavadan əldə edilmiş təbii bir ponza daşıyla reallaşdırın. Daha sonra bədən maskasıyla dəri üzərində ibarət olan əyrilikdən xilas olun. Ancaq dəriniz çatlar meydana gəlməsinə meyillidirsə, müalicə üçün həkiminizə müraciət edib daha professional baxımları sınayın.

Yaxşıca nəmləndirin

Qıçlarda və qollarda təsir edici nəticə verən bədən nəmləndiriciləri nə təəssüf ki eyni təsiri ayaq döşəmələri kimi daha quru bölgələrdə göstərmir. Bu bölgələr üçün içərisində şi yağı olan daha sıx nəmləndiricilər istifadə etməlisiniz. Xüsusilə ayaq topuqlarında çatlama meydana gələnlər isə tərkibində salisik ya da laktik turşu kimi daha müalicə edici vasitələrdən istifadə etməlidirlər.

Öz rəngini yarat

Mövsümə uyğun rəng çalarlarından istifadə edin. Ayaq dırnaqlarınızda təbii təsiri yaratmaq istəyirsinizsə ağ bir lakın içinə bir az tonal kremi (dərinizlə eyni rəngdə bir tonal krem olmalıdır) damladın. Daha sonra lak şüşəsini yaxşıca çalxalayıb lakınızı çəkin.

Sərhədləri aşmayın

Lak çəkdikdən sonra dırnaq ətrafında yığılan lakları fırça köməyiylə dırnağınıza dəydirmədən silin. Ancaq fırça istifadə etmək sizə çətin gəlirsə, asetonlu təmizləmə salfetlərdən də istifadə edə bilərsiniz.

Boyanı bərkidin

Lak çəkdikdən sonra mütləq üzərindən sabitləyici bir lak ilə bir qat daha keçin. Parlaq bir görünüş verən və lakı daha sürətli bir şəklidə qurumasını təmin edən bu məhsullar çox rahatdır.

Səhv hərəkət zamanı

Quruducu cekməyi unutdunuz və lakınız pozuldumu? Qorxmayın! Əgər lak hələ nəmdirsə, onu silmədən bir qat daha sürtün və sonra parladıcıyla davam edin. Ancaq lakınız qurumuşsa, bütün dırnaqlarınıza içində parıltı olan eyni tonlarda bir lak tətbiq edin. Lakın içindəki parıltıları, işıq oyunları ilə diqqəti fərqli bir istiqamətə çəkəcəkdir.

Gözəllik və Moda     Baxılıb: 3279   Tarix: 31 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Tarixdə qadın gözəlliyi: Antik dövrlərdən indiyə qədərki inkişaf

Tarix boyu qadın gözəlliyi müxtəlif dövrlərin və mədəniyyətlərin tələblərinə uyğun olaraq dəyişmiş, zamanla fərqli ideal gözəllik anlayışları meydana çıxmışdır. Bu dəyişikliklər yalnız fiziki xarakteristikalarda deyil, hə

.

Gözəllik və moda: Qış mövsümünə uyğun gözəllik məsləhətləri

Qış mövsümü, soyuq hava və quru iqlim şəraiti ilə yanaşı, bədənin və dərinin xüsusi baxıma ehtiyacı olduğu bir dövrdür. Bu mövsümdə qadınlar üçün gözəllik rutinini doğru qurmaq, həm fiziki baxım, həm də sağlamlıq baxımında

.

Gözəlliyin təkrarı: Copy-Paste estetikası

Gözəllik insan tarixinin əvəzedilməz hissəsi olub və fərqli coğrafiyalarda və mədəniyyətlərdə fərqli təfsir və gözləntilərlə qarşılanıb. Hər millət öz estetik meyarlarına malikdir və bəzən bunlar o qədər fərqlidir ki, bi

.

"BOLTUŞKA" - Dərinin təmizlənməsi üçün ƏN YAXŞI VASİTƏ

Sizə kosmetoloqların tez-tez istifadə etdiyi məşhur "boltuşka"nın reseptini təqdim edirik. Bu tanınmış vasitə sızanaqlarla mübarizədə çox effektlidir. Boltuşkanın reseptləri çoxdur, sizi bu reseptlərdən biri il

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

.

Qadınların makiyaj edərkən ən çox yoxladıqları səhvlər

Makiyaj, qadınların özlərini ifadə etmələrinin və özlərinə güvənlərinin artırılmasının bir yolu kimi geniş istifadə olunur. Lakin, makiyaj tətbiqi zamanı edilən bəzi səhvlər, nəticənin istəniləndən fərqli olmasına səbəb ol

.

Makiyajın uzun müddət qalması üçün məsləhətlər

Makiyajın uzun müddət qalması üçün bir neçə əsas məsləhətə riayət etmək faydalıdır. Bu, yalnız görünüşü gözəl saxlamaqla yanaşı, tətbiq olunan məhsulların da dəridə daha uzun müddət təsirli olmasına kömək edir. İlk növbədə

.

Göz altındakı qara halqalar necə gizlədilir? - İPUCLARI

Göz altındakı qara halqalar bir çox insana tanışdır. Yuxu rejiminə əməl etməyə çalışsanız da, istirahətinizə mane olan amillər həmişə tapılır. Hətta bəzi günlərdə səkkiz saatlıq yuxu belə vəziyyəti düzəltmir – qara halqala

turlar.az

yay geyimləri 2026 toy makiyaji sekilleri toy gecesi hicab baglamaq usullari milli yemek qadın sağlamlıq cavanlasdirici maskalar kosmetika qiz adlari vətənə aid atalar sözləri vətən aysel hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz