Alimlər yağlı yeməklərin beyinə İNANILMAZ təsirini sübut etdi

Alimlər yağlı yeməklərin beyinə İNANILMAZ təsirini sübut etdiKarantin günlərində bir çox insan stressi müxtəlif dərəcəli kalorili qidalarla atmağa çalışırdı. Lakin alimlər xəbərdarlıq edib ki, bu, karantindən sonra təkcə çəkimizə deyil, zehni qabiliyyətimizə də təsir edəcək. Çünki sadəcə bir yağlı yemək belə beyin fəaliyyəti zəiflədə bilir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Ohayo Universitetində (ABŞ) aparılan tədqiqatlar göstərib. Araşdırmada iştirak edən 51 qadın səhər laboratoriyada xüsusi 10 dəqiqəlik kompüter performans testindən keçib. Xanımların müəyyən işlərə konsentrasiyası və reaksiya müddəti ölçülüb. Təcrübədən sonra iştirakçılar çox yağlı qidalar yeyib. Naharda un məhsulları, yumurta, peçenye, kolbasa, sous, kərə yağı və s. olub. Yeməklər 930 kalori ehtiva edib. Beş saat sonra qadınlar yenidən performans testindən keçib.
Bir neçə həftədən sonra iştirakçılar laboratoriyaya qayıdıb. Eyni testlərdən keçib və nahar edib. Yalnız bu dəfə onlar doymamış yağlara üstünlük verib (əsasən zeytun yağı, cücərmiş buğda, avokado yağı və s.). İştirakçılara təklif olunan testlər böyük uğurla həll edilib. Beləliklə, araşdırma göstərib ki, çox miqdarda doymuş yağ qəbulu qadınlarda konsentrasiyanı orta hesabla 11 faiz azaldır.
Yeri gəlmişkən, araşdırma səhvini azaltmaq üçün təcrübədən əvvəl qadınlar gündə üç dəfə eyni yeməyi yeyib və laboratoriyaya getməzdən 12 saat əvvəl heç nə qəbul etməyib. Statistik təhlildə əqli funksiyaya digər potensial təsirlər, o cümlədən depressiv simptomlar və iştirakçıların pəhrizindəki doymuş yağların orta qəbulu nəzərə alınıb. Ancaq eyni zamanda, tədqiqatçılar diqqətin 11 faiz azalmasını çox əhəmiyyətli göstərici hesab edib.
Stress və depressiya kütləşməni sürətləndirir
Təsir bir eksperimentdən sonra müşahidə edilib. Alimlər əmindir ki, tez-tez yağlı yeməklər yeyirsinizsə, diqqət pozğunluğu intensivləşə bilər. Alimlər təcrübənin nəticələrinin təsadüf olmadığını vurğulayıb.
"Digər araşdırmalardan bilirik ki, depressiya və narahatlıq konsentrasiyaya, eyni zamanda diqqətə mane ola bilər. Buraya yüksək yağlı qidaları əlavə etdikdə real effektin daha da artacağını demək olar", - deyə tədqiqatın aparıcı müəllifi Annelies Madison bildirib.
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 2226   Tarix: 21 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

turlar.az

donlar 2026 hamiləlik qadın geyimi gözəllik xəbərləri hakisda suni mayalanma ziyani geyim 2026 kosmetika qaynana hakista fitat ziyafet geyimleri ariqlamaq kahfe fali