Ağciyərləri təmizləyən 6 möcüzəli qida
Bu qidalar xüsusən astma xəstələri və siqareti atanların həyat keyfiyyətini artıracaq qidalardır. Ağciyərləri təmizləyən qidaların siyahısını təqdim edirik: Zəncəfil: Çox qüvvətli antioksidant olan zəncəfil ağciyərləri təmizləyir. Müxtəlif toksinləri, selikli qişa və arzuolunmaz hissəcikləri ağciyərlərdən atmağa yardım edir. Bu səbəbdən qida rasionunuzda zəncəfilli çaya yer verməlisiniz.
Sarımsaq: Sarımsaq qüvvətli antioksidant olmaqla yanaşı, tərkibində bol miqdarda olan alısin kimyəvi maddəsi ağciyərləri təmizləyir.
Evkalipt: Bu bitki təbii antibiotik olmaqla yanaşı, tərkibində faydalı yağlar var. Bu uçucu yağlar ağciyər infeksiyalarına yaxşı təsir edir, qan təzyiqini artıraraq qanın çoxalmasını təmin edir. Öskürək siroplarında, boğaz qıcıqlanmasında bu kimyəvi yağdan istifadə edilir. Təzə evkalipt çayı bronxit və tənəffüs yollarına yaxşı təsir edir. Buxarını udmaq öskürək və bronxitə yaxşı gəlir.
Ekinezya: Soyuqdəymə və öskürək müalicəsində istifadə edilir. Bitkinin kökləri müxtəlif ağciyər infeksiyalarına qarşı xeyirlidir.
Keçibuynuzu: Xüsusilə siqaret çəkənlər üçün bu bitki çox faydalıdır. 5 ədəd keçibuynuzu 1 litr suda qaynadılır və acqarına içilir. Bu məhlul siqaretinin verdiyi zərərləri bərpa etməyə çalışır.
Əməköməçi: Qaynar suda 1 miqdar amber çiçəyi qaynadılır və 5-6 saat sonra acqarına 1 stəkan içilir. Bu üsul sayəsində ağciyərlərdəki siqaretin mənfi təsirləri azalır. Bu bitki habelə bəlğəmdən xilas edir, həmçinin ağciyər xərçənginə də mane olur.
Tabloid.az









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarazirə hər dərdin çarəsi olan bitki
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Pis yuxu insan beynini qocaldır?
Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
Elgizin yeni verilişinin adı bəlli oldu
Məşhur rəssam vəfat etdi
Polat Alemdar' oğulları ilə