5 addımla qarın bölgəsindəki yağlardan xilas olun
1. Şəkər və şəkərli qidaları həyatınızdan çıxarın
Qarın bölgəsindəki yağlardan xilas olmaq istəyirsinizsə, xüsusilə, şəkərli qidalarla aranıza məsafə qoymalısınız. Aparılan araşdırmalar şəkər qəbulunun həddini aşmasının qaraciyərdə və qarında yağlanmaya yol açdığını göstərmişdir. Xüsusilə, şəkər tərkibli içkilərdən uzaq olmalı.
2. Həftədə 2-3 dəfə balıq yeyin
Yağlı balıqlar, keyfiyyətli protein və omeqa3 yağ asitləri baxımından zəngindir. Bəzi araşdırmalar, omeqa3 yağının piyləri azaltmağa kömək etdiyini göstərmişdir. Böyüklərdə və uşaqlarda qaraciyər yağlanması olan fərdlər üzərində aparılan araşdırmalar, 2 balıq yağı ilə qarın yağlarını azaltdığı görülmüşdür
3. Probiotik qidalar
Probiotik bakteriyalar, bağırsağın normal işləməsinə kömək edir. Sağlamlıq baxımından bir çox xeyri var. Araşdırmalar probiotiklərin arıqlamağa kömək etdiyini sübut etmişdir. Bu sahədə hələ çox araşdırmaya ehtiyac olsa da, sağlam qidalanma rejiminizə süd məhsullarını da əlavə etməyi unutmayın.
4. Lifli qidalar
Lifli qidalar toxluq hissi verir və çəki itirməyə kömək edir. Aparılan araşdırmada, gündə 14 qram lif qəbulunun, 4 ay ərzində 2 kq çəki itkisinə səbəb olduğu və kalori alınmasında isə 10% lik azalmanı təmin etdiyi ortaya çıxmışdır. Təzə tərəvəz, meyvələr lif baxımından zəngindir. Liflə zəngin qidalar bir çox xəstəliklə də mübarizə aparır.
5. İdman
Əgər qarın yağlarını əritmək istəyirsinizsə, təkcə düzgün qidalanma ilə bunu edə bilmərsiniz. Bunun üçün idman da vacibdir. Gün ərzində enerji sərf etməlisiniz. Davamlı yürüşlər və idman sizi arzunuza qovuşduracaq.
/qadin.net
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Heyli Biber hamilədir? - Foto
Survivor 2027'nin kapitanları onlar oldu
Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı
Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI
Tanınmış reperi həbsxanada döydülər
Diabet xəstələri banan yeyə bilər?