Alimlər COVID-19 ilə mübarizədə ƏN FAYDALI VİTAMİNİ TAPDI

Alimlər COVID-19 ilə mübarizədə ƏN FAYDALI VİTAMİNİ TAPDIAmerikalı alimlər müəyyənləşdirib ki, D vitamini səviyyəsi normal olan koronavirus xəstələri xəstəliyi daha yüngül keçirir və ölüm halları daha az olur. Bildirilib ki, D vitamini defisiti olan xəstələrdə isə vəziyyət ağırdır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Boston Universiteti Tibb Fakültəsinin mütəxəssisləri tərəfindən aparılan bu araşdırmanın nəticələri "PLOS One" jurnalında dərc edilib. Alimlər qandakı D vitamini səviyyəsinin xəstəliyin şiddətinə və COVID-19-dan ölüm faizinə necə təsir etdiyini aydınlaşdırıb. Koronavirus infeksiyası ilə xəstəxanaya yerləşdirilən 235 nəfərdən qan nümunələri götürülüb və D vitamini səviyyəsinin göstəricisi olan serum 25-hidroksivitamin D ölçülüb.
Tədqiqatçılar daha sonra infeksiyanın klinik şiddətini və xəstəliyin nəticələrini, habelə huşsuzluq, təngənəfəslik və hipoksiyanı da əhatə edən ağır simptomları olan xəstələri müşahidə edib. Onlarda həmçinin qanda reaktiv zülal və limfositlərin miqdarını (xəstəliklə mübarizə aparmağa kömək edən immun hüceyrələri) izləyiblər.
Daha sonra amerikalı alimlər bütün bu parametrləri D vitamini çatışmazlığı olan və olmayan xəstələrdə müqayisə edib. Kifayət qədər D vitamini olan koronavirus xəstələrində mənfi klinik nəticələrin - ağırlaşma və ya ölüm riskinin çox aşağı olduğu ortaya çıxıb.
Qeyd etmək lazımdır ki, kifayət qədər D vitamini səviyyəsinə sahib 40 yaşdan yuxarı xəstələrin D vitamini çatışmazlığı olan koronavirus xəstələrlə müqayisədə infeksiyadan ölmə ehtimalı 51,5 faiz daha azdır. Bundan əlavə, daha az C-reaktiv zülal və daha yüksək lenfosit səviyyəsinə sahibdirlər.
"Bu araşdırma D vitamininin yetərli olmasının "sitokin fırtınası" və nəticədə COVID-19-un ölümü də daxil olmaqla fəsadların qarşısını ala biləcəyini birbaşa sübut edir", - tədqiqatın rəhbəri Maykl Holik bildirib.
Bundan əvvəl mütəxəssis, qanda lazımlı D vitamini miqdarı ilə koronavirus infeksiyası riskinin 54 faiz azaldığını və vitaminin yalnız COVID-19-la deyil, həm də mövsümi qrip də daxil olmaqla yuxarı tənəffüs yolları xəstəliklərinə səbəb olan digər viruslarla mübarizə aparacağını vurğulamışdı. Holik qrip və koronavirus birləşməsinin ölüm sayını kəskin şəkildə artırmasına və xəstəliyin gedişatını çətinləşdirə biləcəyinə dair narahatlıqların olduğunu söyləyib. Bu səbəbdən də xüsusilə qış aylarında yeni tip virus və qripə yoluxma riskini azaltmaq üçün D vitamini əlavələri qəbul etməyi məsləhət görüb.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1837   Tarix: 26 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

turlar.az

hamilelikde qidalanma makiyaj instagram hamiləlik maraqli sitatlar ancelina colinin sekilleri toy qabağı parket döşəmələr kosmetika novruza aid zehmet ve zinet hekaye janri heyati qiz adlari