Ağız qoxusu ilə əlaqədar nələri bilməliyik - ARAŞDIRMA

Ağız qoxusu ilə əlaqədar nələri bilməliyik - ARAŞDIRMAƏksər hallarda ağız içi və ya həzm sistemi ilə əlaqədar problemlərdən qaynaqlandığı düşünülən ağız qoxusu, sinüzit, badamcıq, farengit kimi qulaq burun boğaz xəstəlikləri səbəbiylə də ortaya çıxa bilər.

Xanim.az deyerler.org-a istinadən bildirir ki, fərqli xəstəliklərin xəbərdar edən ağız qoxusu, insanda özünə inamın itməsinə səbəb olaraq sosial həyata da mənfi təsir edə bilir.
Ağız gigiyenası ilə birlikdə diş və dil təmizliyinə diqqət edilməsi yaranan ağız qoxusunun aradan qaldırılmasında mühüm yer tutur. Ağız və diş sağlamlığından qaynaqlanmayan ağız qoxuları isə, badamcıq, sinüzit kimi xəstəliklərinin xəbərçisi ola bilər.
Sinüzit ağız qoxusu ilə yanaşı insanın özünü halsız hiss etməsinə, baş ağrılarına, burun axıntısına səbəb olur. Xüsusilə xroniki sinüzit ağız qoxusu xəstələrinin əksəriyyətinin əsas şikayətlərindən sayılır. Badamcıq daşları da ağız qoxusunun mühüm səbəblərindən biridir.
Badamcıq daşları, badamcıqların məsamələrini dolduran ölü toxumaların, ifrazat və yemək qalıqlarının yığılması səbəbiylə formalaşır. Tərkibində kalsium və maqnezium ola bilər. Ağızda çürük yumurtaya bənzər bir qoxu olmasının səbəbi isə badamcıq daşlarını örtən bakteriyalardır.
Yuxarı tənəffüs yolu xəstəliklərindən sinüzit, farengit, xroniki tonsillit, burun tıxanmaları və ya tənəffüs yolunda ortaya çıxan şişlər də ağız qoxusuna səbəb ola bilir.
Ağız qoxusunun yalnız səhər saatlarında rast gəlinən vəziyyətlər ümumiyyətlə yuxu əsnasında tüpürcək axınının azalmasından irəli gəlir. Yuxu əsnasında ağzın açıq qalmasıyla ibarət quruluq, bakteriya və buna bağlı olaraq qaz nisbətinin çoxalmasına səbəb olur.
Gün ərzində tez-tez azalan bu cür ağız qoxularını aradan qaldırmaq üçün bol su içərək, ağızın nəmli qalması təmin edilməlidir. Ağız quruluğuna səbəb olan burun əyriliyi, burun əti böyüklüyü və ya allergiya kimi vəziyyətlər aradan qaldırılmalıdır. Tüpürcək ifrazını artırması üçün limon yemək ya da şəkərsiz saqqız çeynəmək səhərlər yaranan ağız qoxusunu aradan qaldırmaq üçün təsirlidir.
Ağız quruluğu diş və dişəti infeksiyaları, siqaret, spirtli içkinin istehlakı kimi faktorların təsirilə dilin üst səthində funksiya pozğunluğu baş verə bilir.
Dil üzərində toplanan bakteriyaların tüpürcək və qidalardan gələn zülalları uçucu kükürdlü birləşmələrə çevirməsi narahatedici ağız qoxuları yaradır. Qidalanmasında daha çox bitki mənşəli məhsullar olan insanlara nisbətən ətin istehlakına üstünlük verən insanlarda protein itkisi daha çox olduğu üçün narahat edici ağız qoxusu yarada bilər.
Ağız qoxusundan qorunmaq üçün bunlara əməl edin.
1. Diş və dil üstü gündəlik müntəzəm fırçalamaq,
2. Diş araları diş ipi ilə təmizlənməli,
3. Siqaret və spirtli içkilərdən istifadə etməməli,
4. Ağızın içinin rütubətli saxlanılması üçün bol su sərf edilərək, şəkərsiz saqqız çeynəməli,
5. Sarımsaq, soğan, kəvər, kələm kimi ağız qoxusunu artıran yeməklər daha az istehlak edilməli,
6. Gecə gec saatda qidalar qəbul etmək reflyuks şikayətlərini artıran hallardan uzaq durmalı,
7. Şikayətlər keçmirsə, mütləq mütəxəssisə müraciət edilməlidir.

Xəbərlər     Baxılıb: 1622   Tarix: 22 fevral 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

turlar.az

sade makiyaj sekilleri gelinlikler makiyaj instagram frans subert haqqinda sonsuzluq bilincik resepti sulu yeməklər kosmetika arxadan olmag gülməli hakıştalar banan turpun nağlı baldiza aid hakisda