Ailə planlaması haqqında BİLMƏDİKLƏRİMİZ

Ailə planlaması haqqında BİLMƏDİKLƏRİMİZ– Ailə planlanması nə deməkdir və bu proses necə həyata keçirilir?

– Ailə planlanması qadın və uşaqların sağlamlığının qorunması və onlar arasında xəstələnmənin azaldılmasına istiqamətlənmiş tədbirlər kompleksidir.

Bizim Ailə Planlanması Məsləhətxanası (APM) Səhiyyə Nazirliyinin tabeliyində, təsərrüfat hesablı müəssisədir. 20 ildən artıqdır ki, əhaliyə keyfiyyətli xidmət göstərir. Bizim pasiyentlərimiz adi vətəndaşlardır – tələbələr, evdar qadınlar, müəllimlər, ofis işçiləri və s. Onlardan bəziləri daimi müşahidə altındadır, bəziləri "təsadüfən" bizə müraciət edir. Amma bütün pasiyentlərimiz bilir ki, burada onlara əsaslandırılmamış təyinatlar olunmayacaq, aparılan müayinə və müalicə haqqında ətraflı məlumat veriləcək.

Ailə Planlanması Məsləhətxanası reproduktiv sağlamlıq məsələləri ilə məşgul olan müəssisədir. Əsas məqsədimiz əhalinin reproduktiv sağlamlığının qorunmasında dövlət siyasətini təmin etmək üçün profilaktik tədbirləri həyata keçirmək, əhaliyə xüsusiləşdirilmiş ambulator müalicə-diaqnostik və konsultasiya yardımı göstərməkdir.

– Məsləhətxana hansı istiqamətlərdə xidmət göstərir?

Məsləhətxanada bir neçə istiqamətdə işlər aparılır:

– qadın və kişi sonsuzluğunun diaqnostikası və müalicəsi;

– reproduktiv funksiya bərqərar olması zamanı pozulmalar olan yeniyetmələrə tibbi, psixoloji yardım (cinsi inkişafın ləngiməsi, erkən cinsi yetişkənlik, piylənmə, qalxanvari vəzin xəstəlikləri, hiperandrogenemiya, hipotalamik sindrom, şəkərli diabet və s.);

– hormonal disfunksiyaların müalicəsi;

– endokrinopatiyalı qadınların hamiləliyə hazırlanması;

– endokrinopatiyalardan əziyyət çəkən fertil yaşlı qadınlarda ailə planlanmasına, kontrasepsiyaya, arzuolunmaz hamiləliklərin qarşısının alınmasına dair konsultativ yardım;

– əhalinin müasir kontrasepsiya üsulları, abortların zərəri, cinsi yolla ötürülən xəstəliklərin təhlükəsi barədə məlumatlandırılması;

– 40 yaşdan sonra qadınların sağlamlığı (pre- və postmenopauzal dövr, ovarioektomiyadan sonrakı vəziyyət)

– androloqun konsultasiyası;

– irsi və genetik xəstəliklərin aşkarlanması və diaqnostikası

– perspektiv və retrospektiv genetik konsultasiya;

– psixoloji dəstəyə ehtiyacı olan qadın, kişi və yeniyetmələrə psixoloqun konsultasiyası;

– əhali arasında müasir kontrasepsiya üsullarının tətbiqi;

– süd vəzilərinin patologiyasının aşkarlanması

– köməkçi diaqnostik vasitələrin- laborator, ultrasəs və xüsusiləşdirilmiş vasitələrdən istifadə (məs. kolposkop)

Müalicə üsulları Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin klinik protokollarına uyğun aparılır. Məsləhətxanada yüksək ixtisaslı, müxtəlif profilli həkimlər çalışır. Mütəxəssilərimiz daim öz ixtisaslarını artırmaq üçün ölkəmizdə və xaricdə müxtəlif seminar, konfrans, qurultay və b. ixtisasartırma proqramlarında iştirak edirlər, müasir yanaşma üsullarını öyrənirlər.

APM əhalinin reproduktiv sağlamlığın qorunmasında dövlət siyasətinin təmin edir, sonsuzluğun diaqnostika və müalicəsini aparır, yeniyetmələrin reproduktiv sağlamlığının qayğısına qalır, endokrinopatiyalı qadınları hamiləliyə hazırlayır, klimakterik dövrdə olan kişi və qadınlara həyat keyfiyyətlərinin yaxşılaşdırılmasına yardım edir, arzuolunmayan hamiləliyin qarşısının alınması, kontrasepsiya üsulları barədə əhalini məlumatlandırır.

Ailə Planlanması Məsləhətxanasının baş həkimi Sitarə Haqverdiyeva

– Sizə müraciət edən insanlara ailə planlanması ilə bağlı edilən məsləhətlər hansı şəkildə edilir (fərdi və ya seminar)?

– Məsləhətxanada adətən fərdi şəkildə məsləhətlər aparılır. Amma pandemiyadan əvvəl respublikanın bölgələrinə, təhsil müəssisələrinə mütəxəssislərimiz ezam olunurdu, əhaliyə görülən işlər, aparılan müayinə və müalicələr, profilaktik tədbirlər barədə geniş məlumat verilir, aşkar olunan xəstəliklərin, verilən sualların dəqiq cavablandırılması üçün məsləhətxanamıza dəvət olunur, müayinə və müalicə olunurdu. Bundan başqa, məsləhətxanamızda "Analıq məktəbi" fəaliyyət göstərirdi ki, burada ana olmağa hazırlaşan qadınlara hamiləlik, hamiləlik zamanı qidalanma, doğulacaq körpəyə qulluq və s. məsələlər barədə məlumat verilirdi. Təəssüf ki, pandemiya ilə əlaqədar bu işlərimizə fasilə vermişik.

– Ailə planlanması ilə bağlı edilən xidmətlərdə hansı qrup tibb işçiləri iştirak edir və fəaliyyət istiqamətləri hansılardır?

– APM daha çox qadınların müraciət etdiyi müəssisədir və buna görə də əsas həkimlərimiz mama-ginekoloqlardır. Onlardan başqa uroloq-androloq, endokrinoloq, həkim-genetik, psixoloq, pediatr, laboratoriya həkimləri pasiyentlərimizə xidmət göstərirlər.

Nikaha girən gənclər gələcəyin valideynləridir. Ona görə də, döldə inkişaf qüsurlarına səbəb ola biləcək xəstəliklərin aşkar olunması çox vacibdir. Bunlar cinsi yolla ötürülən xəstəliklər, virus infeksiyaları, ətraf mühitin zərərli təsiri, mayalanma zamanı düzgün olmayan həyat tərzidir. Ancaq birinci növbədə əmin olmaq lazımdır ki, siz özünüz sağlamsınız və həyat yoldaşınızı ilk gündən xəstəliyə yoluxdurmayacaqsınız.

Statistikaya əsasən deyə bilərik ki, Azərbaycanda indi də qohum nikahlar kifayət qədər çoxdur. Belə nikahlar anadangəlmə fiziki anomaliyalı və talassemiya, hemofiliya, fenilketonuriya kimi genetik xəstəlikli uşaqların doğulma riskini artırır. Məsləhətxanada gələcək valideynlər nəsildə baş verə biləcək genetik pozulmalar barədə nikahdan əvvəl, ya da heç olmasa hamiləlikdən əvvəl məlumatlandırılır.

– Karantin rejimi ilə bağlı toy qadağanlarından sonra fəaliyyətinizdə hansı dəyişikliklər oldu?

– Bizim işimiz əhalinin sağlamlığı ilə bağlı olduğuna görə, digər tibb müəssisələri kimi, biz də fəaliyyətimizi bütün pandemiya dövründə karantin qaydalarına ciddi riayət etməklə davam etdirik.

Ailə və Uşaq     Baxılıb: 2178   Tarix: 28 iyul 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Uşaqlarda angina xəstəliyi - Əməliyyatın hansı fəsadları var?

Tonzillit (angina) - udlaq badamcıqlarının iltihablaşmasıdır. Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. Uşaq anadan olarkən bu badamcıqla

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Həyatının 1-ci ayında körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur. Yeni doğulmuş körpələrin özəllikləri

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

turlar.az

geyim seçimi yay geyimləri 2026 kosmetika mehsullari fransiz qadinlari gözəllik məhsulları uşaq xəstəlikləri burc xelife kosmetika geyim sanama badambura qaynanaya aid hüzeyir hacibəyov