Ailə sirləri başqalarına deyilə bilərmi?

Ailə sirləri başqalarına deyilə bilərmi?Sirr insana verilən əmanətdir. Dürüst adam hər cür əmanətdə əmin olduğu kimi bu mövzuda da əmindir. Çünki o bilir ki, sirr onun əsiridir, ifşa edərsə o sirrinin əsiri olar. Sirr vardır, şəxsə, sirr var, ailəyə, sirr də var, bütün bir cəmiyyət və millətə aiddir. Ailə sirrinə gəlincə, bu haqdakı ayədə Uca Allah belə buyurur: "Onlar (qadınlar) sizin, siz də onların libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız)…" (Bəqərə, 2/187). Yəni paltar insanın eyiblərini örtdüyü kimi, ər və arvad da bir-birinin eyiblərini örtməli, qüsurlarını başqalarından gizləməlidir.

Peyğəmbərimiz (s.ə.s) də ailə sirlərinin qorunmasına böyük əhəmiyyət vermiş və möminlərə də ailə sirlərinin açığa çıxarılmaması mövzusunda çox ciddi tənbehlər etmişdir. Rəsulullahın (s.ə.s.) bu mövzudakı tətbiqatı, əmr və tövsiyələri həm ailənin qorunması, həm də ədəb və əxlaq baxımından böyük əhəmiyyət kəsb edir. Peyğəmbərimiz (s.ə.s) "Şübhəsiz ki, qiyamət günü Allah qatında ən pis qiymətləndiriləcək insan, xanımı ilə yaxın olduqdan sonra qadının sirlərini ifşa edən insandır"[1] buyuraraq ər-arvad arasında qalması lazım olan ailə sirlərinin əmanət olduğuna işarə etmişdir. Bu meyarda qadınların görüşüb, tanış olduqları xanımların məhrəm qalması vacib olan xüsusiyyətlərini başqa yerlərdə danışmamaları və bu barədə qeybət etməmələri mövzusunda da xəbərdarlıq etmişdir.[2]

Ər-arvad arasındakı münasibətlər Allahla bəndə arasındakı münasibət qədər qorunub saxlanmalı və başqaları ilə paylaşılmamalıdır. Qadın qonşuların və qohumların yanında yoldaşınını nə tərifləməli, nə də tənqid etməlidir. Yoldaşı haqqında lüzumsuz danışaraq qısqanclığa və ya qeybətə rəvac verməməlidir. Qadınlarla söhbət zamanı öz ailə sirlərini paylaşmadığı kimi, qonşusunun sirlərini də evdə və ya başqa bir yerdə danışmamalı, qonşusu ilə münasibətlərinə xələl gətirməməlidir.

Ailə sirrindən başqalarının xəbərdar olması həyat yoldaşları arasındakı ünsiyyətin və xoş münasibətin zəifləməyinə gətirib çıxarır. Tərəflər arasındaki sevgi və hörmətə kölgə salır. Sirr saxlamağı bacarmayan şəxs insanlar tərəfindən də sevilmir. Heç kim ağzıboş adama etibar etməz və hamı ondan uzaqlaşar. Bu xoşagəlməz hala rəvac verməmək üçün ailəli şəxslər (xüsusən qadınlar) istər ailədaxili, istərsə də ailə xaricində olan məsələləri heç kimlə paylaşmamlı, gördüyü və eşitdiklərini qorumağı bacarmalıdır. Başqalarının sirrini də öz sirri kimi qoruyub saxlamalı, öz sirlərini isə yalnız həyat yoldaşı ilə paylaşmalıdırlar. Ailəni günah sayılan qeybətd və dedi-qodudan qorumaq ancaq bununla mümkündür. Bu qaydalar sağlam ailənin ən vacib şərtlərindən biridir.

Xülasə, sirr saxlamaq iradə imtahanıdır. Bu imtahanda müvəffəq olmayan heç bir imtahanda müvəffəq ola bilməz. Sirr namusdur, onu qoruyan namusunu qoruyar, açıqlayan şərəf və ləyaqətini itirər.

[1] Müslim, Nikah, 123; Əbu Davud, Ədəb, 37.

[2] Buxari, Nikah, 118; Əbu Davud, Nikah, 44; Tirmizi, Ədəb, 38.
meneviyyat.az

Gözəllik və Moda     Baxılıb: 2563   Tarix: 02 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

10 il cavanlaşdıracaq 7 saç modeli

Bir qadın üçün saç düzümü güvən alətlərindən biridir. Bəzi insanlar yalnız kosmetika və əlaqəli prosedurların görünüşünü "cavanlaşdırmağa" kömək edə biləcəyinə inanırlar. Mütəxəssislər deyirlər ki, düzgün saç düzüm

.

40 yaşından sonra necə düzgün makiyaj etmək olar?

Zamanla dərimiz dəyişir, parlaqlığını itirir və göz ətrafında incə qırışlar görünməyə başlayır. Mütəxəssislər 40 yaşdan yuxarı qadınların təravətli və gənc görünüşünü necə qoruya biləcəyinin sirlərini bölüşüblər. Parıltısı

.

Fransız qızlarının gözəllik sirləri

Nədənsə 50 yaşdan yuxarı bir çox fransız qadını yaşına baxmayaraq təbii və cazibədar görünməyi bacarır. Maraqlısı budur ki, bu görünüş üçün çox da səy göstərmirmiş kimi görünürlər. Bunun arxasında isə illərlə formalaşmı

.

Dünyanın ən bahalı beş dodaq boyası

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burad

.

Saçınız nazikdirsə, heç vaxt belə kəsdirməyin

Hansı saç düzümləri incə saçları daha az həcmli göstərir: niyə stilistlər gündəlik görünüşlərdə bu formalardan çəkinməyi məsləhət görürlər. Beləliklə, bu modelləri təqdim edirik:. İncə saçlar üçün hansı saç kəsimləri uyğu

.

Qaynaq kipriklər, irəli uzanmış silikon dodaqlar... Gözəlliyin "standart"ı varmı?

Son zamanlar Azərbaycanda sanki bir gözəllik "bumu" yaşanır. Kimin əlinı bir balaca pul keçirsə, gözünü dartdırır və ya dodaqlarını şişirdir. Burunlar da eyni cərrahın əlindən çıxdığı üçün hamı bir-birinə bənzəyir

.

50 yaşdan yuxarı qadınlara əlavə yaş qatır: bu 3 saç düzümünü etməyin

Saç düzümü insanı həm cavan göstərə, həm də əksinə – yaşlı göstərə bilər. Stilistlərin fikrincə, düzgün seçilməmiş saç modeli qadının xarici görünüşünə mənfi təsir edə bilər. Buna görə də saç kəsimi seçərkən diqqətli olma

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Saçdakı ağ tellərə qarşı ev üsulu maska

Saçlarda ağ tellər zamanla hər bir qadında meydana çıxır və onları dərhal gizlətmək istəyi yaranır. Lakin salonda tez-tez rənglənmə, bəli, gümüşü saçları gizlədir, amma saçların sağlamlığını korlayır: tellər quruyur, sını

turlar.az

qadın geyimi geyim seçimi toy makiyajlari ayaqqabı modelləri yataqda xinayaxdi bayatilari kosmetika tərəzi baldiz muellim seiri cinsi elaqe hakiwda