Alimlərdən nadir astronomik hadisə barədə xəbərdarlıq
Rays Universitetinin (ABŞ) astronomları 21 dekabrda günəş batandan sonra gecə səmasında Yupiter və Saturnun bir-birlərinə minimum məsafədə yaxınlaşacağını hesablayıblar.
Bu barədə Phys.org məlumat verir.
Tədqiqatçılardan biri Patrik Hartiqanın dediyinə görə, bu planetlər arasındakı yaxınlaşma təxminən 20 ildə bir dəfə baş verir, lakin orta əsrlərdən bəri onlar bir-birlərinin bu qədər yaxınlığından keçməyiblər.
"Gecə səmada görünən bu obyektlərin daha yaxın mövqeyini izləmək üçün 4 mart, 1226-cı ilin sübh vaxtına qayıtmalı olacaqsınız", - deyə qeyd olunur.
Bildirilir ki, hava şəraiti imkan verərsə, bu qeyri-adi hadisə Yerin hər tərəfindən müşahidə oluna bilər, lakin bunun üçün ən münasibi ekvatora yaxın yerlər olacaq.
Milli.Az /news.milli.az









Kartofun ziyanı da varmış
Soğanın faydaları: Hər gün istifadə etməyiniz üçün 7 vacib səbəb
Elşən Ozan Akbaba ilə bir arada - Fotolar
Hudutsuz sevda'nın aktrisası nişanlandı
Saxlanılan Haluk Leventdən ilk açıqlama - 'Zaman hər şeyi göstərəcək