Ailələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunur - REPORTAJ

Bir ömürdən geriyə qalan sadəcə quru bir başdaşı və bir cüt qərənfildir. O da əgər qismət olsa...

Söhbət kimsəsizlər qəbiristanlığından gedir.

Oxu.Az-ın əməkdaşları bu dəfə yolunu Bakının Suraxanı rayonu ərazisinin "Dədə Qorqud" massivində yerləşən, cəmiyyət arasında "kimsəsizlər məzarlığı" kimi tanınan qəbiristanlıqdan salıb.

Ailələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunur - REPORTAJQarşımıza çıxan mənzərə qəbiristanlığın adının nə qədər doğru olduğunu sübut etməyə kifayət etdi. Buradakı qəbirlərlə yanaşı, ərazi özü də kimsəsiz idi. Məzarlıqda ilk qəbirlər təxminən 1990-cı illərin sonlarından etibarən peyda olmağa başlayıb.

Qəbiristanlıqda 200-dən çox kimsəsiz məzar var. Qəbiristanlığın ətrafı hasara alınıb. Məzarlar isə hər kəsin gördüyü məzarlardan çox fərqlənir. Ərazidə müşahidə aparan zaman bir neçə qəbirdaşına rast gəldik. Onlardan başqa, bütün qəbirlər sıra ilə nömrələnmişdi.

Nömrələnmiş həyatlar

Məzarlıq haqqında məlumat almaq istədik. Ətrafdakı mollardan biri bizi yaxınlıqdakı sexə yönləndirdi. Ordan isə bizə bildirdilər ki, ətraflı məlumat almaq üçün Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinə müraciət etməliyik.

Ailələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunur - REPORTAJDaha sonra bir mollanın bir neçə qəbirin ətrafında dayanıb dua etdiyini gördük. Ona yaxınlaşıb məzarlıqla bağlı bir neçə sualımıza cavab tapmaq istədik. Əvvəl danışmaq istəməsə də, sonra dedi ki, burada dəfn olunan insanların çoxundan ailələri imtina edib.
Ailələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunur - REPORTAJOnun sözlərinə görə, qəbiristanlığın yuxarı tərəflərində xristianlar və digər millətlərdən olan kimsəsizlər dəfn olunub:

"Onların arasında "bomj"lar, həbsxanalarda dünyasını dəyişən, kimsəsizlər, qocalar evi, narkoloji dispanser və Maştağada yerləşən psixatriya xəstəxanasında dünyasını dəyişən şəxslər var

Ailələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunur - REPORTAJAilələri tərəfindən atılan, şəxsiyyəti məlum olmayan, qohum-əqrəbası üzə çıxmayan, eləcə də, itkin düşən, yol qəzasında ölən şəxslər belə var. Eləsi var ki, yol qəzasında ölüb, üzərində heç bir sənəd olmayıb. Bir müddət morqda qalıb, maraqlanan olmadıqda isə burada dəfn olunub.

Bəzi qəbirlərin sahibləri məlum olduqdan sonra onlar həmin meyitlərin yerinin dəyişdirilməsi üçün müraciət ediblər. Eləsi də olub ki, yerini dəyişməyib, sadəcə, qəbir daşı qoydurub və üzərinə onun haqqında məlumat qeyd edib".

Qəbiristanlıqda sonuncu dəfn mərasimi bu gün olub. Bu gün daha bir sahibsiz insan nömrələnərək torpağa tapşırılıb.
Ailələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunur - REPORTAJYeri gəlmişkən, burada məzarların böyük qisminin üzərində mərhumların adları yerinə kiçik dəmir lövhələr üzərində yazılan nömrələr vardı. Molla deyir ki, dəfn edilən insanların böyük əksəriyyətinin kimlikləri məlum deyil. Hətta bəzi məzarlarda bir neçə insanın meyiti üst-üstə dəfn edilib.

Bəs kimsəsizlər şəriət qaydalarına uyğun dəfn edilirmi?

Mollanın sözlərinə görə, dəfn zamanı şəriət qaydaları o qədər də gözlənilmir:

"Qəbiristanlığa yeni meyit gətiriləndə dəfn mərasiminin vaxtına, tabutun bura gətirilməsinə müvafiq olaraq yer ayrılır və nömrələnir. Şəriət qaydalarına görə, meyitləri kəfəndə torpağa tapşırırıqsa, burada bəzən onları gətirilən tabutlarla birgə dəfn edirik. Bu qəbiristanlıqda dəfn prosesi üçün bütün xərclər dövlət hesabına ödənilir".
Ailələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunur - REPORTAJBurada qazılıb sahibini gözləyən bir neçə boş məzara da rast gəldik. Məzarların bir neçəsi isə boşaldılmışdı. Qəbirlərin çoxu kifayət qədər dərin qazılmayıb, kənarları isə hörülməyib. Bütün bunlara baxdıqda qəbiristanlıqda nəzarətsizliyin olduğuna dair fikir formalaşır.
Ailələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunur - REPORTAJHətta bəzi qəbirlər var ki, artıq zibillikdən başqa heç nəyi xatırlatmır.

Bu qəbiristanlığı digərlərindən fərqləndirən başqa bir cəhət isə müsəlman və xristian qəbirlərinin yan-yana olmasıdır.
Ailələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunur - REPORTAJMəzarların üzərində simvolik rəqəmlərin əksəriyyəti isə dağınıq halda idi. Hansı nömrənin hansı məzara aid olduğunu anlamaq çətin idi. Molla deyir ki, əslində, bu rəqəmlər əsasında mərhumlar haqqında məlumat öyrənmək mümkündür:
Ailələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunur - REPORTAJ"Bunlar, bəlkə də, ayrı-ayrı insanların uzun illər boyu axtardıqları doğmaları, ailə üzvləridir. Nömrələnmiş məzarlarda kimlərin dəfn olunduğuna dair xüsusi kitabçada qeydiyyat aparılır. Vətəndaş qəbiristanlığın girişindəki sexdə yerləşən otağa yaxınlaşıb, ölüm kağızının nömrəsini deyə bilər.

Ölüm kağızının nömrəsini və adını deyərək öz doğmasının meyitinin hansı nömrə altında dəfn edildiyini öyrənə bilər. Dəfn olunanlar torpağa tapşırıldıqları günə, habelə cərgələrə uyğun olaraq nömrələnib. Bəzi qəbirlərin isə heç nömrəsi belə yoxdur. Orada kimlərin olduğunu heç kim bilmir".

Cənazəsiz qalan boş qəbirlər
Ailələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunur - REPORTAJAilələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunur - REPORTAJMeyitin bir yerdən digər yerə aparılması məsələsi isə xüsusi prosedurlara uyğun şəkildə həyata keçirilməlidir. Burada dəfn olunanların yaxınları meyitin çıxarılıb başqa qəbiristanlığa aparılmasını tələb edə bilər, amma Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən rəsmi icazə alınmalıdır.
Ailələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunur - REPORTAJBelə ki, meyitin çıxarılması onun nə zaman dəfn edilməsindən və torpaqdan asılıdır. Torpaq qumludursa, bir il, suludursa, üç il sonra həmin meyiti çıxarmaq olar. Səbəb həmin meyitin infeksiya mənbəyi kimi insan sağlamlığına zərər vermə ehtimalıdır.
Ailələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunur - REPORTAJQəbiristanlığın ərazisində ağlınıza gələ biləcək istənilən tullantılara rast gəlmək olar. Sellofan torbalar, içki şüşələri və digər əşyalar məzarların nəinki üzərindədir, hətta içərisinə dolub.

Ailələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunur - REPORTAJAilələrinin imtina etdiyi insanlar bu məzarlıqda dəfn olunur - REPORTAJƏrazidə tülkü, kirpi, it, pişik məzarların üzərini qazaraq özlərinə yuva düzəldib. Hətta bəzi məzarların üzərində açılan dəliklərə diqqətlə baxdıqda onların içərisində bir sıra sümüklər belə görmək mümkündür. Məzarların çoxu çöküb, nəticədə, ərazidə çalalar yaranıb.

Kimsəsizlər qəbiristanlığında xristian dinindən olan mərhumların torpağa tapşırıldığını deyən molla qəbiristanlığın bir hissəsindəki məzarların vaxtilə Nərimanov rayonunda mövcud olmuş qəbiristanlıqdan bura köçürüldüyünü qeyd edib.

Qəbiristanlığın sağ tərəfində daha bir məzarlıq gözə dəyir. Bura isə kimsəsiz mərhumların məzarlığı deyil. Bu səbəbdən həmin yerdə dəfn olunan mərhumların qohumları bəzən özləri ilə qəbiristanlığa molla gətirərək, əzizlərinin ruhuna "Yasin" oxudurlar.

Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən bu məzarlığa nəinki Maştağa qəsəbəsi, Sabunçu rayonundan, eləcə də, digər yerlərdən də sahibsiz insanların nəşi gətilir. Bu meyitlər trestin öz əməkdaşları tərəfindən torpağa tapşırılır. Bəzən qəbiristanlıqda gün ərzində 3-4, ay ərzində isə 10 nəfər ölü torpağa tapşırılır.

Kimsəsizlər qəbiristanlığının işçiləri yalnız şəxsiyyəti bilinməyən ölülərin məzarlarının nömrələnməsinə və dəfn edilməsinə baxır.

Xəbərlər     Baxılıb: 1914   Tarix: 11 aprel 2019
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

qadin dunyasi gozel gorunmek geyim və ayaqqabılar xalq təbabəti ilk tibbi yardım faydalı qidalar sizanaqlara qarsi kosmetika heyati vətən şebnem tovuzlu sağlamlıq paxlava