Ailədə xoşbəxtliyi tapmayan onu başqa yerdə axtarmamalıdır

Ailədə xoşbəxtliyi tapmayan onu başqa yerdə axtarmamalıdırHəyat sürətlə axır. Ətrafında çox şeylər də dəyişir. Elə sənin özündə də. Əvvəlki insan deyilsən, zahiri görkəmindən tutmuş, daxili aləminə qədər. Çox şeylər dəyişdi. Dəyişməyən tək şey isə həyatda xoşbəxt olmaq istəyindir. Xoşbəxtlik də ailədən başlayır.

Ailədə xoşbəxtliyi tapmayan onu başqa yerdə axtarmamalıdır.
İndinin özündə də bir çox şeyləri əldə edə bilmədiyini ya ata evinlə, ya da ki, hazırki ailənlə bağlayırsan.
Bəs, bu nəyi göstərir? Şübhəsiz ki, ailənin yaşamağımıza nə dərəcədə böyük təsir gücünə malik olduğunu. Nəzərə almaq lazımdır ki, müasir dövrdə ailələr əvvəlki ailə modellərindən çox parametrlərinə görə fərqlənir. Bu məqalədə məqsədimiz ailə psixologiyası və bunun yeni qurulan çütlüklərə verə biləcəyi faydanı sizlərin diqqətinə çatdırmaqdır.
Öncə onu qeyd edim ki, hər bir fərd evlənmədən əvvəl hansısa bir ailədə tərbiyə alır, böyüyür. Fərq etməz, bu onun biloloji və yaxud da himayəsində olduğu ailəsi olsun. Ailə qurana qədər fərd həmin ailədə müəyyən dəyərlər sistemi qazanır. Hansı ki, bu dəyərlər sistemi sonradan onun həyata baxış tərzinə, insanlarla münasibətinə böyük təsir göstərir. Gələcəkdə qurulan ailənin nə dərəcədə dayanıqlı olması fərdin aldığı dəyərlər sistemi, psixoloji travmalarla birbaşa bağlıdır. Psixoloji travmaya səbəb olan faktorlar natamam ailədə böyümə (ata yaxud da ananın müəyyən səbəblər üzündən olmaması, ayrılması, vəfat etməsi) və s. ola bilər. İlk sevgidə yaşadığı uğursuz təcrübəyə görə yaşanan travmatik hallar da sonradan qurulan ailədə səbəbsiz problemlərə yol aça bilər. Sual yaranır. Bütün bunlardan sığortalanmaq üçün nə etmək lazımdır? Axı hər bir insanın bu həyatda ən böyük arzusu, bəlkə də tək istəyi hüzurlu bir ailəsinin olmasıdır.
İnsan birinci növbədə ailə qurma tələbinin, daha doğrusu qurduğu münasibətin hansı səbəbdən ciddiləşdirmək istəyinə aydınlıq gətirməlidir. İnsanların bir qismi ayrılıqdan sonra sevdiyi insanı unutmaq, başqa bir qismi həyatında yenilik etmək, bir qismi də ailə üzvlərindən kiminsə könlünü şad etmək və s. üçün ailə qurmağa qərar verir. Şübhəsiz ailə qurmaq birmənalı şəkildə alqışlanmalıdır. Bir şərtlə ki, nümunəvi və təməli möhkəm ailə olsun. Ailənin qurulmağı hansısa travmatik olayı aradan qaldırmağa xidmət etməməlidir. Belə olduğu təqdirdə qurulan ailələrdə zaman keçdikcə problemlər yaranmağa başlayır ki, bu da son nəticədə həmin ailələrin dağılmasına səbəb olur. Ailə qurmadan öncə fərdin keçdiyi həyat yolu da qurduğu ailəyə böyük təsirini göstərir. Biz burada natamam ailədə böyüyən insanların qurduqları ailələri nəzərdə tuturuq. Burada problem yaradan daha çox bu ailədə böyüyən uşaqların anaları olur. Kökündə yatan səbəb isə bəlli bir müddət övladlarının müstəqil olmaları ilə heç bir vəclə barışmaq istəməmələri dayanır. Bu da cütlüklər arasında ailə həyatının hələ ilkin mərhələsində problemlərə yol açır.
Ailə psixoloqu belə hallarda yaşana biləcək problemlərdən sığortalanmaq üçün əvəzsiz bir köməkdir. Ailə qurularkən diqqət ediləcək məqamlardan biri də tərəflərin hansı ailə modelində böyümələri, böyüdüyü ailənin peşə yönümü və s. hallardır. Misal üçün, pedaqoq ailəsində böyüyən fərd, həkim ailəsində böyüyən fərddən həm həyata baxış tərzi, həm də qarşı tərəfdən gözlədiklərinə görə çox fərqlənir. Fərqlər də münasibətlərin ilkin mərhələsində nəzərə alınmadığı təqdirdə sonradan problemlərə səbəb olur. Ümumiyyətlə, ailə qurarkən diqqət etməli olduğumuz məqamlar çoxdur. Çox zaman biz münasibətlərin pozulmasına səbəb kimi qarşı tərəfin anasının necə adlandırılmasını belə görə bilərik. Hansı ki, ilkin mərhələdə diqqətə alınıb, həll edilsəydi ailədə heç bir problem olmazdı. Bütün bunlar ailə psixologiyasının predmetini təşkil edir. Şübhəsiz ki, bunu bir məqaləyə sığışdırmaq çətin olduğundan məqaləni silsilə şəklində çap etdirməyə qərar verdik. Burada ailənin əsasını təşkil edən 6 parametr, ailə qurmadan öncə hər bir fərdin yaşamış olduğu monada, diada, triada və s mərhələlər haqqında da söhbət açılacaq. Məqsəd yeni qurulan ailələrə, eləcə də ailə məsələlərində çətinlik yaşayan cütlüklərə psixoloji baxımdan dəstək olmaqdır. Bunun öhdəsindən nə dərəcədə gələ bilərik, buna Siz oxucular qərar verəcəksiniz.

Ailə və Uşaq     Baxılıb: 2791   Tarix: 02 yanvar 2015
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

turlar.az

qadin dunyasi geymler 2026 geyim necə seçməli şalvar modelləri sufle resepti cennet almasi murebbe kişi xəyanət kosmetika ağır itki azerb clpaq qadinlari toy gecesi gəncə janrlar