Alimlər "Xoşbəxtlik pəhrizi"ni TƏRTİB ETDİ - Gün ərzində 7-8 dəfə bunları yeyin

Alimlər "Xoşbəxtlik pəhrizi"ni TƏRTİB ETDİ - Gün ərzində 7-8 dəfə bunları yeyinHazırda kimisi sağlamlığına, kimisi kredit borcuna görə stress keçirir, kimisi də sivilizasiyanın gələcəyi ilə bağlı narahatdır. Depressiyaya düşən, vahiməyə qapılan və yorulanların sayı da az deyil. Şübhəsiz ki, özünü təcridetmə ilə əlaqəli görülən tədbirlər müsbət emosiyalara səbəb olmur.
Publika.az xəbər verir ki, nutritionistlər çətin anlarda biokimyəvi səviyyədə xoşbəxtlik və sevinc əlavə etməyin vacib olduğunu düşünürlər. Necə? Hormonlarımıza təsir edən bəzi elementlər və vitaminlərin köməyi ilə, onlar da öz növbəsində əhval-ruhiyyəyə təsir edir.
"El Confidencial" jurnalında İspaniya, ABŞ, Meksika və Yeni Zelandiyadakı universitetlərin araşdırmalarına əsaslanan "Xoşbəxtlik pəhrizi" dərc olunub. Martın 14-dən etibarən İspaniyada qeyri-müəyyən müddətə kimi karantin rejimi tətbiq edilib. Məhdudiyyətlər digər ölkələrə nisbətən daha sərtdir. Odur ki, əhvalı qorumaq ehtiyacı ispanlar üçün daha aktualdır.
"Xoşbəxt" məhsulların siyahısı
Alimlər "Xoşbəxtlik pəhrizi"ni TƏRTİB ETDİ - Gün ərzində 7-8 dəfə bunları yeyinŞokolad, banan, ananas, toyuq əti, süd, qoz-fındıq, pendir, balıq, yumurta, tofu - bunların tərkibində triptofan var.
Giləmeyvə (zoğal, qarağat və s.), çiyələk, qızıl balıq, qoz-fındıq, çay - tərkibindəki valproik turşuya oxşar maddələr sayəsində əhvalı yüksəldir. Valproik turşu miqrenə və müxtəlif növ baş ağrılarına qarşı istifadə olunur.
Az yağlı donuz əti, püstə, ağ lobya. Lobya - B1 vitamini mənbəyidir.
Tərəvəz və meyvələri gündə 7-8 dəfə yemək lazımdır. Hər porsiya təxminən tam ovucunuz qədər olmalıdır.
Yeni Zelandiyanın Otaqo Universitetində araşdırma müəlliflərindən olan Tamlin Konner və həmkarları üç həftə ərzində pəhrizin əhvala təsirini araşdırıb. Araşdırmada 280 gənc iştirak edib. Onların çoxunun sağlam həyat tərzi sürmədiyi, meyvə-tərəvəzə gün ərzində ən yaxşı halda iki dəfə və daha az üstünlük verdiyi məlum olub. Təcrübə zamanı pəhriz dəyişdirilib.
Gündə ən az 3-5 dəfə meyvə-tərəvəz yeyənlər özünü daha xoşbəxt, enerjili və sakit hiss edib. Bunun necə işlədiyi hələ elm adamlarına tam aydın deyil. Bəlkə də bu, sağlam qidalanan insanın özünə aşıladığı hipnoz təsiridir. Belə bir mexanizm Yeni Zelandiya alimləri tərəfindən istisna edilmir. Ancaq çox güman ki, təzə tərəvəz və meyvələrdə olan kompleks karbohidratlar, mikroelementlər hormonlarımıza ciddi təsir edir.
Heç bir satira yoxdur, həm ananas, həm də toyuğun tərkibində triptofan var. Eynilə yumurta, süd, qoz-fındıq, pendir, balıq, tofu kimi. Triptofan xüsusilə şokolad və bananın tərkibinə daxildir. Bu amin turşusu uzun müddət xoşbəxtlik hormonu adlandırılan serotoninin sintezində iştirak edir. Serotonin çatışmazlığı narahatlıq, kədər, aqressiya və hətta depressiyaya səbəb olur. Beləliklə, artıq kifayət qədər həyəcanverici və gərgin hadisələr fonunda özünüzü təbii antidepresantlarla dəstəkləmək çox faydalıdır.
Şokolad əhvalı yüksəldir, bu nəticələr Merilend Universitetinin alimləri tərəfindən irəli sürülüb. Alikante Universitetində (İspaniya) aparılan araşdırmada isə məlum olub ki, banan sinir sistemini sakitləşdirməyə, müsbət düşüncəyə və nikbinliyi stimullaşdırmağa kömək edir. Bütün bunlar triptofan sayəsində baş verir.
Triptofanla zəngin olan qidalar yaxşı yuxu üçün də faydalıdır - çünki o sirkadiyan ritmlərimizi tənzimləyən hormon olan melatoninin sintezində də iştirak edir. Odur ki, gecə bir stəkan süd içmək və ya banan yemək mənfi nəticəyə səbəb olmayacaq.
"Xoşbəxtlik pəhrizi" getdikcə beşulduzlu hoteldə istirahət edən milyonçunun menyusuna bənzəyir! Ananaslara əlavə olaraq, özünütəcrid dövründə çiyələk, qızıl balıq, fındıq, giləmeyvə yemək də yaxşı olardı.
Bu məhsulların tərkibində valproik turşusu var. Meksika Universitetindən Karina Martinez-Mayorqanın sözlərinə görə, depressiya, bipolyar pozğunluq, miqren və epilepsiyanın müalicəsində valproik turşusundan istifadə olunur.
Bəs ətsiz necə yaşamaq olar?
Ətdə vitaminlər də var! İspanlar az yağlı donuz ətində əhval-ruhiyyəmizə müsbət təsir edən B1 vitamininin olduğunu bildirib. Yeri gəlmişkən, günəbaxan toxumlarında da B1 vitamini var.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1954   Tarix: 19 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Qadınlarda tez-tez ayaq ağrılarının - 11 ƏSAS SƏBƏBİ

Ayaqlar müxtəlif səbəblərə görə ağrıya bilər. İnsan uzun müddət ərzində ayaq üstə olduqda, gəzdikdə, fiziki işlə və ya idmanla məşhul olduqda, ayaqlar güclü yükləmələrə məruz qalır. Lakin insan dincələndən sonra bu ağrıla

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

turlar.az

yaz geyimleri 2026 qadin sayti yay geyimləri 2026 hakışta xınayaxdı sözləri qan qruplari haqqinda melumat bizim mətbəx atalar sözləri kosmetika novruza aid hakışta 8 mart namiq qaraçuxurlu qadin saglamlig vicdan