"Ağlayıb, ağlayıb, yatacaq"

"Ağlayıb, ağlayıb, yatacaq"Yatana qədər uşağın ağlamasına göz yummaq çox pis fikirdir. Bu cür ideya, bu cür məsləhət uşağa və onun inkişafına qəti lazım deyil.
Uşaqlar məyus olduqda, həyəcan keçirdikdə və ya bihudə yerə (istədikləri şey olmadıqda) ağladıqda, onlar özlərinə görə məsuliyyət daşıyan böyüklərin qucağında ağlamalıdırlar. Düzdür, uşaqlar ağlaya-ağlaya yuxuya gedə bilərlər, məsələn, təzə doğulmuş körpələri analarından ayrı otağa yerləşdirdikdə bu baş verir. Amma bu həqiqi yuxu yox, psixoloji müdafiədir. Uşaq üçün ən çətini – ayrılıqdır. "Yaxşı, bəsdi, söhbəti qurtaraq, mən qapını bağlayıram" dedikdə, biz uşağı ayrılıq və həyəcanla üzləşdiririk. Bu uşaqda psixoloji müdafiə əmələ gətirir və uşaq bu səbəbdən yuxuya gedir. Lakin, bu doğru yatızdırma üsulu deyil.
Uşaqlar sakit şəkildə, rahat bir yerdə yatmalıdırlar. Eynilə bizim kimi. Əgər siz bir valideyn kimi onun yuxusunu düzgün təşkil etsəniz, bu qalan bütün münasibətlər üçün əsas rolunu oynayacaq. İki şey çox mühümdür, birincisi: biz uşaqlarla arasıkəsilməz münasibətlər qurmalıyıq. Siz uşaqların istədiyi vaxt sizinlə ola bilmə tələbini ödəməlisiniz. Odur ki, əgər onlar sizi görmürsə, heç olmasa məsələn sizi eşitmələrinə imkan yaradın. Əgər eşitmirlərsə, heç olmasa sizin qoxunuzu duysunlar. Bunun üçün öz gecə köynəyinizi uşağın yanına qoya bilərsiniz. Onunla yaxınlıq hissini başqa üsullarla təmin edin. Nəticədə onların sizə bağlılığı o qədər dərinləşir ki, uşaqlar fiziki cəhətdən yanımızda olmadan da bizimlə yaxınlıq duya bilərlər. Onlar bizə öz qəlbləri ilə bağlıdırlar. Onlar bizə bənzəmə, təqlid yolu ilə bağlıdırlar. Bu bizim əsas məqsədimizdir və biz səbrli olmalıyıq. Uşaqlar bu mərhələni ötüb keçəcək.
Digər bir məqam isə odur ki, biz onların diqqətini ayrılıq barədə fikirlərə yönəltməməliyik. Onlar xəyalən bizimlə növbəti görüşü fikirlərində canlandırmalıdırlar. Yuxu ilə bağlı problemlərdə bu, əsas məqamdır. Odur ki, daim diqqəti növbəti görüşünüz üzərində cəmləyin. Məsələn, "Yuxuda görüşərik". Əgər bir neçə dəqiqəlik ayrılmaq məcburiyyətindəsinizsə və uşağınız ən kiçik ayrılığa belə dözə bilmirsə, o zaman taymerdə 2-3 dəqiqə vaxt qoyun və deyin: "Vaxt bitənə qədər ana qayıdacaq, ata qayıdacaq. Səni bir dəfə də qucaqlamaq istəyirəm". Daha sonra diqqəti görüşəcəyinizə yönəltmək çox mühümdür. Tədricən uşaq sizinlə görüşmək üçün səhərin açılacağını gözləyəcək qədər böyüyəcək. Əgər ona "Yuxuda görüşərik" desəniz, o səhər soruşduqda ona onunla əlaqəli gördüyünüz yuxunu maraqlı şəkildə danışın. Tezliklə, uşaq yuxunun sizinlə yeni görüş olduğu fikrinə alışacaq və yuxuya getməyi səbrsizliklə gözləyəcək. Yuxuya getmə prosesi getdikcə asanlaşacaq.
Əgər siz bu problemi həll edə bilsəniz, uşaqlıqda meydana gələn bir çox problemləri həll edə bilərsiniz, çünki ən əsas məsələ, uşaqların diqqətini növbəti görüşünüzdə cəmləməkdir. Beləliklə, siz onun diqqətini ayrılıqdan yayındıracaq, ayrılığın qarşısını almış olacaqsınız.

Ailə və Uşaq     Baxılıb: 1996   Tarix: 25 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. bildirir ki, körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmə

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

turlar.az

qadin dunyasi geyim dəbləri hamilelikde qidalanma yay donları 2026 aksesuarlar salatlar cinsi sağlamlıq kosmetika veten haqqinda atalar sozu usaq geyimleri yemekler pomidor ariqlamaq